Icma.az
close
up
RU
Öd daşı xəstəliyi. Kimlər risk qrupundadır?

Öd daşı xəstəliyi. Kimlər risk qrupundadır?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər il dünyada 1,5-1,6 milyon insan öd daşı xəstəliyi səbəbindən xolesistektomiya əməliyyatına məruz qalır.

Rusiyada bu rəqəm 110 min, ABŞ-da 600 min, Azərbaycanda isə 4-5 min civarındadır.

Trend.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Əliniyaz Məmmədov deyib.

Onun sözlərinə görə, aparılan elmi-tədqiqat işlərinin və müşahidələrin təhlili son vaxtlar əhali arasında öd daşı xəstəliyinin (ÖDX) artdığını göstərir. Bu xəstəliyə dünya əhalisinin 10-15 faizində rast gəlinir. Əgər artım belə templə davam etsə, 2050-ci ilə kimi bu göslərici 20 faizə çatacaq.

Ə.Məmmədov bildirib ki, əhali arasında yayılmasına görə, ÖDX ancaq ürək-damar və şəkərli diabet xəstəliklərindən geri qalır, həzm traktı xəstəlikləri içərisində isə liderdir:

"ABŞ kimi inkişaf etmiş ölkədə bu xəstəlikdən hər il on minə yaxın insan həyatını itirir. Ona görə ÖDX xoşxassəli xəstəliklər qrupuna aid olsa da, onun geniş yayılması, etiologiyasında gender faktorlarının, yaşın, qidalanma rejiminin, bir sıra ekoloji amillərin, urbanizasiya və s. proseslərin iştirakı problemə daha çox tibbi-sosial baxımdan yanaşmağı tələb edir.

Ə.Məmmədov qeyd edib ki, fundamental-epidemioloji tədqiqatların nəticələrinə görə, öd kisəsində daşların yaranmasında önəmli rol oynayan risk faktorları içərisində ilk yerlərdən birini gender amili tulur. Belə ki, xəstəliyin qadınlar arasında yayılma göstəricisi 17, kişilərdə isə 8 faizdir: "Reproduktiv yaşda 4:1 olan bu nisbət ahıl və qoca yaşlarda müəyyən qədər aradan qalxır. Qadınlarda bu xəstəliyə daha çox təsadüf edildiyini xüsusi formul ilə göstərirlər. Belə ki, öd daşı xəstəliyinə əsasən 40 yaşı ötmüş, çox doğmuş, kök, sarısın qadınlarda rast gəlinir. Maraqlıdır ki, 70 faiz hallarda hamiləlik vaxtı öd yollarında müşahidə edilən çöküntülər doğuşdan sonra olmur".

Ə.Məmmədov vurğulayıb ki, öd daşı xəstəliyini əmələ gətirən əsas risk amillərindən biri də yaş faktorudur. ÖDX yaşlı nəsil arasında həzm traktı orqanlarının ən çox yayılmış patologiyası olsa da, son vaxtlar ona uşaqlarda da (5%) rast gəlinir. Tədqiqatlar göstərir ki, valideynlərində xolelitiaz olan uşaqların ödünün tərkibində xolesterinin miqdarı daha çox olur. Bu xəstəliyə ana xətti ilə genetik meyillilik üstünlük təşkil edir.

Alim əlavə edib ki, öd daşları 90 faiz halda xolesterin, 2-3 faiz halda kalsium duzu, 3-5 faiz halda isə piqment tərkibli olur. Əgər daşların tərkibində xolesterinin miqdarı 50 faizdən artıqdırsa, xolesterin daşları, 20-50 faiz olarsa, qarışıq daşlar, 20 faizdən az olarsa, piqment daşları hesab edilir. Avropada 90 faiz halda xolesterin daşlarına, Azərbaycanda isə qarışıq daşlara rast gəlinir: "Xolelitiazın inkişafına azhərəkətli həyat tərzi təsir edir. Bəzi qrup insanlarda, məsələn, həftədə 40 saat televizora baxanlarda (təqaüd yaşda), oturaq işi olanlarda ÖDX-nin əmələ gəlmə riski 2 dəfə çoxdur. Bu xəstəliyə ağır fiziki əməklə məşğul olanlar arasında daha az rast gəlinir".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri