Icma.az
close
up
RU
Sarayburnu əfsanəsi Türkan Turan yazır

Sarayburnu əfsanəsi Türkan Turan yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə rəfiqəmlə Qalata körpüsünün üstündə dayanıb Topqapı sarayına baxır, Rəşad Əkrəm Koçun hazırda oxumaqda olduğum "Tariximizin qəribə olayları" ("Tarihimizde garip vakalar") kitabından danışırdıq. Yeri gəlmişkən, bilənlər bilir, sözügedən körpünün üstü ilin bütün mövsümləri o qədər basırıq olur ki, iynə atsan, yerə düşməz. Bir növ yeni açılan kafelərin burun-buruna düzülən masaları kimi bir yerdir; ağzından çıxan kəlmə mütləq şəkildə yanındakının qulağına ilişir. Söhbətin ortasında rəfiqəmə Topqapı sarayının qurulduğu tarixdən bu günə qədər necə kiçildiyindən danışırdım. Elə bu vaxt söbətimiz orta yaşlı bir kişinin qulağına çatdı. İstehza ilə güldü və Topqapıdan danışdığımızı dəqiqləşdirdikdən sonra dəvətsiz qonaq gəlib söhbətimizin düz ortasında oturdu, "verdiyiniz məlumat yanlışdır" dedi. Bu haqda araşdırma apardığımı və yanlışlıq ehtimalının olmadığını dedim. Bu səfər kişinin istehzalı gülüşü ağzından dalğalanaraq çıxdı, "Xanım əfəndi, elə şey olar? Saray ərazisi illər ərzində necə kiçilə bilər? Bunun mümkün olduğuna necə inanırsınız? Öz dediyinizə özünüz inanırsınızmı?" kimi kiçildici cümlələr qurmağa başladı. Bir anlıq tərəddüd elədim, "görəsən, mən yanılıram" fikrinin beynimə gəlməyi ilə getməyi bir oldu. Çünki bilmədiyimi doğru kimi sırımaq, bilmədiyim mövzularda danışmaq adətim deyil. Hələ əgər mövzu İstanbuldursa... Bu labrintli şəhərlə bağlı bilmədiyim çox şey ola bilər, amma doğru bildiyim yanlış olmaz. Çünki şəhərin tarixini o qədər sevirəm ki, az qala hər hekayəsini beynimə parça-parça qazıyıram - sadəcə oxuyaraq deyil, yerində araşdıraraq, görərək öyrənirəm. Naməlum adamla açılan bu mövzuda geri addım atmadım, jurnalist olduğumu söylədim. Xüsusi bir əda ilə çantasından yaxa kartını çıxaran və adının Məlih olduğunu yeni öyrəndiyim bu adam, sən demə, bələdçi imiş, alman turistlərə 15 ildir şəhərin tarixini tanıdırmış. Bu məlumat qarşısında çaşıb qaldım. Bilmədim, bu şəxsin Osmanlı İmperatorluğunun 400 il Topqapıdan yönləndirildiyini və ərazisinin yeddi yüz min kvadratmetrdən səksən min metrə düşdüyünü bilmədiyinəmi yanım, yoxsa turist bələdçisi olduğunamı?  Bu şəhərdə belə halla mütəmadi olaraq rastlaşmaq mümkündür. Böyük əksəriyyət "bilmirəm" kəlməsinə yaxın durmur, bilməsə də, bildiyini deyir, əksəriyyəti səni uçuruma yönləndirməyə razı olur, amma bu sözü qəti istifadə eləmir. Bilməmək əskiklik deyil, amma bilmədiyi halda bildiyini iddia etmək psixoloji narahatlıqdır.

Saray necə muzey oldu?

Topqapı İstanbulun Sarayburnu yarımadasında 600 illik Osmanlı İmperatorluğunun 400 illik idarə mərkəzi və padşahların yaşadığı yer olub. Vaxtilə burada dörd mindən artıq insan yaşayırdı. Saray Fateh Sultan Mehmet tərəfindən 1478-ci ildə inşa edilir. Sultan Əbdülməcidin Dolmağaça sarayını inşa etdirdiyi vaxta qədər bu belə davam edib. Daha sonra Ulduz sarayını tikirlər, beləliklə, saray xalqı Topqapıdan dağılışmağa başlayır. Amma saray heç vaxt əhəmiyyətini itirmir. Saray xüsusilə ramazan günlərində padşah və ailəsi tərəfindən ziyarət edilirdi. Topqapı sarayının muzey kimi ziyarətə açılması Əbdülməcid dönəminə təsadüf edir. Sarayın xəzinəsindəki əşyalar, o dönəmdə ilk dəfə ingilis səfirinə göstərilir. Daha sonra digər əcnəbilər də bu karvana qoşulur, beləliklə, yeni adət yaranır. Əbdüləziz zamanında ampir üslubda şüşə vitrinlər yaradırlar. Qədim əsərlər burada nümayiş etdirilməyə başlanır. Daha sonra Mustafa Kamal Atatürkün əmri ilə xalqın ziyarətinə açılır.

Gülhanə sarnıcı

İndi gələk əsas məsələyə. Topqapı sarayının bir yeri var ki, ora məni həmişə düşündürüb. Bu günlərdə Gülhanə parkında restavrasiyadan keçirilərək, yeni istifadəyə verilən sarnıcı görməyə getdim. Yeri gəlmişkən, bu sarnıc digərlərinə nisabətən çox balacadır. Bizans dönəminə aiddir. V əsrdə inşa edildiyi deyilən bu yer Bizansı su ilə təmin edən qaynaqlardan biri imiş. Abidə Padşah Mehmet Rəşadın 1912-ci ildə abidəni xalq açıq elan etməsi ilə gün üzünə çıxarılır. Bu gün sarnıca elə də çox tələb yoxdur. Gülhanə parkında yüzlərlə insan olmasına və bu sarnıcın da biletsiz ziyarətə açıq olmasına rəğmən, insanlar abidəni görməyə elə də can atmırlar. Müşahidə etdiyim qədərilə deyə bilərəm ki, buradakı insanların əksəriyyəti necə bir şəhərə sahib olduqlarının fərqində deyillər.

Sarayburnu - ölüm nöqtəsi

Sarnıcdan çıxdım, çoxdandır görmək istədiyim, Osmanlı dönəmində adı gələndə ayaqlar titrədən, ürək dayandıran, nəfəs kəsən, qorxu mənbəyinə çevrilən Saray burnuna gəldim. Gülhanə parkının dənizə çıxış nöqtəsidir bura. Doğrudur, saraydan xeyli aralıdır, amma yuxarıda da qeyd etdiyim kimi, Topqapı da balaca yer olmayıb, 700 min kvadratmetrlik ərazi ilə dünyanın ən böyük saraylarından biri olub. O vaxtlar Topqapı sarayının hasbağçası olan Gülhanə parkının bir parçası olsa da, 1890-cı ildə parkın içindən dəmiryolunun keçməyi ilə ilk bölünmə gerçəkləşir.

Sarayburnunun Osmanlı üçün nə demək olduğunu çoxları bilir. Gözə batan, özünü yaxşı aparmayan, haqlı, haqsız, gözəl çirkin, zəngin, kasıb, padşah anası, kölə... çoxlarının həyatı Sarayburnunda sonlanıb. Hətta saray içində kimsə kimisə təhdid edəndə "Elə etmə ki, bir gün içində özünü Sarayburnun dərin sularında görəsən" deyilirdi. Edilirdi də. Ayağına daş bağlayıb atılanlar da olub, un kisəsinə qoyularaq batırılanlar da.

Təbii ki, "sadəcə ölüm burnu" deyildi. Sarayburnu tarix boyu İstanbulun strateji və kültür olaraq önəmli yeri sayılırdı. Haliç, Mərmərə dənizi və Boğazın birləşdiyi nöqtədə yerləşən bu bölgə şəhərin ürəyi hesab edilirdi. Əvvəli Bizansa qədər gedib çıxır. Bizanslılar ərazini "Golden horn" (Qızıl buynuz) adlandırırdılar. Çünki həmin vaxtlar bura şəhərin bir nömrəli ticarət mərkəzi idi. Ancaq işə bax ki, Osmanlı dönəmində "ölüm nöqtəsi"nə çevrildi. Cümhuriyyət dönəmində isə Atatürkün vasitəsi ilə kültür nöqtəsi oldu.

Struma faciəsi

Tarixə qara hərflərlə həkk olan "Struma faciəsi"nin də burada dərin izi var. II Dünya müharibəsi zamanı Struma gəmisi 1942-ci ilin fevral ayında nasistlərdən qaçan 700-dən çox yəhudini Rumıniyadan götürür, Fələstinə çatdırmaq üçün yola çıxır. Gəmi motor probleminə görə bir müddət Sarayburnu tərəfdə dayanmalı olur. Lakin gəminin mühərriki təmir edilmir. Gəmi birtəhər Şilə açıqlarına qədər yol gedir. Elə həmin ilin fevral ayının 24-də gəmi Sovet sualtı qayığı tərəfindən batırılır və bu faciədə 768 nəfər göz görə-görə həlak olur. Bu hadisə tarixə ləkə olaraq keçir. Fikir verirsinizmi, şəhərin hekayələri eyni şəkildə bitmir. Altı-üstü, sağı-solu, havası-suyu... hamısının öz şifrəsi var.

.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see249

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see244

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see230

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see225

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see221

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see220

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see219

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see208

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see206

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see205

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see202

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see197

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see190

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see186

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see186

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see185

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see174

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see165

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see160

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri