Icma.az
close
up
RU
Maskalı adamın etirafları Vüsal Bağırlı

Maskalı adamın etirafları Vüsal Bağırlı

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Vüsal Bağırlının "Maskalı adamın etirafları" adlı yeni yazısını təqdim edir.

Bir dostum var. Adı Vüqar. Təhsilinə görə bir neçə il Cənubi Koreyada tələbə həyatı yaşadı. Bu pandemiya dövründən bir neçə il əvvələ təsadüf etmişdi. Yəni o vaxt dünyada hələ virus təhlükəsi, maska, spirt eyforiyası yaşanmamışdı.

Dostum bir gün universitetə, dərsə gedərkən müşahidə edir ki, Seul sakinlərinin əksəriyyəti maska ilə gəzir. Sonrakı günlər isə həyat yenə adi qaydada davam edir, hər şey öz adi axarına düşür və heç kəs maska taxmır.

Bir müddət keçir, təqvimin istənilən hansısa “x” günü şəhər sakinləri əvvəlcədən sözləşibmiş kimi yenə hamılıqla maska taxmağa başlayır. Təzad yaranır. Dostum özünü narahat hiss edir, özü-özündən şübhələnir. Dalağı sancır. Küçədə, yolda, izdə, dayanacaqda hamı maskalı, bu isə maskasız.

Dostum fikrə dalır. Əcəba, nə sirdir axı? Bəlkə, əhaliyə "SMS”lə yalnız ölkə vətəndaşları üçün nəzərdə tutulmuş məlumat zad gəlir?! Telefonlarına xüsusi təyinatlı mesaj göndərilir?

Araşdırmağa başlayır və məlum olur ki, həqiqətən də hökumət orqanları televiziya və saytlar vasitəsilə əvvəlcədən əhaliyə ekoloji yaxud infeksiya, qrip təhlükəsi ilə bağlı xəbərdarlıq edirmişlər. Toz qasırğası, qonşu dövlətlərdən xüsusən, Çindən gələn zəhərli sənaye tüstüsü, kimyəvi buxarlar, qəfil peyda olan yoluxucu xəstəliklər, zəlzələ, tufan və sair.

Sən demə, sakinlərin hamılıqla maska taxması buna görəymiş.

Hansı ki, o vaxtlar bizdə, yəni pandemiyadan əvvəl ölkəmizdə maska taxan tək-tük insana aşkar şəkildə gülməsələr də, ən azından qəribə, oğrun nəzərlərlə baxırdılar.

Koreyada isə maska taxmağın xilasedici zərurətini hələ o vaxtdan dərk etmişdilər.

***
Bir neçə il əvvələ qədər mən baharda həmişə maska taxırdım. Mart-aprel gələr-gəlməz orqanizmimin allergik həssaslığı kəllə-çarxa qalxırdı və maskasız, respiratorsuz keçinmək mümkün olmurdu. Maska olmayanda çətinlik yaranır, zökəm adamlar kimi ağız-burnuma parka-dəsmal tutmağa məcbur qalırdım.

Maska taxıb metroya, avtobusa minəndə, yaxud evdən məhlə-küçəyə düşəndə isə aləm qarışırdı bir-birinə. Ətrafda, yan-yörədə insanların təşviş dolu nəzərləri üzümə dikilirdi.

Görəsən, insan niyə bu “vid”də gəzir? Səbəb nədir?

Bu azmış kimi üstəlik məhəllədə, orda-burda qonum-qonşu, tanış-biliş yaxamdan yapışırdı:

- Nə olub, xəstəsən?

Nə qədər izah verir özümü təmizə çıxarırdım, xeyri olmurdu. İnsanlar dərin şübhə ilə baxır, məndən kənar qaçırdılar. Mən də buna görə dilxor olur, özümü ağır infeksion xəstəliyə tutulmuş pasiyent kimi hiss edirdim.

***

Bir neçə il əvvəl dişlərimi düzəltdirməyə qərar verdim. Yəqin hamıda belədir, stomatoloqa getmək ən böyük problemdir həmişə. Diş həkimindən qorxsam da, canımı dişimə sıxaraq yenə ora üz tuturam. Diş çəkdirməkdən qorxmuram, ən qorxduğum şey həkimin əlindəki məftilli yonma cihazıdır. Aparat cır səslə elə uğuldayır, elə cikkə çəkir ki, adamın tükləri biz-biz olur, yatmış sinirləri oyanır.

Müalicədən sonra, nə az-nə çox, düz dörd ay dişsiz gəzdim, İşə-gücə də bu vəziyyətdə getdim. Dişsizlik böyük dərddir. Bu insanda dərin psixoloji kompleks yaradır.

Utancaq, çəkingən olursan. Normal qida qəbul etmək o tərəfə, heç rahatlıqla deyib-gülə, söhbət edə bilmirsən. Fikrin-zikrin əlinlə tutduğun ağzında, çılpaq, çirmənmiş damaqlarında qalır.

Problemin müvəqqəti həlli barədə çox düşüdüm. Necə edim? Yalnız bir variant qalırdı: maska taxmaq. Lakin maska taxan kimi hamı məni yenə qəribə nəzərlərlə süzür, nə baş verdiyini soruşurdu.

İctimai nəqliyyatda belə tanımadığım yad adamlar mənə qorxa-qorxa baxır, gen durmağa çalışırdılar. Özümü başqa planetdən gəlmiş yad varlıq, qeyri-adi məxluq kimi hiss edirdim.

Axırda suallardan, qəribə nəzərlərdən bezib maskanı çıxardım. Dişlərim tam düzələnə qədər əlimi ağzıma sipər edərək gəzdim və buna görə xeyli əziyyətlər çəkdim.

***

Bir gün vəziyyət dəyişdi. Dünyada yalnız fəlakət filmlərində izləyə biləcəyimiz qeyri-adi, anormal proseslər baş verdi. Pandemiya, karantin, vay-həşir, qırğın-qiyamət. Koronavirus, bağlı sərhədlər, evə, mənzilə qapanmış adamlar, polis reydləri. Hünərin var, maska taxma, əks halda cərimə ödəyəcəksən.

Çərxi-fələk elə tərsinə fırlandı ki, həyət-bacada, evdə maska taxmayan bəni-insan övladı qalmadı. Əvvəl maska taxmaq utandırırdısa, indi də taxmayana pis baxırdılar.

Hətta itə, pişiyə, ev heyvanlarına, akvarium balığına, qəfəs tutuquşusuna da maska taxılırdı. Beləcə, maska hər yerdə qayda-qanun etalonu, dəb indikatoru oldu.

Amma bu da uzun zürmədi. Günlərin bir günü dövran yenə də 180 dərəcə dəyişdi. Hərçənd sərhədlər indiyədək bağlı qalsa da, pandemiya, məhdudiyyət, polis reydləri bitdi. İşlər yavaş-yavaş öz normal axarına düşdü.

O gün özümü nasaz hiss edirdim. Metroda maska taxdım ki, ətrafımı vurusdan qoruyum. Baxam ki, camaat yenə də qorxuyla mənə tərəf boylanır. Hamı məni birtəhər süzür. Elə bil 3-4 il əvvəl hamılıqla maska taxanlar bunlar deyil.

Səndən sonra yağan qar - Bəxtiyar Qaracanın şeiri 9 ildən sonra tamamlanan proqram - XOCALI SİRRİ İnsan faciəsinin səssiz şahidi - Bu əsər niyə qadağan edilmişdi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri