Icma.az
close
up
RU
Odlar Yurdu Universiteti bağlanacaq? Samir Vəliyevdən CAVAB

Odlar Yurdu Universiteti bağlanacaq? Samir Vəliyevdən CAVAB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

1990-cı illərin sonları və XXI əsrin əvvəllərində Azərbaycanda özəl universitetlərin sayında əhəmiyyətli artım müşahidə olunurdu. Bu dövrdə bir çox yeni özəl ali təhsil müəssisəsi fəaliyyətə başladı, xarici universitetlər Bakıda nümayəndəliklərini açırdı.

Lakin qısa müddət sonra özəl universitet "bumu" dayandı. Bir çox özəl universitet bağlandı, yeniləri isə açılmadı. Hazırda Azərbaycanda cəmi 9 özəl universitet fəaliyyət göstərir. Bu universitetlər arasında Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti və "Odlar Yurdu" Universiteti kimi ali təhsil müəssisələri mövcuddur.

Bu gün özəl universitetlərdə vəziyyət ürəkaçan deyil. Bir vaxtlar prestijli hesab edilən bu universitetlər indi daha aşağı bal toplayan abituriyentlərin müraciət etdiyi ali təhsil müəssisələrinə çevrilib. Bunun səbəbləri arasında təhsil standartlarına cavab verməyən maddi-texniki baza, müasir tədris korpuslarının və tələbə yataqxanalarının olmaması, zəngin kitabxanaların çatışmazlığı göstərilir.

Mütəxəssislər hesab edirlər ki, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər və bu da onların cəlbediciliyinin azalmasına səbəb oldu.

Modern.az bu mövzuda Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri Samir Vəliyevlə həmsöhbət olub.

O, bəzi özəl universitetlərin bağlanmasınının səbəblərindən danışıb: “Müstəqilliyimizin ilk illərində dövlət təhsil müəssisələri ilə yanaşı, özəl təhsil müəssisələri də yaranmağa başladı. Bu say kifayət qədər çox idi. 60-a yaxın özəl təhsil müəssisələri yaradılmışdı. Eyni zamanda bir çox ölkələrin, xüsusilə Rusiyanın müxtəlif universitetlərinin filialları təsis olunmuşdu. Zaman keçdikcə bir çox özəl  təhsil müəssisələri rəqabətə dözə bilmədi. Onların məzunları, yetişdirdiyi kadrlar bazar iqtisadiyyatı şəraitində lazımi yerləri tuta bilmədilər. Nəticə etibarilə, təhsilin və tədrisin təşkili mövcud Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmadığından, eləcə də kadr hazırlığının lazmi səviyyədə olmaması səbəbindən təhsil müəssisələri qapandı”.

S.Vəliyev vurğulayıb ki, hazırda fəaliyyət göstərən özəl universitetlərin bağlanma riski yoxdur:

"Bu gün dövlət təhsil müəssisələri ilə yanaşı fəaliyyət göstərən özəl təhsil müəssisələri hesab edirəm ki, Azərbaycan Respublikasının təhsil qanununa,digər normativ hüquqi sənədlərə tam uyğun olaraq fəaliyyət göstərir. Bu universitetlərin lisenziyaları, akkreditasiyaları mövcuddur. Eyni zamanda həmin özəl təhsil müəssisələrinin yetişdirdiyi və bu gün istər dövlət, istərsə də özəl müəssisələrdə çalışan kadrların səviyyəsi də düşünürəm ki, kifayət qədər yuxarıdır. Bu baxımdan bu gün fəaliyyətdə olan özəl təhsil müəssisələri zənnimcə tam standartlara, tələblərə cavab verirlər. Bütövlükdə bu gün əmək bazarına daxil olan məzunların birinci növbədə bilik-bacarıq səriştəsi hesablanaraq işə qəbul olunurlar. Seleksiya aparıldıqda, işə qəbul təbii ki, müəssisənin qiymələrndirilməsinə əsaslanır.  Biz özəl təhsil müəssisələrinin işlə təminat məsələsinə baxsaq, düşünürəm ki, kifayət qədər dövlət və özəl müəssisələrdə işləyən məzunlar var. Onlar öz işlərinin öhdəsindən peşəkarcasına layiqincə gəlirlər. Bu gün özəl təhsil müəssisələri mövcud olan bazar iqtisadiyyatı şəraitində lazımi olan kadrları yetişdirə bilmirlər, bu tamamilə absurd məsələdir. Bununla bağlı araşdırmalar, statistik məlumatlar onu deməyə əsas verir ki, özəl təhsil müəssisələri, heç də dövlət təhsil müəssisələrindən az olmayan sayda peşəkar mütəxəssislər yetişdirib, əmək bazarında onların işlə təmin olunması məsələsi öz həllini tapmış olur. Bu nöqteyi-nəzərdən bu gün fəaliyyətdə olan özəl universitetlərin düşünürəm ki, kadr hazırlığı, əmək bazarına lazımı, səriştəli kadrların hazırlanmasında gördüyü işlər təqdirəlayiqdir. Günün tələbinə tam cavab verirlər".

Samir Vəliyev Odlar Yurdu Universitetinin fəaliyyətinə hər hansı riskin olub-olmadığ barədə sualımıza belə cavab verib: "Açığı, mən hər hansı özəl təhsil müəssisəsinin üzərində dayanaraq, belə bir fikir deməyim düz olmaz. Mənim bütövlükdə özəl təhsil müəssisələri, universitetlər haqda yuxarıda dediklərim hamısına şamildir. Bu gün özəl universitet fəaliyyət göstərirsə, deməli, o, Azərbaycan qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. Başqa fərdi xarakter daşıyan suallar ümumi kontekstdə uyğun gəlmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri