Icma.az
close
up
RU
O iki yaxşı hadisə…

O iki yaxşı hadisə…

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir az da yaxşı şeylərdən bəhs edək.

Xüsusən əgər o, futbola aiddirsə.

Xüsusən futbolumuzda müsbət hadisələrdən sarıdan kasadlıqdırsa.

Bəs, o iki hadisə nədir?

Birincisi odur ki, Fernandu Santuş əsas millimizə 20-21 yaşlı 3 gənc oyunçu dəvət edib. Onlar birinci liqadan Şahin Şahniyarov (“Qəbələ”), Premyer Liqadan Xəyal Əliyev (“Sabah”) və Ağadadaş Salyanskidir (“Neftçi”). Bu ay Haiti və Belarusla yoxlama matçlarına dəvət ediliblər. Sırf hazırlıq xarakteri daşıdığından həmin oyunlarda bu üç futbolçunun oynadılması yaxşı olar. 

Əks halda dəvət sadəcə, dekorasiyaya bənzəyəcək.

Gənclərə şans verməkdən çəkinməməliyik. Futbolda yox a, hər sahədə. Onlar potensiallarını zəmin olduqca açırlar. Yoxsa sanki qutunun içində bir lazımsız əşyatək illərdir qaralanlıqda qaldıqca necə gün üzünə çıxa bilərlər?

Bir gənc futbolçumuz vardı. 

Zaur Tağızadə. 

Azərbaycan millisinin heyətində nəhəng Portuqaliyaya qol vuranda 20 yaşı tamam olmuşdu görəsən? 22 yaşına çatanda Slovakiyaya da qol vurmuşdu…

Millimizin liderlərindən idi. Zədələr imkan vermədi potensialını tam açmağa.

Bəxtsiz cavan.

İllərdir Zaur kimi oyunçuları çıraqla axtarırıq, tapa bilmirik. Bəlkə elə Zaur kimi illərdir qutunun içində qalan neçə-neçə istedadımız var? Bəlkə problem odur ki, onları heç yaxşı axtarmırıq, ya bacarmırıq, ya həvəs göstərmirik?!.

Tapanda isə böyüməsinə laqeyd yanaşırıq.

Yaxud bir az uzaq tarixdə Anatoli Banişevski “Neftçi”dən ilk dəfə SSRİ yığmasına çağırılanda, “Lujniki”də Peleyə qarşı oynayanda cəmi 19 yaşının içində idi. 

“Marakana”da elə həmin Braziliyaya qol vuranda, dünya çempionatında bürünc medal qazananda 20 yaşında idi.

Yəni az da olsa, Azərbaycan futbolunun talantları olub da.

Yəni həmin talantlar indi də var. Sadəcə, qutunun içindədirlər. Axtarmalıyıq, tapmalıyıq, gün işığına çıxarmalıyıq.

Şəhər-şəhər, kənd-kənd, məhəllə-məhəllə, qapı-qapı…

Və onlar uşaqların arasındadır.

İkinci hadisədir bax elə onlarla bağlıdır.

Bu gün “Sabah” klubu elan etdi ki, U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək. Bununla bağlı artıq müvafiq təhsil müəssisəsi ilə müqavilə də imzalanıb.

Azərbaycanlı uşaq futbolçuların indidən dil biliyini zənginləşdirməyə başlaması onların gələcək karyerasına, bütövlükdə dünya görüşünə müsbət təsir edə biləcək bir faktdır. Bu yaxınlarda “Sabah” klubunun bazasında kitabxana da yaradılıb. 

Yəni mesaj həm də budur ki, oxuyun. Həyat İnstaqramda, “Tik-tok”da yüngül, aşağı səviyyəli paylaşımları izləməkdən ibarət olmamalıdır. Səhv etmirəmsə, bunlar Azərbaycan futbolu üçün bir ilkdir. Odur ki, müsbət nələrsə olanda, onu dilə gətirmək, heç olmasa, səbəbkarlara  quru “sağ ol” deməkdən çəkinməməliyik. 

“Sabah” klubu akademiyaya isti münasibət ilə seçilir. Ola bilər, müəyyən problemlər onlarda da var. Amma bu, digər bir çox klubun dırnaqarası “akademiyasında” müşahidə olunan xaos, dərəbəylik səviyyəsində deyil. 

Heyf ki, bu klubun əsas komandasının nəticələrini onun güclü maliyyə dəstəyinə uyğun hesab etmək olmaz. Gələcəkdə bu problemi aradan qaldırmaqsa həm də yaxşı məşqçi seçimindən keçir.

O məşqçiləri yad diyarlarda axtarmağa isə gərək yoxdur.

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Mart 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri