Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

O qədər adamın içindən bu qızlar seçildi... Videoreportaj

O qədər adamın içindən bu qızlar seçildi... Videoreportaj

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Onlar sadəcə 3-4 min nəfərin yaşadığı kənddə böyüyürlər. Ancaq biliklərini 10 milyonluq respublikaya tanıtmağı bacardılar. Söhbət Biləsuvar rayon Amankənd tam orta məktəbinin 9 və 11-ci siniflərində təhsil alan və Respublika Fənn Olimpiadasının (RFO) finalına vəsiqə qazanan – Tahirə Əlizadə, Fatimə Əlizadə və Nərmin Əlizadədən gedir. Üçünün də soyadı eyni olsa da, sadəcə Tahirə və Fatimə eyni dam altında böyüyüb, bacıdırlar. Fatimə 9-da, Tahirə və Nərmin isə 11-ci sinifdə birgə oxuyur. 

Bacılar həm geyimləri, həm də zahiri görünüşləri ilə çox bənzəyirlər. Onların RFO-dakı nəticələri də bu oxşarlığa daxildir...

Sözügedən ailəni tanımaq üçün “Qafqazinfo” olaraq Amankəndə üz tutduq. İlk istiqamətimiz cəmi 256 nəfərin təhsil aldığı həmin məktəbədir. Bu təhsil müəssisəsi bütün illərdə seçilməyi bacarır. 

Məktəbin direktoru Murad Kərimov 3 finalçının da qız olmasının qürurverici olduğunu deyir: “Məktəbimizdə cari tədris ilində olimpiadanın məktəb mərhələsində iştirak etmək üçün 14 nəfər şagirdimiz qeydiyyatdan keçmişdi. Məktəb turundan 12 nəfər uğur qazanaraq rayon mərhələsinə adlayıb. Onlardan 9-u yarımfinal mərhələsinə iştirak hüququ, 3 nəfəri finala vəsiqə qazandı. Bu isə təsadüfən əldə olunan nailiyyət deyil. Bir neçə ildir ki, fəaliyyətimizi tənzimləmişik. Bu uğur bizim şagirdlərimizin əzmkarlığı, müəllimlərimizin fədakarlığı və ümumən komandanın gərgin əməyi ilə baş verib. Finalçılarımızdan 2-si bacıdır. Hər iki valideyni ali təhsillidir, bu reallıq da öz rolunu oynayıb”. 

Olimpiada finalçısı olan Nərmin də bacılardan biri ilə eyni sinifdə oxuyur. O, ailənin yeganə övladıdır və bu prosesə tək hazırlaşıb: “İlk dəfə xəbəri məktəbdə müəllimlərimlə öyrəndik. Həmin gün evə tez gedib ailəmə dedim, çox sevindilər. Fərdi məşğələlərə də gedirəm. Nəticəmdə təbii ki, hər ikisinin rolu var. Şagirdin fərdi hazırlığı olmasa, uğur qazana bilməz. Lakin məktəbdəki tədris də öz sözünü deyir”. 

11-ci sinif şagirdi olan Nərmin finalda qalib gəlsə, universitetə birbaşa qəbul üstünlüyündən istifadə etmək niyyətində deyil: “Buna görə ki, mən tərcümə ixtisası üzrə təhsil almaq niyyətindəyəm. Təklif olunan ixtisaslar isə fərqlidir, bunu istəmirəm. Özümə növbəti mərhələdə inanıram, ancaq qalib olmasam da, üzülmərəm. Çünki bura qədər gəlmək də qürurlu idi”.

Fotoda: Nərmin Əlizadə

Finalçının ilk dəfə riyaziyyat olimpiadasından kəsilməsi onun bəzi dəyişikliklər etməsinə səbəb olub: “Əvvəl müsabiqələrə riyaziyyat üzrə qatılırdım. 9-cu sinifdə riyaziyyat fənnindən olimpiadadan keçə bilməmək məni sarsıtdı. Elə bundan sonra ilk dəfə ötən il Azərbaycan dili-ədəbiyyat fənni üzrə qatıldım. Və qəbul qrupumu da dəyişdim. Həm qəbul, həm olimpiadaya hazırlaşmaq çətindir, amma məqsəd olduqda insan bacarır”.

RFO-nun həlledici mərhələsinin iştirakçısı Bakıya getməyin həyəcanlı olduğunu da vurğulayıb: “Ümidvarıq ki, sevinclə getdiyimiz kimi, sevinclə qayıtmaq da nəsib olar”.

Yarımfinala iştirak hüququ qazanan Tahirə və Fatimə bacıları da xəbəri ilk dəfə alanda fərqli hisslər keçiriblər. Fatimə nəticənin onun əlini ayağına dolaşdırdığını deyir. 

Bu il tələbə adını qazanmağa hazırlaşan Tahirənin isə bu prosesdə bəzən motivasiyası düşüb: “İkimiz də bir-birimizə çox inanırdıq, nəticəni də gözləyirdik. Mən 4 il ardıcıl şəkildə RFO-larda iştirak etsəm də, finala heç vaxt çıxmamışdım. Hazırlaşarkən ən çətin məqam odur ki, bəzən yorulurdum, motivasiyam düşürdü. Amma mənə inananları xatırladıqda dərhal toparlanırdım”. 

Hər evdə olduğu kimi, finalçı bacılar da heç də həmişə mehriban olmurlar. Tahirə bacısı ilə “​dava”larından söz açır: “Bəzən sözümüz üst-üstə düşmürdü. Amma elə olurdu ki, bir yerdə hazırlaşıb fikir mübadiləsi aparırdıq. Lakin hər kəs kimi dava-dalaşımız çox olur. Eyni otaqda hazırlaşırdıq. Humanitar fənn olduğu üçün mən səsli oxuyurdum, bu isə ona mane olurdu. Mən sakit biriyəm, bacım isə özündən tez çıxır”. 

Fotoda: Tahirə və Fatimə Əlizadələr

Tahirə bildirib ki, rayon mərhələsində onlar kimi digər iki qardaş da yarımfinala çıxıb: “İlk mərhələ məktəbdə oldu, bundan sonra rayonda və ən sonuncu müsabiqə Salyanda baş tutdu. Orada isə 60 nəfərin içindən biz iki bacı növbəti mərhələyə keçə bildik. Bizdən başqa, məktəblərin birindən iki qardaş var idi ki, onlar da yarımfinala vəsiqə qazanmışdılar. Amma onlardan biri finala keçsə də, digəri keçə bilmədi. Biz isə bu gün çox xoşbəxtik ki, hər ikimiz finaldayıq”. 

Həmsöhbətim Bakının onlar üçün fərqli bir yer olmadığını deyib: “Növbəti mərhələmiz paytaxtdadır. Biz artıq Bakıda Fatimə ilə rəqibik. 30 nəfər medalla mükafatlandırılacaq. Görək hansımız ala biləcəyik. Bakı isə bizim üçün fərqli bir yer deyil, yaxınlarımız orada yaşayır, gedib-gəlirik. Amma finala keçdiyimiz üçün ora getmək gözəldir və ilk belə məqamdır. Düşünürəm ki, bacım məndən balacadır və buna görə də növbəti mərhələdə avantajlıdır”. 

Evin böyük qızı bu tip uğurların qazanılmasında şəhər və kənd məsələsinin rol oynamadığını düşünür: “Problemlər bəzi hallarda ola bilər. Amma şəhərlə kənd arasına fərq qoymaq yanlış fikirdir. Bu, sadəcə şagirdin özündən asılı olan məsələdir. Biz şam işığında da dərs oxumuşuq...” 

Fatimə də bacısının fikirləri ilə razılaşır: “Şagird harada olur olsun, uğur qazana bilər. Yəni, o, sadəcə qarşısına məqsəd qoymalıdır ki, “mən bunu istəyirəm, ya yox?” Bəzən olub ki, işıqlarımız sönüb. Amma şam işığı və ya telefon işığından istifadə edərək dərsimizi oxumuşuq”.

Qızlar telefon və sosial şəbəkələrdən də istifadə edir. Tahirə bunu balanslı formada etdiklərini əlavə edir: “Telefon da istifadə edirik, bu, lazımdır. Dərslərimin əksəriyyətinə telefondan baxıram. Sosial şəbəkələrdən də balanslı istifadə edirdim”.

Finalçı bacıların 8 yaşlı qardaşı da var. Fatimə hazırlıq müddətində bəzən qardaşına da əsəbiləşib: “Biz dərs oxuyanda qardaşım televizora baxır və səs-küy salırdı”. 

O, tənbəlliyə az “müraciət etdiklərini” vurğulayır: “Bu kimi hallar bizdə az yaşanır. Ana-ata bizə demir ki, “gedin, dərsinizi oxuyun”. Çünki biz özümüz oxuyuruq”.

Tahirə də sinif yoldaşı Nərmin kimi finalda qalib gəldikləri təqdirdə təklif olunan seçimləri istəmir: “Nərmin həm də yaxın rəfiqəmdir. Amma o da bizim rəqibimizdir, finalçıdır. Final mərhələsində qalib gəlsəm, müəyyən universitetlər və ixtisaslar təklif olunur. Lakin onların arasında mənim istədiyim sahə olmadığı üçün qəbul imtahanı verərək istədiyim ixtisası seçəcəyəm. Öyrənməyi və öyrətməyi sevirəm, buna görə də ingilis dili müəllimliyi üzrə təhsil almaq istəyirəm”.

Fatimə isə hələ 9-cu sinfin buraxılış imtahanına fokuslandığını deyir. Tahirə özündən çox finalda bacısının qazanmasını istəyir: “Keçən il Fatimə yarımfinala keçə bilməmişdi, amma mən mərhələ adlamışdım. Ona görə çox pis olmuşdum. Məhz buna görə bu dəfə birlikdə səylə çalışdıq. Çünki birimiz keçməyəndə digərimizə pis təsir edir. Hər ikimizin növbəti mərhələdən keçməsini istəyirəm, amma bir seçimim olsa, Fatimənin keçməsi öncəliyimdir”.

Qızların anası Lətafət Allahverdiyeva və atası Mircavid Əliyev övladları üçün qürurludur: “Onlar finalda medal gətirməsələr də, bizim üçün qalibdirlər”.

Ata isə nəticənin gözlənilən olduğunu bildirib: “Əslində, bilirdik belə olacaq. Hətta ən çox Fatimənin finala yüksələcəyinə inanırdım”. 

L. Allahverdiyeva Fatiməyə daha çox inanmaqlarını onun aşağı sinifdə oxuması ilə əlaqələndirib: “Hər ikisi elədir. Sadəcə Tahirə universitetə hazırlaşır deyə öncəliyi buraxılış və qəbul imtahanlarıdır. Fatimə tam olaraq bu olimpiadaya fokuslanmışdı. Atası ona görə deyir ki, Fatimədən daha çox gözləyirəm (gülür). Mən məktəbdə psixoloqam, şagirdlərlə işləyirəm. Əslində fransız dili-ədəbiyyat müəllimiyəm. Burada fransız dili tədrisi olmadığı üçün ikinci təhsilimi psixologiya olaraq seçmişəm. Uşaqlara isə ən əsası motivasiya vermək lazımdır. Hər ikimiz uşaqları həvəsləndiririk. Onlara hər gün deyirdik ki, “keçməsəniz də, heç nə itirməyəcəksiniz”. Bizim ailəmiz ziyalıdır. Hər iki tərəfin ailəsində həkim də, müəllim də var”. 

Uşaqların baytarlıqla məşğul olan atası Mircavid bəy kiçik oğlunu da bu sahədə görmək istəyir: “3 övladımıza da demişik ki, ancaq oxuyun. Yaxşı insan olmaq üçün oxumaq lazımdır. Mən özüm baytar həkimiyəm. Balaca oğlumu öz sənətimdə görmək istəyirəm, ancaq anası istəmir”.

Lətafət xanım bunu istəməməsinin səbəbini açıqlayır: “Yox, mən demirəm ki, “pisdir”, əksinə yaxşı, lazımlı sahədir. Amma oğlumu daha yüksəklərdə görmək istəyərəm”. 

Ana deyir ki, kiçik qızı Fatimə “Qarabağ”ın oyunları da izləyir. Bu, təhsilinə mane olmur: “Futbola marağı var. Axşamlar “Qarabağ”ın oyunlarını izləyirdi. Bununla yanaşı, dərsə hazır olurdu”. 

Mircavid bəy də övladının futbola marağından danışıb: “Fatimə “Qarabağ”ın oyunlarının birini də qaçırmır. Yalandan nə deyim ki? Mənə futbol çox da maraqlı deyil, ancaq Fatimə ilə “Qarabağ”ın oyunlarını izləyirik. Ağdam klubunun sonuncu dəfə Çempionlar Liqasında ingilis komandası ilə keçirilən oyununu da dədə-bala oturub izlədik”. 

Ata böyük qızının olimpiadanın finalında qalib gəlsə, təklif olunan universitet seçimlərini rədd etməsinə də fikir bildirib: “Tahirənin finalda qalib gəlsə, birbaşa universitetə qəbul almasını istəyərəm, bunu kim istəməz ki? Düzdür, o həmin ixtisasları istəmir, amma mən bunun tərəfdarıyam. Lakin üstünə getmək olmaz. Onların işi-gücü dərslə məşğul olmaqdır. Mən onlara heç vaxt deməmişəm ki, “sənə filan şey alacağam, nəsə edəcəyəm, dərsini oxu”. Belə söhbətlər olmayıb, çünki qızların özünün də təhsilə marağı yüksəkdir”. 

Fidan Etibar 

Fotolar-Video: Pərvin Zeynal 







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Mart 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri