Icma.az
close
up
RU
Öcalanla görüş: Yeni siyasi dinamikaların başlanğıcı, yoxsa?

Öcalanla görüş: Yeni siyasi dinamikaların başlanğıcı, yoxsa?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə siyasi gündəmi dəyişə biləcək vacib bir görüş baş tutmaq üzrədir. PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla Türkiyə Böyük Millət Məclisində təmsil olunan DEM Partiyasının nümayəndələri bu gün İmralı adasında üçüncü dəfə görüşəcəklər.

Görüşdən sonra geniş ictimai açıqlamanın verilməsi planlaşdırılır. Bu görüş təkcə Öcalanın saxlanıldığı həbsxana divarları arasında baş verən adi bir hadisə deyil. Məsələ Türkiyənin daxili siyasətində və regiondakı təhlükəsizlik mühitində ciddi nəticələr doğura biləcək bir prosesin başlanğıcı kimi qiymətləndirilir. Siyasi kulislərdə yayılan məlumatlara görə, Öcalanın PKK-ya silahları yerə qoymaq çağırışı etməsi gözlənilir. Əgər çağırış gerçəkləşərsə, bu, Türkiyədə uzun illərdir davam edən silahlı münaqişənin siyasi müstəviyə keçməsi üçün tarixi bir dönüş nöqtəsi ola bilər.

Bununla yanaşı, bu görüş ətrafında formalaşan siyasi müzakirələr və onun doğura biləcəyi nəticələr müxtəlif aspektlərdən təhlil olunmalıdır. İlk növbədə, Öcalanın verəcəyi mesajın PKK daxilində necə qarşılanacağı və bu çağırışın silahlı qruplaşmalar üzərində real təsirinin olub-olmayacağı sual altındadır. İkincisi, Türkiyə hakimiyyətinin bu prosesə baxışı, xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğan və onun müttəfiqi MHP lideri Dövlət Baxçalının münasibəti mühüm əhəmiyyət daşıyır.

Görüşün mümkün siyasi nəticələri və Öcalanın çağırışı Türkiyə siyasətində hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Suriyada baş verən proseslərdən sonra PKK-nın taleyi müəyyən qədər risk altına düşüb. Çünki, Suriyanın yenidənqurma prosesində Türkiyə böyük rol oynayır:

"Gedişat və regiondakı dəyişikliklər, xüsusilə PKK-nın gələcəyi üçün ciddi təhdidlər yaradır. Suriya, münaqişənin başlanğıcından bəri, yalnız ölkə daxilində deyil, həm də regional və beynəlxalq güclər arasında mübarizə meydanına çevrilib. Bu vəziyyətdə, PKK və onun Suriya təmsilçisi olan YPG də münaqişənin gedişatına bağlı olaraq müəyyən dərəcədə hədəf halına gəlib. Türkiyə xüsusilə son illərdə Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlarla PKK və YPG-yə qarşı ciddi təzyiqlər tətbiq edir. Ankara YPG-nin PKK ilə sıx əlaqələrini və bu qruplaşmanın sərhəd bölgələrindəki mövcudluğunu təhlükə olaraq qiymətləndirir. Bununla yanaşı, Suriyada əməliyyatların intensivləşməsi, PKK-nın bu bölgələrdə fəaliyyətini daha da çətinləşdirib və onların mənafeyinə zidd olan siyasi dəyişikliklərə səbəb olub".

Elçin Xalidbəyli: Suriyada baş verənlərdən sonra PKK-nın taleyi risk altına düşüb

Onun sözlərinə görə, önəmli məqam ABŞ-nin PKK-ya silah verməkdə maraqlı olmamasıdır. Həmsöhbətimiz qeyd edib ki, ABŞ ordusunun Suriyadan çıxarılması da buna dəlalət edir:

"Bu da PKK-ni risk altına salır. Nəticə etibarilə, Türk Silahlı Qüvvələrinin antiterror əməliyyatları keçirməsi potensialı artır. Buna görə də ideologiya cəhətdən PKK-ya yaxın olan DEM partiyası Öcalanla görüş keçirmək istəyir. PKK-nın siyasi qanadı buna görə təşkilat üzvlərinin ölümünün qarşısını almaq istəyir. Təbii ki, Türkiyə də buna qarşı deyil. İllərlə davam edən prosesin sülh yolu ilə başa çatması istənilən halda müsbət addımdır. Onlar da bütün terrorçuların tərksilah olunmasını istəyirlər. İndi əsas məsələ PKK-nın reaksiyasıdır. Buna görə də prosesləri izləmək lazımdır".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri