Icma.az
close
up
RU
Ödənişli yol da, Bakıya pullu giriş də tıxacı azaltmayacaq: Çünki...

Ödənişli yol da, Bakıya pullu giriş də tıxacı azaltmayacaq: Çünki...

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bununla bağlı bildirmişdi ki, fond müəyyən edilmiş meyarlara cavab verən avtobuslarla sərnişindaşıma xidməti göstərən daşıyıcıların müntəzəm sərnişin daşımaları sahəsində xərclərinin əvəzinin ödənilməsi üçün yaradılıb: 

““Müntəzəm sərnişindaşıma sahəsində daha keyfiyyətli xidmətin göstərilməsi üçün avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti sistemi yenidən qurulur. Məqsəd müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın artırılmasıdır”. 2026-cı ilin dövlət büdcəsində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155 milyon manat təşkil edə bilər. 

Bu isə 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənədə əsasən, həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və yaxud fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcək. 

Qeyd edək ki, son günlər ictimai nəqliyyatda gediş haqları artırıldı ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. 

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, yollarda ödənişli olmayan elə bir zolaq qalmayıb: 

“Yalnız bir zolaq qalıb ki, o da ödənişli olsa, məcburi hamı ödəniş etməli olacaq. Ancaq avtobus zolağını əlavə ödənişli etmək mümkündür. Elə qiymətə etmək olar ki, oradan hər adam istifadə edə bilməsin. Əgər o pulla ictimai nəqliyyatı daha da təkmilləşdirmək istəyiriksə, mümkündür. Yolların ödənişli olmasına gəldikdə, hələ dəqiq məlumat verilməyib ki, hansı inzibati ərazidə bunu tətbiq edəcəklər. 

“Azneft”, “PortBaku” tərəfdən şəhərə girişin hər ikisində şlaqbaum, ödənişli terminal olsa, şəhərin mərkəzində avtomobillərdən istifadə sərfəli olmayacaq. Çünki vətəndaş fikirləşəcək ki, taksi ilə 5-10 manata gedəcəksə, avtomobillə gedəndə əlavə ödəniş edəcək, üstəlik parkinq ödənişləri var. 

Yəni belə olsa, artıq avtomobillərdən imtina etməli olacağıq. Yaxud da mərkəzdə yox, Bakının kəndlərində şose yolda avtomobil idarə edə bilərik. O zaman belə çıxır ki, biz ikitəkərli nəqliyyat vasitəsinə keçməliyik. Ən azından, velosipeddən istifadə etməli olacağıq. Velosipedlə giriş ödənişli olmayacaq. Çünki onun dövlət qeydiyyat nömrəsi yoxdur, heç bir kamera çəkmir. Yəqin elə məqsəd də odur ki, Bakını insanyönümlü şəhər edək. Yəni avtomobillərdən imtina edək, piyada, velosiped, yaxud da skuterə keçək”. 

O qeyd edib ki, artıq skuterlərin də icarə qiyməti artırılıb: 

“Bakı-Sumqayıt yolunda avtobus zolaqlarına bütün avtobusları buraxmırlar. Yəni avtobuslar sərnişin daşıyır, hər bir ödənişi, vergisini ödəyir, ancaq lazım olan öz avtobuslarından başqa digər avtobusları o zolağa buraxmırlar”. 

Ekspertin sözlərinə görə, digər ölkələrdə də ödənişli yollar var: 

“Bakı-Quba yolunda olduğu kimi ödəniş edirlər, orada radar yoxdur, şose yol da yaxşıdır. Təxminən 10 manat ödəniş edirsən, vaxta da qənaət olunur. Ödənişli yol da, alternativ ödənişsiz yol da var. Kim hansı yoldan istəyirsə, istifadə edir. Ancaq Bakıya girişin ödənişli olması ciddi problemlər yaradacaq, tıxaclar daha da çoxalacaq. Maşını saxlayıb ödəniş edib keçmək qaydası uzun tıxac yaradacaq. 

Əgər aylıq ödəniş olsa, heç bir maneə olmadan, sadəcə kamera vasitəsilə müəyyən əraziyə daxil olan kimi dövlət qeydiyyat nömrəsini çəkib göndərsə, bu cür maneəsiz, şlaqbaumsuz, dayanmadan hərəkət etmək mümkün olsa, nisbətən yaxşıdır. Ancaq ümumi götürdükdə ödənişli yolların olmaması daha yaxşı olar. 20 ildən sonra bunu tətbiq etmək mümkün idi. Çünki ondan qabaq görüləsi çox işlərimiz var. Hazırda ona heç bir ehtiyac yox idi”. 

Ekpert bildirib ki, gediş haqqı qalxsa da, yolların hamısı pullu olsa da, bütün vəsait oraya yönəlsə də, ictimai nəqliyyatda vəziyyətin düzəlməsi gözlənilmir:

“Çünki ölkənin yarısı Bakı şəhərində yaşayır. Ona görə nə qədər avtobus alınsa da, yenə də müəyyən yerlər var ki, oradan keçəndə tıxac olur, hərəkət dayanır. Metroya da pik vaxtlarda giriş mümkün deyil. Mən ödənişli yolların olmasının tam əleyhinəyəm. Avtomobillərdən istifadəni istəmiriksə, başqa yollar tətbiq etməliyik. Ümumiyyətlə, qurumlar tıxacın qarşısını almaq istəsələr, bunun üçün çox yaxşı variantlar var. Bu, vəziyyətdən çıxış yolu deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Ödənişli yol tıxac Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see390

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see214

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see209

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see202

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see189

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see179

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see176

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see176

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see176

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see172

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see172

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see171

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see170

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see170

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see170

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see169

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see163

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see160

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see160

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri