Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

O kimlərlə, nə ilə, necə mübarizə aparır? Vüsal Bağırlı

O kimlərlə, nə ilə, necə mübarizə aparır? Vüsal Bağırlı

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Vüsal Bağırlının Karl Uve Knausqorun "Mənim mübarizəm” adlı romanı haqqında yazısını təqdim edir.

Karl Uve Knausqorun avtofiksiya janrında qələmə aldığı "Mənim mübarizəm” adlı roman altı hissədən ibarətdir. Mən bu qalmaqallı roman toplusunu tam halda qiraət həzmi-rabesindən keçirmək üçün 3-4 ilimi (arada fasilələrlə) sərf etdim.

Bəs Karl Uve Knausqorun "Mənim mübarizəm" romanı oxucunu niyə cəzb edir? Əvvəlcə, səmimiyyəti, üzə şapalaq kimi çırpılan, xırdalığına qədər varlımış doğruçul həyat təfərrüatları ilə. Müəllif əsərdə intim münasibətlərinə, başqalarının şəxsi, yalnız özünə aid etdiyi düşüncələrinə qədər hər şeyi bütün çılpaqlığı ilə təsvir etmək ustalığı nümayiş etdirir.

Romandan hissə:

"Tanış olduğum insanlar bəzən ilk baxış rəğbəti oyatsalar da, onlarla söhbəti dərinləşdirə bilmirdim. Bəzi dəqiqləşdirici sözlərlə kifayətlənirdim. Vəssalam. Ona görə ki, mənim baxış bucağım, nəzər nöqtəm və yaxud düşüncə tərzim ümumi normadan o dərəcədə fərqlənirdi, o dərəcədə təzadlı idi ki, tez, ya gec, həmsöhbətimin gözündə ya əclafa çevrilir, ya da axmaq kimi görünürdüm".

Özü də təəccüblüsü odur ki, məişət xırdalıqları, hər şeyin, hətta məişət tələbatlarının mikroskopik təfərrüatlar ilə təsvir olunduğu əsər oxucunu qətiyyən yormur, əksinə, cəlb edir, oxuma prosesi get-gedə irəlilədikcə əsər daha da maraqlı gəlir. Çünki bu hərəkətləri, vərdişləri hər gün özümüz edirik, bu hissləri, həyəcanları özümüz yaşayırıq.

Əsəri oxuyan hər bir şəxs mətndə eyni anda həm personajı, həm də özünü görür. Özünü müəllifin, müəllifi özünün yerinə qoyur.

Knausqor yazır, təsvir edir, fərqinə varılmayacaq dərəcədə kiçik hadisələrin uzun-uzadı, ən xırda detallarına qədər düşünülmüş təsvirini verir, mətnin içinə girir və adama elə gəlir ki, müəllif sən özünsən, kitabı Knausqor yox, özün yazmısan. Həmin sətirlər, düşüncələr, mülahizələr tək müəllifə deyil, həm də sənə aiddir.

Hətta fikirləşirsən ki, Knausqor uzaq, soyuq, sərt Skandinaviyada yaşayır, sən isə burada, isti, günəşli Bakıda - “bir cənub şəhərində” - bununla belə, yazıçı ilə bakılı oxucunun fikirləri, hadisələrə yanaşma tərzi, baxışları, hissləri az qala eyniyyət təşkil edir.

Əsərdə yazıçının zövqünə görə seçdiyi, diqqətini cəlb edən rəssamlar, tablolar, filmlər, musiqiçilər haqqında öz şəxsi şərhlərini, subyektiv fikirlərini də oxuyur, dövr, zəmanə, həyat, ölüm haqqında yarı fəlsəfi, yarı ədəbi mülahizələri ilə tanış ola bilirik.

Əsərdən hissə:

"Kopenhagendə yaşadığım müddətdə mənə tanış olmayan nə bir künc-bucaq, nə kafe, nə də skamya qalmışdı. Bir əlimdə yırğaladığım uşaq kolyaskası, o birində kitab hər yeri gəzib dolaşırdım. Özümlə bərabər həm də Dostoyevskini daşıyırdım. Əvvəlcə “Cinlər”i, sonra, “Karamazov qardaşları”nı. Mən onlarda işıq tapmışdım. Düzdür, bu işıq Helderlində olduğu qədər yüksək, aydın və təmiz deyildi, Dostoyevskidə nə zirvə var, nə də dağ. Heç ilahi üfüq də yoxdur. Hər şey sıravi formada, insani ölçülərdə, Dostoyevski ruhunda hər şey kasıblıq, çirk, xəstəlik, üzücü yorğunluq, bədbinlik və isterika içərisindədir. Bax, nur buradadır, işıq burada göz qamaşdırır".

“Mənim mübarizəm” romanı oxucunu həm də onunla cəzb edir ki, min kilometrlərlə aralıda, səndən çox-çox uzaqda bildiyin ölkələri - İsveç və Norveçi, dünyanın o başında, az qala qurtaracağına salınmış şəhərləri - Stokholm və Oslonu əsərdə müqayisə edir, aralarındakı fərqləri daha yaxşı anlayırsan.

Punktual, ölçülü-biçili, hər şeyin, hərəkətinin, danışığının, hətta libasının belə yerini bilən, quru, soyuq qəlbli, adamayovuşmaz isveçli ilə çılğın, söyüşcül, davakar, lakin bununla belə hər şeyi qəlbinə normadan artıq yaxına buraxan norveçlini tanıyırsan. Xırda bir nüansdan əsib-coşan cırtqoz norveçli ilə praqmatik isveçlinin səliqəli, ütülü həyat tərzini başa düşürsən. Onları fərqləndirməyi bacarırsan.

Epizodların birində Knausqor isveçli və norveçli arasındakı fərqi adi bir bayram tədbiri mərasimində maraqlı şəkildə təqdim edir. O yazır ki, bir parkda skamyalarla əhatə olunmuş çəmənlikdə, isveçlilər yerə basdırılmış yoğun, uzun dirəyin ətrafına toplaşır, tort yeyir, kofe, şərab içir, ucadan mahnı oxuyurlar.

Norveçli Knausqor gözləyir ki, yerli camaat yəqin ki, mərasimin sonunda həmin dirəyi yandıracaq, atəşfəşanlıq olacaq, hər şey bayram magiyasına, bayram sehrinə bürünəcək.

Lakin bu baş vermir və bayram şənliyi, məclis Knausqora görə, hamının gəlib adi qaydada yığışdığı kimi eyni dərəcədə maraqsız və quru şəkildə dağılır.

Norveçli müəllif bunu başa düşə bilmir. O, belə isveçli yanaşmasına heyrət edir, məyus olur.

Kitabı oxuya-oxuya şüurumuz okeanları, qitələri adlayır, düşüncələrimiz köçəri quş kimi cənubdan şimala köçür. Mətn üzərində səyahətə çıxıb gölləri, meşə parkları, muzeyləri olan Yurqorden adasını gəzirik, “Dramaten”də İbsenin “Kukla evcik” tamaşasına, “Vasa” muzeyində 16-cı əsr İsveç donanmasının bəzəyi olan nəhəng gəmiyə, “Til” qalereyasında Nitşsenin ölüm maskasına, Munkun tablolarına tamaşa edirik, fənər işığı altında daş döşəməli paytaxt küçələrində addımlayırıq, Baltik dənizinin durğun sularında yırğalanan qağayıya baxır və hətta “Pelikan” barında Stokholm sakini ilə pivə də qurtumladırıq.

Əsərdən hissə:

"Mən buraya - Kristiansona təzə köçəndə heç kəsi tanımırdım və bu, mənə əvvəl cürət etmədiyim, özümə rəva görmədiyim şeyləri etmək imkanı verirdi. Qəsəbədə avtobus dayanacağının yanında yaşı yetmişi ötmüş iki qoca bacının dükanı yerləşirdi.

Əgər dükanda qadınlar yuxarıda yerləşən rəflərdən nəsə verməyi xahiş etdikdə, onlar geriyə çevrilib,orada bir neçə dəqiqə yubanır, qurdalanırdılar. Burada sən yatmayıb cəld tərpənsən, şirniyyat, dondurma yaxud şokolad çırpışdıra bilərsən. Yox, əgər həmin qadınlar mal gətirmək üçün zirzəmiyə enəsi olsalar, onda sənə əldə olunan qənimətin miqdarını yalnız təsəvvür etmək qalır. Öz kəndimiz Trumyedə belə şeylər etmək heç ağlımın ucunun ucundan da keçməzdi. Qəsəbədə isə mənzərə tam fərqli idi. Mən qocaların burnun lap ucunda nəinki oğurluq edir, bunu başqalarının yanında hətta təşviq edirdim".

Oxucu Skandinaviyaya aid bütün bu nüansları, epizodları, süjet, müqayisə və obrazları yalnız mütaliə ilə qavramır, həm də sanki, yaşayır, öz gözləri ilə görür və hissləri, duyğuları ilə dərk edir.

Yekun sual odur ki, yazıçı kitabını qalmaqallı “Mənim mübarizəm” (My Struggle) adlandırmaqla nə demək istəyir? Knausqor əsərində kimlərlə, nə ilə, necə mübarizə aparır? Nəyi öyrədir?

Mənə elə gəlir, o öz mübarizəsini vaxt aparan minlərlə mənasız şeylər, məişət xırdalıqları, gündəlik yaşanan yeknəsəq həyat ritualları, ailədaxili münaqişələr, münasibətlər fonunda bununla yazmaq, yaratmaq, mütaliə üçün vaxt, asudəlik, heç olmasa kiçik azadlıq dəqiqələri qazanmaq naminə edir. Bu zaman o, hətta kiçik qələbələr də qazanmağı bacarır.

“Mənim mübarizəm” romanı oxuculara kiçik, əhəmiyyətsiz, adi görünən detallardan necə möhtəşəm ədəbiyyat yaratmaq olar, bax, bizə onu öyrədir.

"Oskar"a namizəd aktyor Kusturitsanın filmində Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma Kino çəkməyə həvəslənən aktyorlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri