Icma.az
close
up
RU
Tariximizə və bugünümüzə obyetktiv baxış nümunəsi

Tariximizə və bugünümüzə obyetktiv baxış nümunəsi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xüsusi xidmət orqanları veterabı, polkovnik Hamlet İsmayılovun sayca 8 – ci kitabı işıq üzü görüb. Xatırladaq ki, kitabın müəllifi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə olub, 1991 – ci ilin iyulunda Goranboy rayonu ərazisində gedən ağır döyüşlərdə yaralanıb. Erməni işğalçıları ilə müharibədə, eləcə də müharibədən əvvəlki və sonrakı dövrdə də bədnam qonşuların faşist xislətinə bir çekist kimi dərindən bələd olması onun yaradıcılıq diapazonunu xeyli genişləndirmiş, poetik düşüncələrinə parlaq çalarlar gətirmişdir. Bunu Hamlet müəllimin yenicə çapdan çıxmış “İttiham və siyasi iflas” kitabında daha aydın və bütün təfərrüatı ilə görmək mümkündür. Bu kitabdakı “İttiham”, “Qələbə”, “Qarabağ” və “Marafon” poemaları çox da uzaq olmayan tarixi və bu gün də aktual olan siyasi və hərbi hadisələri tam dolğunluğu ilə əks etdirir.

Hələ sovetlər ittifaqı dövründə müəllifə bəlli olan məxfi və qeyri – məxfi məlumatlara əsasən Mixail Qorbaçovun ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri tərəfindən ələ alınaraq agent kimi istifadə olunması ilə bağlı faktlar “İttiham” poemasının leymotivi kimi önə çıxır. Mixail Qorbaçovun və ailəsinin erməni sevgisi, Qarabağ problemində tutduğu şərəfsiz mövqe, Ulu öndər Heydər Əliyevin böyük dövlət xadimi və siyasi lider kimi nüfuzuna qarşı  açıq – aşkar düşmənçilik siyasəti sadə və yadda qalan misraların dili ilə oxucuya çatdırılır. Hamlet İsmayılov yazır ki, Mixail Qorbaçov Qazaxıstanda, Azərbaycanda, Litvada, Gürcüstanda və Moldovada milli münaqişələrin yaranmasında fəal iştirakına görə Beynəlxalq Haaqa Tribunalına verilməli idi. Bu ittiham prosesi baş vermədiyi üçün mən ona qarşı öz “İttiham”ımı irəli sürərək siyasiləşdirilmiş şeir formasında yazıb əziz oxucularımızın müzakirəsinə verirəm.

“Qələbə” poemasında Böyük Vətən Müharibəsində igidlik göstərən qəhrəman Azərbaycan oğul və qızlarının keçdiyi şərəfli döyüş yolundan bəhs olunur. Həzi Aslanov, Ziya Bünyadov, Bəhyəddin Mirzəyev, Qəzənfər Quliyev, Absəddin Qəbələli, Əhmədiyə Cəbrayılov və digər igidlərin tale yolu bu poemada yüksək poetik ustalıqla vəsf olunur.

“Qarabağ” poemasında Milli Qəhrəmanlar- general – mayor Polad Həşimov, habelə Qarabağın azadlığı və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş təhlükəsizlik orqanlarının əməkdaşları Riyad Əhmədov, Nadir Əliyev, Eldar Məmmədov, Bəhruz Mansurov, Əmiraslan Əliyev və Faiq Cəfərovun, Qarabağ müharibəsi veteranları Asif Əliyevin, Əziz Əliyevin, Abbas Əskərovun, Malik Mustafayevin və başqalarının döyüş yoluna poetik nəzər salınır.

“Marafon” poeması isə beynəlxalq terrorizmin dəstəkçiləri olan dövlətlərin və siyasi  dairələrin ifşasına həsr olunub. Müəllif öz duyğu və düşüncələrini poeziyanın dili ilə oxucuya çox rahatlıqla və məmnunluqla çatdırır.

Hamlet İsmayılov rusca təhsil alsa da Azərbaycanımızın adını həmişə uca tutan, milli adət - ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə, tarixi keçmişimizə duyğusal yanaşan, şərəf gətirən soydaşlarımızdandır. O, 1973 – cü ildən 2003 – cü ilədək təhlükəsizlik orqanlarında sədaqətlə, əsil çekist fədakarlığı ilə xidmət göstərib, polkovnik rütbəsində ehtiyata buraxılıb. İndi də dövlətimizin müstəqilliyinin qorusnmasına, daha da inkişaf etməsinə möhkəm sadiq olduğunu, əsərlərində peşakar yazıçı təxəyyülü, əsil publisist şəristəsi ilə təqdim edir. Hamlet müəllimin xidmətləri daim dövlətimiz, eləcə də uzun illər çalışdığı kollektiv tərəfindən həmişə yüksək dəyərləndirilib. Bu gün də öz bilik və bacarığını gənclərdən əsirgəmir, oxucularından eşitdiyi xoş sözləri də yaradıcılığına verilən əvəzsiz qiymət hesab edir.

Sonda dostumuzu və qələm yoldaşımızı yeni kitabı münasibəti ilə təbik edir, daha böyük yaradıcılıq uğurları arzulayırıq.

 

Akif Cabbarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see282

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see195

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see192

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see192

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see189

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see189

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see179

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see177

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see176

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see171

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see168

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see164

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see163

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see151

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see150

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see150

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see142

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see140

Ən mərhəmətli bürc hansıdır?

20 May 2026 21:30see139

Şoyqu Ermənistanı iqtisadiyyatı ilə hədələdi

20 May 2026 22:37see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri