Icma.az
close
up
RU
“O, ÜÇ AMİLƏ GÖRƏ SÜLHDƏN İMTİNA EDİR” “Tramp əlverişli sülh təklif edir, Putin razılaşmır”

“O, ÜÇ AMİLƏ GÖRƏ SÜLHDƏN İMTİNA EDİR” “Tramp əlverişli sülh təklif edir, Putin razılaşmır”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ABŞ Prezidenti Donald Tramp Kremlin siyasətindən dərindən məyus olduğunu ifadə edərək, Vladimir Putinə Ukraynada atəşi dayandırmaq üçün cəmi 10 gün vaxt verib. Rusiya bundan imtina edəcəyi təqdirdə, onu yeni iqtisadi tədbirlər görəcəyi ilə hədələyib. Bu, Amerika liderinin ikinci ultimatumudur”.

“AzPolitika” xəbər verir ki, bunu qeyd edən “Atlantic Council” analitik mərkəzinə görə, “Tramp Putinə Rusiya üçün kifayət qədər əlverişli şərtlərlə sülh təklif edir, lakin Putin bununla razılaşmır”.

Analitiklər qeyd edirlər ki, Trampın yeni ultimatumu onun administrasiyasının mövqeyinin kəskin dəyişməsindən xəbər verir və ABŞ-nin eskalasiyanı azaltmaq müqabilində faktiki olaraq Rusiyaya güzəştlər təklif etdiyi əvvəlki diplomatiyadan imtina etdiyini göstərir: “Məlumata görə, sülhə nail olmaq üçün Tramp hətta Krımın ilhaqını tanımaq barədə düşünüb. Ağ Ev isə Kremli açıq şəkildə tənqid etməkdən yayınıb və Rusiyanı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək təşəbbüslərini dəstəkləməyib”.

Analitiklər qeyd edirlər ki, Ağ Evin siyasətindəki dönüş nöqtəsi Trampın Ukraynanı avropalı müttəfiqləri vasitəsilə silahlandırmağa razılaşması oldu: “Çoxları bunu gecikmiş olsa da, vacib addım hesab edir. Vaşinqton hazırda bu cür hərbi yardımın effektivliyini müzakirə edir, çünki onun müharibənin gedişatını nə dərəcədə dəyişdirə biləcəyi bəlli deyil”.

Putin sülhdən niyə imtina edir?

“Atlantic Council” ABŞ-nin təklif etdiyi əlverişli şərtlərə baxmayaraq, Putinin real sülh danışıqlarından imtina etməsini izah etməyə çalışıb. Mərkəzin analitiklərinin fikrincə, Putin əsasən üç əsas amillə görə sülhdən imtina edir:

“1. Cəbhədəki hərbi təşəbbüs. Hücumun ləng tempinə baxmayaraq, Kreml Rusiyanın tükəndirmə müharibəsində qalib gəlmək üzrə olduğuna əmindir.

2. Hərbi iqtisadiyyat. 2022-ci ildən Rusiya Federasiyası öz iqtisadiyyatını müharibə şəraitində yenidən qurdu. Müəssisələr fasiləsiz işləyir və hərbçi ailələrinin gəlirləri artaraq sanksiyalardan gələn itkiləri kompensasiya edir.

3. Daxili sabitlik. Sülh yüksək gəlirlərə öyrəşmiş yüz minlərlə cəbhə veteranının geri qayıtması deməkdir. Bu isə daxili sabitliyi təhlükə altına alır.

Nəhayət, əsas səbəb odur ki, Putinin müstəqil Ukraynanın mövcudluğunun Rusiyanın imperiya kimliyini təhdid etdiyinə dair ideoloji qənaəti var. Məhz bu dərin inam ona məğlubiyyəti qəbul etməyə və ya güzəştə getməyə mane olur.

Putinin Trampın əlverişli sülh şərtlərini qəbul etməkdən imtina etməsi qismən onun qələbəyə dair artan gözləntilərilə bağlıdır. Həmçinin bu, hərbi əməliyyatları dayandırmaq üçün hər hansı razılaşmanın gözlənilməz nəticələrə səbəb olacağına dair təşviş hissi ilə izah olunur. Bununla belə, Putinin müharibəni davam etdirmək əzmini gücləndirən həlledici amil odur ki, o, Ukrayna dövlətçiliyinin Rusiyanın varlığına ekzinsestial təhlükə yaratdığına inanır."

Qərbin vəziyyəti dəyişmək şansı var

Təhlilçilər vurğulayırlar ki, Qərbin mövcud vəziyyəti dəyişmək imkanları var: “Putini sülhə məcbur etmək üçün Qərb döyüş meydanındakı reallıqları dəyişməlidir:

Ukraynaya müasir silahların verilməsi;

Təşəbbüsü Ukrayna Silahlı Qüvvələrinə qaytarmaq;

Döyüşləri Rusiya ərazisinə köçürməklə, Kremlə təcavüzün ağır qiymətini hiss etdirmək”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri