Icma.az
close
up
RU
Obyektiv və dürüst olmaq...

Obyektiv və dürüst olmaq...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev: Xalqıma heç vaxt yalan söyləmirəm

Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artamasını şərtləndirib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə mühüm töhfələr vəd edir - burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Beləliklə, ərazi baxımından kiçik olsa da, Azərbaycan dünyada cərəyan edən iqtisadi-suyasi, ticari proseslərə aktiv müdaxilə imkanı əldə edir. Nəticə isə göz önündədir - bu gün Qərb, Türkiyə, Ərəb-İslam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir.  Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir.

Əsas prinsiplərdən biri...

Çoxtərəfli əlaqələrin inkişafında ən mühüm amillərdən biri isə dövlətin daxilində vəhdətin, birliyin olmasıdır. Təkzibolunmaz faktdır ki, müasir dövr olduqca təlatümlü siyasi proseslərlə müşayət olunur - bu baxımdan, müasir siyasi münasibətlər sistemində dövlətin, hətta regionun inkişaf tendensiyasını müəyyənləşdirmək olduqca çətindir. Prezident İlham Əliyevin Azərbaycana qısa zamanda Cənubi Qafqazın lideri statusunu qazandırması, Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya iqtisadi tranzitini ən real və effektiv ticari yol kimi təqdim etməsi, nəhayət, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində yeni təhlükəsizlik arxitekturası qurması Onun liderlik kefiyyətlərinin yeni təqdimatının ən vacib komponentlərindəndir. Post-müharibə dövrünün reallıqları isə Azərbaycan liderinin ölkəsini yeni nizamda yeni inkişaf mərhələsinə doğru apardığını sübuta yetirir. Bütün bu uğurlaın arxasında Liderin xalqına etimadı, güvəni, dürüstlüyü, xalqının Liderinə inamı və etibarı dayanır. Prezident İlham Əliyev  III Qlobal şuşa Forumunda çıxışı zamanı bildirib ki, xalqıma heç vaxt yalan söyləmirəm: “Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur”.

Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik

Azərbaycan dövlətinin bütün məsələlərə yanaşmada sərgilədiyi vahid mövqe var: beynəlxalq hüquqa söykənən, ədaləti və haqqı tərənnüm edən yanaşma. Dünyanın idarəetmə sisteminin əsasında da bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanmalıdır. Bəzi hallarda bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda, eləcə də xalqlararası dialoq və inteqrasiya proseslərində arzuolunmayan - neqativ hadisələrin baş verməsi müşahidə edilir - məsələn, 30 ilə yaxın davam etmiş işğal faktı nəticəsində Azərbaycanın hüquqları pozulmuş, ölkəmiz təcavüzə məruz qalmış, vətəndaşlarımız öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilmişdi.

Təsadüfi deyil ki, bu gün dünyanın müxtəlif yerlərində hələ də siyasi, dini, etnik zəmində konfrantasiyalar mövcuddur. Ədaləti bərpa etmək missiyasını üzərinə götürən qurumlar isə irəli sürdükləri prinsiplərin qlobal miqyasda tətbiqini təmin etməlidirlər. Beynəlxalq hüquq normalarının üstünlüyü təmin olunmalı, mövcud norma və prinsiplər əsasında işlək mexanizmlər formalaşdırılmalıdır. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz istənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, həmişə konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə sadiq olmuşuq: “Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə, olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib”.

Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir

Bəli, bu gün Azərbaycan qlobal münasibətlər sisteminin aparıcı üzvü kimi çıxış etməkdədir. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi dövlət siyasətimizin diqqət çəkən prioritetlərindəndir. Məhz, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır. Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik edib.  Üç qitəni əhatə edən D-8 üzvlüyümüz isə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın növbəti bariz nümunəsidir. D-8 qrupuna üzvlüyümüz qarşılıqlı şəkildə həm siyasi, həm də iqtisadi əhəmiyyət daşımaqdadır. Prezident İlham Əliyev Şuşa Media Forumunda çıxışında bildirib ki, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətimizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu məsələdə coğrafiyanın mühüm rolu olub: “Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan və Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil, deyərdim ki, D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir”.

Səmimi qonşuluq prinsipləri...

Beləliklə, bütün dünya Azərbaycanın yaratdığı real mənzərəni həm görür, həm də ortada olan imkanlardan yararlanır. Nəticə etibarı ilə, qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prisipləri əsasında qurulması cəhdləri dəstəklənir. Çoxtərəfliliyin təşviqi, regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən siyasi gündəm Azərbaycanın ətrafında böyük bir dostluq masası formalaşdırır. Bu isə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də coğrafi miqyasını genişləndirir -  beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətini təqdir edir. Xüsusilə, qonşularla münasibətdə səmimi əməkdaşlığa istinad etməsi ölkəmizin bölgədə tərəfdaşlıq platforması yaratmaq niyyətini ortaya qoyur. Prezident İlham Əliyev bildirib ki, öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq hər kəs üçün vacibdir: “Yəni milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır”.

Dövlət başçısı bildirib ki, biz qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. “Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur”, - deyə Prezident bildirib.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see640

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see438

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see416

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see391

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see226

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see224

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see215

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see211

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see209

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see197

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see183

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see181

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see166

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

07 İyul 2026 19:08see165

“Hörmüzdə gəmilərə hücum edilib”

07 İyul 2026 05:19see160

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

07 İyul 2026 16:05see160

İyulun 7 8 də Günəş aktivliyi artacaq

07 İyul 2026 19:30see159

Yerin nüvəsində gözlənilməz dəyişiklik aşkarlandı

07 İyul 2026 05:40see154

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see152

Azərbaycan ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə edildi

07 İyul 2026 19:13see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri