Icma.az
close
up
RU
Obyetktiv baxış nümunəsi

Obyetktiv baxış nümunəsi

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Akif CABBARLI
Xüsusi xidmət orqanları veteranı, polkovnik Hamlet İsmayılovun sayca 8-ci kitabı işıq üzü görüb. Xatırladaq ki, kitabın müəllifi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə olub, 1991-ci ilin iyulunda Goranboy rayonu ərazisində gedən ağır döyüşlərdə yaralanıb. Erməni işğalçıları ilə müharibədə, eləcə də müharibədən əvvəlki və sonrakı dövrdə də bədnam qonşuların faşist xislətinə bir çekist kimi dərindən bələd olması onun yaradıcılıq diapazonunu xeyli genişləndirmiş, poetik düşüncələrinə parlaq çalarlar gətirmişdir. Bunu Hamlet müəllimin yenicə çapdan çıxmış “İttiham və siyasi iflas” kitabında daha aydın və bütün təfərrüatı ilə görmək mümkündür. Bu kitabdakı “İttiham”, “Qələbə”, “Qarabağ” və “Marafon” poemaları çox da uzaq olmayan tarixi və bu gün də aktual olan siyasi və hərbi hadisələri tam dolğunluğu ilə əks etdirir.
Hələ sovetlər ittifaqı dövründə müəllifə bəlli olan məxfi və qeyri-məxfi məlumatlara əsasən Mixail Qorbaçovun ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri tərəfindən ələ alınaraq agent kimi istifadə olunması ilə bağlı faktlar “İttiham” poemasının leymotivi kimi önə çıxır.
Mixail Qorbaçovun və ailəsinin erməni sevgisi, Qarabağ problemində tutduğu şərəfsiz mövqe, Ulu öndər Heydər Əliyevin böyük dövlət xadimi və siyasi lider kimi nüfuzuna qarşı açıq-aşkar düşmənçilik siyasəti sadə və yaddaqalan misraların dili ilə oxucuya çatdırılır. Hamlet İsmayılov yazır ki, Mixail Qorbaçov Qazaxıstanda, Azərbaycanda, Litvada, Gürcüstanda və Moldovada milli münaqişələrin yaranmasında fəal iştirakına görə Beynəlxalq Haaqa Tribunalına verilməli idi. Bu ittiham prosesi baş vermədiyi üçün mən ona qarşı öz “İttiham”ımı irəli sürərək siyasiləşdirilmiş şeir formasında yazıb əziz oxucularımızın müzakirəsinə verirəm.

“Qələbə” poemasında Böyük Vətən Müharibəsində igidlik göstərən qəhrəman Azərbaycan oğul və qızlarının keçdiyi şərəfli döyüş yolundan bəhs olunur. Həzi Aslanov, Ziya Bünyadov, Bəhyəddin Mirzəyev, Qəzənfər Quliyev, Absəddin Qəbələli, Əhmədiyə Cəbrayılov və digər igidlərin tale yolu bu poemada yüksək poetik ustalıqla vəsf olunur.
“Qarabağ” poemasında Milli Qəhrəmanlar- general-mayor Polad Həşimov, habelə Qarabağın azadlığı və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş təhlükəsizlik orqanlarının əməkdaşları Riyad Əhmədov, Nadir Əliyev, Eldar Məmmədov, Bəhruz Mansurov, Əmiraslan Əliyev və Faiq Cəfərovun, Qarabağ müharibəsi veteranları Asif Əliyevin, Əziz Əliyevin, Abbas Əskərovun, Malik Mustafayevin və başqalarının döyüş yoluna poetik nəzər salınır.
“Marafon” poeması isə beynəlxalq terrorizmin dəstəkçiləri olan dövlətlərin və siyasi dairələrin ifşasına həsr olunub. Müəllif öz duyğu və düşüncələrini poeziyanın dili ilə oxucuya çox rahatlıqla və məmnunluqla çatdırır.

Hamlet İsmayılov rusca təhsil alsa da Azərbaycanımızın adını həmişə uca tutan, milli adət-ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə, tarixi keçmişimizə duyğusal yanaşan, şərəf gətirən soydaşlarımızdandır. O, 1973-cü ildən 2003-cü ilədək təhlükəsizlik orqanlarında sədaqətlə, əsil çekist fədakarlığı ilə xidmət göstərib, polkovnik rütbəsində ehtiyata buraxılıb. İndi də dövlətimizin müstəqilliyinin qorusnmasına, daha da inkişaf etməsinə möhkəm sadiq olduğunu, əsərlərində peşakar yazıçı təxəyyülü, əsil publisist şəristəsi ilə təqdim edir. Hamlet müəllimin xidmətləri daim dövlətimiz, eləcə də uzun illər çalışdığı kollektiv tərəfindən həmişə yüksək dəyərləndirilib. Bu gün də öz bilik və bacarığını gənclərdən əsirgəmir, oxucularından eşitdiyi xoş sözləri də yaradıcılığına verilən əvəzsiz qiymət hesab edir.
Sonda dostumuzu və qələm yoldaşımızı yeni kitabı münasibəti ilə təbik edir, daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Müəllifin bütün yazıları - Akif CABBARLI

Bütün yazarlar

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri