Icma.az
close
up
RU
Obama, Bayden, Netanyahu... Hakerlərin hədəfinə çevrilən liderlər

Obama, Bayden, Netanyahu... Hakerlərin hədəfinə çevrilən liderlər

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş naziri Binyamin Netanyahunun da sosial şəbəkə hesablarına qarşı kiberhücumlar barədə məlumatlar yayılır.

Qeyd edək ki, son illər sosial şəbəkə hesablarına qarşı kiberhücumlar geniş yayılıb. 

Xüsusilə dövlət başçılarının rəsmi hesablarının ələ keçirilməsi ciddi təhlükəsizlik riski yaradır. Belə hallarda prezidentlərin adından saxta məlumatlar, açıqlamalar və kriptovalyuta reklamları paylaşılır.

Müxtəlif ölkələrin liderləri də zaman-zaman bu cür hücumların hədəfinə çevriliblər.

AZXEBER.COM dünya liderlərinin sosial şəbəkə hesablarına qarşı baş vermiş kiberhücumları araşdırıb.

Anjey Duda – Polşa

Polşanın sabiq Prezidenti Anjey Duda da sosial şəbəkə hesabının təhlükəsizliyi ilə bağlı müzakirələrin mərkəzində olub.

2024-cü il yanvarın 4-də onun şəxsi X hesabında qeyri-adi və təhqiramiz məzmun daşıyan paylaşım yayımlanıb. Paylaşım qısa müddət sonra silinsə də, istifadəçilər onun ekran görüntülərini yaymağa başlayıblar.

Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski prezidentdən sosial şəbəkə hesablarına giriş təhlükəsizliyini yoxlamağı xahiş edib və mümkün texniki dəstək təklif edib.

Con Dramani Mahama – Qana

Qana Prezidenti Con Dramani Mahamanın sosial şəbəkə hesabının ələ keçirilməsi son illərin diqqətçəkən kiberinsidentlərindən biridir.

2025-ci il martın 17-də prezidentin X hesabına naməlum şəxslər tərəfindən icazəsiz giriş əldə edilib. Hakerlər hesabdan istifadə edərək "Solana Africa” adlı kriptovalyutanı reklam ediblər.

Qananın Kibertəhlükəsizlik İdarəsi hadisəni təsdiqləyərək X platforması və digər aidiyyəti tərəflərlə əməkdaşlığa başladığını açıqlayıb.

Santyaqo Penya – Paraqvay

Paraqvay Prezidenti Santyaqo Penyanın X hesabı da 2025-ci ilin iyununda kiberhücumun hədəfinə çevrilib.

İyunun 9-da prezidentin rəsmi hesabında ingilis dilində Bitcoin ilə bağlı paylaşım edilib. Həmin paylaşımda Paraqvayın Bitcoin-i qanuni ödəniş vasitəsi kimi tanıdığı və 5 milyon dollarlıq Bitcoin ehtiyat fondu yaradacağı iddia olunub.

Paraqvay hökuməti prezidentin hesabında qeyri-adi aktivlik müşahidə olunduğunu və icazəsiz giriş ehtimalının yüksək olduğunu açıqlayıb.

Narendra Modi – Hindistan

Hindistanın Baş naziri Narendra Modinin X hesabı da 2021-ci ilin dekabrında kiberhücuma məruz qalıb.

Dekabrın 12-də naməlum şəxslər baş nazirin rəsmi hesabına icazəsiz giriş əldə ediblər. Hakerlər hesabdan istifadə edərək Hindistanın Bitcoin-i qanuni ödəniş vasitəsi kimi tanıdığını və ölkənin böyük həcmdə kriptovalyuta alaraq onu vətəndaşlara paylayacağını iddia edən paylaşım yayımlayıblar.

Hindistan Baş nazirinin Ofisi hadisəni təsdiqləyərək hesabın qısa müddət ərzində ələ keçirildiyini açıqlayıb.

Petr Fiala – Çexiya

Çexiyanın Baş naziri Petr Fialanın X hesabı da 2025-ci ilin aprelində kiberhücuma məruz qalıb.

Aprelin 8-də naməlum şəxslər baş nazirin hesabına müdaxilə edərək bir neçə saxta paylaşım yayımlayıblar.

Həmin paylaşımlardan birində Rusiyanın Kalininqrad vilayəti yaxınlığında Çexiya hərbçilərinə hücum etdiyi iddia olunub. Digər paylaşımlarda isə ABŞ-nin gömrük tarifləri ilə bağlı məsələlər əks olunub.

Çexiya hökumətinin sözçüsü məlumatların həqiqəti əks etdirmədiyini təsdiqləyib. Saxta paylaşımlar qısa müddət sonra silinib.

Co Bayden, Barak Obama və Binyamin Netanyahu – ABŞ və İsrail

2020-ci il iyulun 15-də ABŞ və İsrailin bir sıra tanınmış siyasi xadimlərinin X hesabları genişmiqyaslı kiberhücuma məruz qalıb.

Hədəfə alınan şəxslər arasında ABŞ-ın sabiq prezidenti Barak Obama, həmin vaxt prezidentliyə namizəd olan Co Bayden və İsrailin Baş naziri Binyamin Netanyahu da olub.

Hakerlər ələ keçirilən hesablardan istifadə edərək izləyicilərə Bitcoin göndərdikləri təqdirdə pullarının ikiqat qaytarılacağını vəd edən saxta paylaşımlar yayımlayıblar.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı ümumilikdə 130-a yaxın X hesabı hədəfə alınıb. Onların bir hissəsinə icazəsiz giriş əldə edilib və həmin hesablardan paylaşımlar edilib.

Hadisə sosial şəbəkə tarixində ən genişmiqyaslı hesab sındırılması hallarından biri kimi qiymətləndirilib.

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Noyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri