Icma.az
close
up
RU
Öd daşı xəstəliyi və hamiləlik

Öd daşı xəstəliyi və hamiləlik

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hal hazırda bütün dünyada öd daşı xəstəliyininə tutulan insanların sayı artır. Qadınlar  bu xəstəliyinə kişilərlə müqayisədə bir neçə dəfə çox tutulur.

Öd daşı xəstəliyi hamiləlik üçün əks göstəriş sayılmır. Lakin bu xəstəlik hamiləlik zamanı qadına çoxlu narahatçılıq verə bilər.

Bir çox hallarda gizli keçən öd daşı xəstəliyi hamiləlik zamanı özünü ilk dəfə büruzə verir. Alimlərin fikirinə görə, məhz hamiləlik bu xəstəliyinin inkişafına və ya kəskinləşməsinə təkan verir. Məsələ burasındadır ki, hamiləlik zamanı qadının orqanizmində proqesteron hormonunun səviyyəsi yüksəlir. Proqesteron isə bütün hamar əzələli orqanlara (o cümlədən də, öd kisəsinə) zəiflədici təsir göstərir (bunun əsas fizioloji mənası uşaqlığın əzələlərinin zəiflətməkdən ibarətdir ki, bu öz növbəsində uşaqsalmaya, vaxtdan tez doğuşa mane olur). Proqesteronun belə təsirindən öd kisəsində durğunluq yaranır, öd kisəsi daha zəif boşalır. Bu isə öz növbəsində öd daşı xəstəliyinin inkişafına və ya (qadında bu xəstəlik hamiləlikdən əvvəl olduqda) daha da kəskinləşməsinə səbəb ola bilər.

Öd daşı xəstəliyi olan qadınlarda daha tez-tez hallarda ağır erkən toksikozlar (ürəkbulanması, qusma, qıcqırma, köpmə və s.) inkişaf edir və bu hal hamiləliyin 20-ci (bəzən 28-ci-29-cu) həftəsinə kimi davam edir.

Hamiləliyin 2-ci yarısında (adətən 3-cü ücaylığında) xəstələrin yarısından çoxusunda xəstəlik kəskinləşir. Qadınlarda öd kisəsi tutmaları (onlara "qara ciyər tutmaları" da deyilir) inkişaf edir. Adətən belə tutmalar axşam və ya gecə qadın ağır (yağlı, qızarmış və s.)  qidaları qəbul etdikdən və ya stres keçirdikdən sonra baş verir. Ağrı adətən sağ qabırğaaltı (və ya mədə) nahiyəsində başlayır və sağ çiyinə, kürəyə, boyuna əks olunur. Tutma15-40 dəqiqədən 12 saata qədər davam edə bilər (lazım olan tədbirlər görünmədikdə). Ağrı çox güclü ola bilər və ürəkbulanması, qusma, qıcqırma və ağızda acılıq hissi ilə müşayiət olun bilər.

Hamiləlik zamanı öd daşı xəstəliyinin müalicəsində pəhriz, yüngül ödqovucu dərman preparatları, ağrılar zamanı - ağrısızlaşdıran və spazmolitik preparatlardan (baralqin, analqin, no-şpa, papaverin və s.) istifadə olunur.

Pəhriz müalicə zamanı əsas yer tutur. Yağlı, qızarmış, hisə verilmiş, duzlu, marinada qoyulmuş  qidaların qəbulu, ədviyyatlar kəskin azaldılmalıdır. Qida gün ərzində kiçik  porsiyalarla 5-6 dəfə qəbul olunmalıdır. Kəsmik, treska balığı, yağlı olmayan ət və balıq bulyonları, xama, qaymaq, ilıq yumurta, mineral sular (həkimlə məsləhətləşin!) xeyirli sayılır.

Ödqovucu vasitələrin arasında dərman preparatlarla yanaşı bitki dəmləmələrinin  (qarğıdalı saçaqları, nanə yarpaqları, itburnu, solmaz çiçəyi və s.) istifadə edilməsi çox yaxşı effekt verir (yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edin!).

Hal hazırda öd daşı xəstəliyinin müalicəsində öd daşlarını əridən xüsusi preparatlar (turşular) istifadə olunur. Lakin hamiləlik zamanı bu preparatlar dölə olan mənfi təsirinə görə tətbiq olunmur.

Bəzən hamiləlik zamanı öd axarı öd daş ilə qapanır ki, nəticədə kəskin hepatit zamanı olduğu kimi, sarılıq inkişaf edir, sidik tündləşir, nəcis rəngsizləşir, qadın həddən artıq güclü ağrıları hiss edir. Bu halda mütləq "təcili yardım" çağırmaq lazımdır.

Hamiləlik zamanı öd daşı xəstəliyi çox ağır keçdikdə (tez-tez təkrar olunan güclü tutmalar, öd daşı öd axarını bağladıqda və s.) cərrahi müalicə tətbiq oluna bilər. Bu halda hamiləlik saxlanılır. Lakin hamiləliyin sonunda böyümüş uşaqlıq cərrahi əməliyyatının keçirilməsinə maneçilik törədir ki, bu halda əməliyyatdan əvvəl uşaqlıq "boşaldılmalıdır" (keysəriyyə kəsiyi əməliyyatı aparılır).

Həkimlərin fikirinə görə, hamiləlik bir çox hallarda öd daşı xəstəliyinin gedişatına mənfi təsir edir. Öd daşı xəstəliyi olan qadın mütləq hamiləliyi planlaşdırmalıdır və planlaşdırma mərhələsində qastroenteroloqun və cərrahın müayinələrindən keçməlidir.

Bəzi hallarda lazım olan müayinələrdən sonra qadına həkimlər tərəfindən xolesistektomiya (öd kisəsinin xaric olunması) tövsiyə oluna bilər.

Xolesistektomiya hamiləlik üçün əks göstəriş deyil. Xolesistektomiya keçirmiş qadın əməliyyatdan bir neçə ay sonra hamiləliyi planlaşdıra bilər (bu haqda cərrahla məsləhətləşmək lazımdır). Bu əməliyyatın texnikasından - laparoskopik və ya açıq əməliyyat, əməliyyatdan sonra ağırlaşmaların meydana çıxıb-çıxmamasından və s. asılıdır. Xolesistektomiya keçirmiş qadın hamiləlik daim zamanı ginekoloq və terapevt həkimlərin nəzarətində olmalı, pəhriz saxlamalı və həkimin təyini ilə yüngül ödqovucu preparatları qəbul etməlidir.

Бурков Сергей Генадьевич
Доктор медицинских наук, профессор
Tərcümə: M. İsayeva

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri