Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 iyun, AZƏRTAC
Ukraynanın Odessa vilayətində, Tuzlı Estuariləri Milli Təbiət Parkı ərazisində 15 ölü delfin aşkar edilib.
AZƏRTAC Ukraynanın “Ukrinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə parkın əməkdaşı öz sosial hesabında məlumat yayıb. Qeyd edilib ki, iyun 6-7- aparılan monitorinq zamanı milli parkın 12 kilometr sahil xətti və ona bitişik 1 kilometrlik ərazidə ölü delfinlərə rast gəlinib.
Ekoloqun sözlərinə görə, hərbi fəaliyyətlər, o cümlədən partlayışlar və sonar sistemlərinin istifadəsi Qara dəniz ekosisteminə ciddi zərər vurur. O bildirib ki, bu proses regionda dəniz biomüxtəlifliyinin davamlı şəkildə zəifləməsinə səbəb olur.
Bu mövzuda digər xəbərlər:Odessa sahillərində gəmi partlayıb
31 Avqust 2025 15:22
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
12 Oktyabr 2026 21:34
Odessa sahillərində Türkiyə gəmisi batdı
26 İyul 2026 22:43
Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb
16 İyun 2026 02:46
Baxış sayı:119
Bu xəbər 09 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















