Icma.az
close
up
RU
Obyektlərin qiyməti niyə artır?

Obyektlərin qiyməti niyə artır?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər paytaxtda bir sıra ticarət və xidmət obyektlərinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılmaqdadır. Ümumilikdə isə ənənəvi ticarətin elektron ticarətə uduzması müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, proses bir sıra amillərlə, o cümlədən yüksək icarəhaqları ilə izah olunur. Maraqlıdır ki, bütün bunlarla yanaşı, yeni qeyri-yaşayış obyektlərinin tikintisi də davam edir. 

Bəs, icarə xərcləri biznes fəaliyyətinə nə dərəcədə təsir edə bilir?

Pərakəndə ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarların əsas xərclərindən biri icarəhaqqıdır. İcarəhaqqı sabit xərc hesab edilir. Yəni gəlir azalsa belə bu, icarəhaqqının məbləğinə təsir göstərmir.

İqtisadçı Xalid Kərimli deyir ki, sahibkar əməkhaqqı xərcini dövriyyədən asılı olaraq müəyyən edə bilsə də, icarə xərcində bu mümkün olmur. Sahibkar dövriyyəsindən asılı olmayaraq, obyektin sahibi ilə razılaşdığı qiymətə icarəhaqqını ödəməli olur. Bu amil biznesdə riski artırır: “Xərcin artması mənfəətin azalmasına gətirib çıxarır. İcarəhaqqının yüksək olması qiymət marjasının müəyyən olunmasına təsir edir. Həmçinin sahibkar digər xərcləri aşağı həddə saxlamağa məcbur olur. Sahibkar icarəhaqqını ödəyib gözlədiyi mənfəət normasını əldə edə bilmədikdə fəaliyyətini dayandırmalı olur”. 

Elan saytlarına nəzər salanda obyektlərin təklif olunan aylıq icarə qiymətlərinin 94 min manatadək dəyişdiyi məlum olur. Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, kommersiya obyektlərinin icarə qiyməti indeksində iyul ayında iyundakı göstərici ilə müqayisədə azalma 7,4 faiz, 2025-ci ilin dekabr ayı ilə müqayisədə isə 2,9 faiz olub.

Palatanın təhlilində deyilir ki, qiymətlərin azalması ilə yanaşı, icarəyə verilmə müddətinin qısa olması bazarda tələbin mövcud olduğunu, lakin icarəçilərin qiymətə qarşı daha tələbkar davrandığını göstərir: “Başqa sözlə, bazarda obyektlər boş qalmır, lakin müqavilənin bağlanması üçün elan qiymətinin bazar səviyyəsinə uyğunlaşdırılması tələb olunur”.

Yüksək icarə qiymətləri isə obyekt sahibləri üçün təkcə daha çox gəlir əldə etmək imkanı yaratmır. Obyektin dəyəri onun icarəhaqqı ilə əlaqəlidir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, icarə qiymətinin artması obyektin investisiya cəlbediciliyinin yüksəlməsi deməkdir: “Obyekt alıb icarəyə vermək istəyən şəxs bazara müraciət etdikdə ilk növbədə obyektdən nə qədər gəlir əldə edəcəyini müqayisə etmək istəyir. Obyektin qiyməti yüksək, icarəhaqqı potensialı aşağı olduqda bu, investisiya baxımından sərfəli olmur. Əgər yaşayış sahəsi alaraq onu yerləşdiyi yerə, təmirli olub-olmamasına və digər amillərə əhəmiyyət verilirsə, obyektdə icarəhaqqının onun dəyərinə nisbəti əsas götürülür”.

Vüqar Oruc deyir ki, obyektin investisiya cəlbediciliyi onun illik icarəhaqqının təklif edilən qiymətinə bölməklə müəyyən edilir. Məsələn, aylıq icarəhaqqı 2500 manat, illik 30 min manat olan obyekt 300 min manata təklif edilirsə, bu, yüksəkgəlirli (0,1) hesab edilir. Həmin icarə qiyməti ilə obyekt 600 min manata təklif olunursa, orta (0,05), 1 milyon manata satışa çıxarıldığı halda isə aşağıgəlirli (0,03) sayılır.

Məbləğindən asılı olmayaraq icarəhaqqı mal və xidmətlərin qiymətinə əlavə olunur və onu dolayı yolla istehlakçılar ödəyir. Odur ki, yüksək icarəhaqları həm də yüksək qiymətlər deməkdir.

Ceyhun Həmid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri