Icma.az
close
up
RU
“O gecə rusiyalı məmur gələnə qədər qaçmaq planımız yox idi”

“O gecə rusiyalı məmur gələnə qədər qaçmaq planımız yox idi”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin oğlu Hafez Əsəd ötən ilin dekabrın 8-də atasının hakimiyyətinin devrilməsinin və ailənin ölkəni tərk etməsinin detallarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Hafez Əsəd bununla bağlı teleqram kanalında paylaşım edib. 

Onun sözlərinə görə, vəziyyətin gərginləşməsindən bir gün əvvəl paytaxt Dəməşqdə vəziyyət stabil olub. Belə ki, dekabrın 7-də qardaşı Kərim hətta universitetdə imtahan verib, şəhərdə isə ayrı-ayrı yerlərdə atəş səslərinin eşidilməsinə baxmayaraq, asayiş normal olub. O bildirib ki, lakin daha sonra Suriya ordusunun Homsdan gözlənilmədən geri çəkilməsi barədə məlumat gəlib və bu, hakimiyyətin devrilməsinə dair bir siqnal olub. 

Hafez əlavə edib ki, bunun ardınca digər şəhərlərdən də oxşar xəbərlər gəlib. 

Bəşər Əsədin oğlu vurğulayıb ki, dekabrın 7-dən 8-nə keçən gecə onların evlərinə yüksəkvəzifəli rusiyalı məmur gələnə qədər ailənin ilk olaraq ölkədən qaçmaqla bağlı hazırlıqları olmayıb. Həmin şəxs Bəşər Əsədə Dəməşqdəki təhlükəli vəziyyət səbəbindən müvəqqəti olaraq Latakiyada yerləşməyi məsləhət görüb. Belə ki, Əsəd buradan hərbi əməliyyatlara rəhbərlik etməyə davam edə bilərdi.  

O əlavə edib ki, Əsəd ailəsi gecə 03:00 radələrində Dəməşq beynəlxalq hava limanına gəlib və burada Bəşər Əsədin qardaşı Mahis əl-Əsədlə görüşüblər. Onları daha sonra buradan Rusiyaya məxsus hərbi təyyarə ilə Latakiya yaxınlığında yerləşən və Rusiya ordusunun nəzarətində olan Hmeimim aviabazasına təxliyə ediliblər. 

Bunun ardınca, ailə Latakiyanın şimalında Burc-Salam kəndində yerləşən prezident iqamətgahına yollanmağı planlaşdırsa da, məkana cavabdeh olan yerli məmurlarla əlaqə kəsilib. Buna paralel olaraq, Suriya ordusunun geri qalan mövqelərdən də geri çəkildiyi barədə məlumat daxil olub. Hafezin sözlərinə görə, həmin an müxalif qüvvələr pilotsuz uçuş aparatları ilə Hmeimim aviabazasına hücum etməyə başlayıb, bazanın yaxınlığında isə atəş səsləri eşidilib. 

Axşam saatlarında isə bazanın rəhbərliyi təhlükənin artdığı barədə ailəyə məlumat verib, rusiyalı hərbçilər isə müxalif qüvvələrin yaxınlaşması səbəbindən bazanı tərk etməyi tövsiyə ediblər. Paylaşımda bildirilib ki, Əsəd ailəsi Rusiya rəhbərliyi ilə məsləhətləşmələrdən sonra 2024-cü il dekabrın 8-də Rusiya hərbi təyyarəsi ilə Suriyanı tərk ediblər. 

Xatırladaq ki, ötən il noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və İdlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirib, dekabrın 8-də isə Dəməşqə daxil olublar. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib. Əsəd isə öz növbəsində prezident postunu və ölkəni tərk edib. Daha sonra, onun və ailəsinin Rusiyada olduğu məlum olub.

Günel İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri