Icma.az
close
up
RU
Odessada Azərbaycan izləri AZƏRTAC ın xüsusi reportajı

Odessada Azərbaycan izləri AZƏRTAC ın xüsusi reportajı

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Odessa, 2 iyun, AZƏRTAC

Müharibə şəraitinə baxmayaraq, Ukraynanın bir çox şəhərlərində Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılması istiqamətində bir sıra vacib layihələr həyata keçirilir. Belə şəhərlərdən biri də Ukraynanın incisi sayılan, turistlərin sevimli məkanı olan, Qara dəniz sahilində yerləşən Odessa şəhəridir. Odessada yaşayan soydaşlarımız, diaspor fəalları bu işdə aktivlik nümayiş etdirirlər.

Odessanın vizit kartına çevriləcək “Azərbaycan” parkı

Ukraynanın Odessa şəhərində “Azərbaycan” parkının salınması üçün ilkin razılıq əldə olunub. Odessada “Birlik” Təşkilatının sədri vəzifəsini icra edən Cəlil Astanov AZƏRTAC-a açıqlamasında bildirib ki, Odessa şəhər meri Qennadi Truxanov “Azərbaycan” parkının yaradılmasına icazə verib. “Bu park odessalılar və şəhərin qonaqları üçün çox gözəl bir istirahət mərkəzi olacaq. Azərbaycanın diaspor nümayəndələri parkın yaradılmasının maliyyəsini tam olaraq öz üzərinə götürüb”, - deyə Cəlil Astanov əlavə edib.

Hazırda parkın ərazisində xüsusi texnikalar işləyir, ilkin olaraq təmizlik işləri aparılır. Parkın ərazisi 3 hektardan artıq olacaq. Parkda Azərbaycanın tanıtım muzeyi, uşaqlar üçün istirahət zonası, idmanla məşğul olmaq üçün xüsusi zona, “Azərbaycan” adı ilə fotozona və digər istirahət və əyləncə yerləri nəzərdə tutulub.

Odessa şəhər sakinləri belə bir parkın yaradılmasının əhəmiyyətini vurğulayırlar. Odessa Milli İqtisadi Universitetinin professoru Mixail Zveryakov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan diasporu tərəfindən Odessada parkın yaradılması gözəl təşəbbüsdür.

“Bu, şəhərimizin sakinləri üçün çox maraqlı hadisədir, çünki bu park Odessa sakinlərinə Azərbaycan Respublikası, onun uğurları, qəhrəmanları, bu illər ərzində Ukrayna ilə Azərbaycan arasında olan əlaqələr haqqında məlumat verəcək. Ümid edirəm ki, bu park Azərbaycan diasporunun təşəbbüsü ilə şəhərimizin bəzəyinə çevriləcək. Azərbaycan ölkəmizin etibarlı dostudur. Bu, ilk növbədə, ölkəmizlə ciddi iqtisadi əlaqələrdə özünü göstərir. Biz Azərbaycanın ölkəmizdə yaratdığı gözəl layihələri yaxşı bilirik və daha çox layihələr hazırlanır”, - deyə Mixail Zveryakov əlavə edib.

İxtisasca mühasibatçı olan şəhər sakini Yevqeniy Doyja isə AZƏRTAC-a açıqlamasında “Azərbaycan” parkının yaradılmasının gözəl ideya olduğunu bildirib: “Bu, Azərbaycan ilə Ukrayna arasında dostluğun simvolu olacaq. Bu, istirahət guşəsi olmaqla yanaşı, həm də şəhərimizin turistik məkanlarından birinə çevriləcək. Məsələn, bizim “Yunan”, “İstanbul” parkımız var, “Azərbaycan” parkı da əlavə olaraq şəhərimizə turist cəlb edər. Bu parkda müxtəlif tədbirlər, sərgilər, bəzi Azərbaycan milli tədbirlərinin keçirilməsi də mümkündür. Əslində biz şəhərimizin gözəlləşdirilməsinə görə çox minnətdarıq, bu, şəhərimizi bəzəməklə yanaşı, eyni zamanda, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır”.

Odessada böyük məscid tikilir

Odessada Azərbaycan adına, dinimizin təbliği, inanclı insanların rahatlığı baxımından daha bir böyük layihə həyata keçirilir. Şəhərin mərkəzindən cəmi bir neçə kilometr məsafədə yerləşən Ukraynanın ən böyük məscidlərindən biri tikilir. “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Şamil Quliyevin təşəbbüsü ilə tikilən məsciddə artıq son tamamlanma işləri aparılır.

Məsciddə kişi və qadınların namaz qılmaları, dua etmələri üçün ayrıca zallar, qonaq din xadimlərinin ailələri ilə birlikdə gecələmək üçün qonaq evi, mərasim zalı və digər yerlər olacaq. Məscidin ümumi sahəsi 2758 kvadratmetr, məscidin binasının sahəsi isə 878 kvadratmetr, “Qonaq evi”nin sahəsi isə 196 kvadratmetrdir.

“Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Odessa vilayətində 30 mindən çox azərbaycanlı yaşayır. “Müharibə şəraitinə baxmayaraq, soydaşlarımızın Odessa şəhəri və vilayətində aktiv fəaliyyətləri mövcuddur. Bu fəaliyyətin davamı kimi hazırda “Azərbaycan” parkı salınır. Bu parkda Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi təqdim olunacaq. Soydaşlarımızın ən böyük layihələrindən biri isə Ukraynanın ən iri məscidlərindən birinin tikintisidir. Bu məscid Odessada yaşayan bütün müsəlmanların xidmətinə veriləcək”.

Gəncəni Odessadan ayıran 1410 kilometrlik məsafə

Odessada Azərbaycanı tanıdan daha bir məkan isə, şəhərin mərkəzində, Odessa şəhər meriyasının binasının qarşısıdır. Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Odessa meriyasının qarşısında şəhərlərin məsafə nişanı göstərilən məkana Gəncənin adının əlavə edilməsi məsələsi bir müddət öncə müsbət həllini tapıb. Artıq dünyanın bir sıra paytaxt və iri şəhərləri arasına Odessadan Gəncəyə olan məsafəni göstərən istiqamət nişanı da əlavə edilib. Odessalılar və şəhərin qonaqları artıq bilirlər ki, Azərbaycanın tarixi Gəncə şəhərini Odessadan cəmi 1410 kilometr məsafə ayırır.

Xatırladaq ki, Gəncə və Odessa şəhərlərinin qardaşlaşmış şəhərlərdir. Bununla bağlı “Niyyətlər haqqında protokol” 2019-cu il dekabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı imzalanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Odessa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri