Icma.az
close
up
RU
Öd daşı xəstəliyinin CƏRRAHİ MÜALİCƏSİ

Öd daşı xəstəliyinin CƏRRAHİ MÜALİCƏSİ

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Öd daşı xəstəliyi konservativ (dərmanların köməyilə) və cərrahi üsullarla müalicə olunur.

Saglamolun.az bildirir ki, hər bir konkret halda müalicə taktikası xəstənin vəziyyindən, yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, ağırlaşmaların olub-olmadığından və s. səbəblərdən asılı olaraq müalicə həkimi tərəfindən seçilir.

Öd daşı xəstəliyinin cərrahi müalicəsi hazırda daha tez-tez laparoskopik üsulla həyata keçirilir. Öd kisəsinin xaric edilməsi əməliyyatı "xolisistektomiya" adlandırılır.

Ümumi narkozun altında qarın boşluğunun divarında uzunluğu 0,5-2 sm olan 3-4 kəsik aparılır. Qarın boşluğu xüsusi qaz qarışığı ilə doldurulur ki, əməliyyat sahəsi daha aydın görünsün.

Daha sonra qarın boşluğuna kiçik videokamerası və işıq mənbəyi olan laparoskop cihazı yeridilir. Bu videokamera qarın boşluğunda olan görünüşü monitoruna göndərir. Cərrahlar əməliyyatı monitora baxaraq aparırlar.

Digər kəsiklərdən qarın boşluğuna mikrocərrahiyə alətlər - manipulyatorlar (qayçı, elektrokoaqulyatorlar və s.) yeridilir ki, bu alətlərin vasitəsilə cərrahi əməliyyat həyata keçirilir.

Əməliyyat zamanı öd kisəsi qaraciyər və ümumi qaraciyər axarından ayrılır, öd kisəsini qanla təchiz edən damarlar bağlanır. Öd kisəsi daşlarla birlikdə qarın boşluğundan çıxarılır, kəsiklərə tikişlər qoyulur. Cərrahi əməliyyat orta hesabla 40-60 dəqiqə davam edir. Laparoskopik əməliyyatından sonra xəstə təxminən 2-3 gün ərzində xəstəxanada qalmalıdır.

Laparoskopik əməliyytlar qoruyucu sayılır. Bu səbəbdən mümkün olduqda cərrahlar məhz bu üsuldan istifadə edirlər. Məsələ burasındadır ki, kiçik kəsiklər əməliyyatdan sonra mümkün olan ağırlaşmaların (infeksiyalaşma, qanaxma, bitişmələrin, yırtıqların əmələ gəlməsi və s.) riskini və əməliyyatdan sonra xəstədə olan ağrıları minimuma azaldır, bağırsaqların funksiyası daha tez bərpa olunur, xəstə daha qısa müddət ərzində adi həyata qayıdır. Lakin bəzən öd daşı xəstəliyi zamanı laparoskopik əməliyyatın tətbiq edilməsi müxtəlif səbəblərə görə (ağır ürək və ağ ciyər xəstəlikləri, hamiləliyin axırıncı 3 ayı və s.) mümkünsüz olur.

Bəzən xəstələr cərrahlara belə sual verirlər: daşları çıxarıb öd kisəsini saxlamaq mümkündürmü? Cərrahlar cavab verir: mümkündür, lakin düzgün deyil. Niyə? Əməliyyatdan bir müddətdən sonra daşlar yenidən əmələ gələcək. Məsələ burasındadır ki, daşları əmələ gətirən faktorlar dəyişilmədən qalır, öd kisəsi infeksiya mənbəyi kimi orqanizmdə qalır, bundan əlavə əməliyyatdan sonra öd kisəsində bitişmələr əmələ gəlir ki, nəticədə onun fəaliyyəti daha da pozulur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri