Icma.az
close
up
RU
O da özünü 12ci imam adlandırdı Məhkəmə

O da özünü 12ci imam adlandırdı Məhkəmə

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rəsul Həsənov ifadə verib.

O bildirib ki, məsciddə xidmətçi kimi çalışıb:

“Məscidin axundunun otağının yanında oturmuşdum. Qapı döyüldü, bu şəxs içəri girdi. Dedi qapını aç Hacının yanına girəcəm, dedim olmaz, hazırda burada yoxdu. Mənə zərbələr vurmağa başladı. Qapının çölünə çıxdıq, bilməzdim ki, bunda bıçaq ola. Həmin zaman məni bıçaqla vurdu. Bıçaqla da vuran zaman məni də, hacını da, hətta qardaşımı da öldürəcəyini deyirdi. Çölə qaçdım. Bir qadın təcili yardım çağırdı. Qanım gedirdi, bu həmin vaxt məscidin həyətində durmuşdu. Hətta təcili yardım məni aparanda belə ordaydı. Polisə məlumat verdim, dedim, hazırda oradadır. Bunu polis saxladı. Məni xəstəxanaya gətirdilər, əməliyyat olundum”.

Dövlət ittihamçısının suallarını cavablandıran Rəsul Həsənov bildirib ki, daha əvvəl də bu şəxs məscidin imamı ilə görüşmək istəyib:

“Bir dəfə gəldi, dedim, məscid imamının yanında qonaqları var. Əli Şərbətov özü də dedi ki, qonaqları yola salım, görüşərik. Mən onun nə səbəbdən görüşmək istədiyini soruşdum. Dedi özü ilə görüşəcəm, digər xidmətçilərə 12-ci imam olduğunu demişdi. Mən də olduğu kimi məscidin imamına çatdırdım. Əli Şərbətov da qonaqlar gedəndən sonra onu dinləyəcəyini bildirdi. Sadəcə qonaqlar gedəndən sonra, axtardım, yox idi. Sadəcə bu adamda mən hər hansı bir anormal hal hiss etməmişdim”.

Zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, aralarında barışıq olmadığını bildirib: “Həyatıma qəsd edən adamı bağışlamaram”.

Şahid qismində dindirilən Elvira Əhmədova məscidin yaxınlığında dindar mağazada işləyir və zərərçəkmiş Rəsul Həsənovu tanıyır:

“Hadisə günü Rəsul mağazaya girəndə onu qan götürmüşdü. Mən bint verdim, pəncərədən baxdım ki, əli bıçaqlı şəxs bizim tərəfə gəlirdi. Mən qışqırdım, Rəsul o biri tərəfə qaçdı. Təcili yardım və polisi çağırmağımı tapşırdı, mən də elədim”.

Digər şahid Dəyanət Mehdiyev deyib ki, məscidə ibadət etmək üçün gələn zaman yerdə qan ləkələrini görüb:

“Mən Elşəni həyətdə gördüm. Hətta elə bildim, bunu təkliyiblər. Yaxınlaşdım Elşənə. O da dedi ki, mənim yanımda durma, başın ağrıyar. Dedim nə məsələdir, dedi dava-dalaş olub. Sonra dedi ki, sonuncu peyğənbərəm. Mən də ürəyimdə dedim ki, bunun başı xarabdır, çıxıb ordan getdim”.

İş üzrə növbəti prosesi dekabrın 10-a təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb. DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri