Icma.az
close
up
RU
OECD: 2030 cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

OECD: 2030 cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Yaxın Şərqdəki münaqişələrin yaratdığı enerji xərcləri və polad istehsalına düşən yük, eləcə də Çinin geniş istehsal subsidiyaları nəticəsində bazarda yaranan həddindən artıq istehsal gücü səbəbindən qlobal miqyasda polad sənayesi problemlərlə üzləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında deyilir.

Bildirilir ki, polad tələbatının azalmasına baxmayaraq, qlobal istehsal gücü davamlı olaraq artır və istehsal gücündən istifadə nisbətləri ənənəvi səviyyələrdən xeyli aşağı düşür.

Hesabatda poladın demək olar ki, bütün sənaye fəaliyyətləri üçün əsas zərurət olduğu və bir çox strateji sektorlarda olduqca vacib əhəmiyyət daşıdığı qeyd edilib. Dünya miqyasında istehsal vahidlərinin quraşdırılmış gücü ilə faktiki istehsal səviyyələri arasındakı fərq ötən il 640 milyon tona çatıb və 2028-ci ilə qədər isə 745 milyon tona çatacağı gözlənilir. Bu proqnoz ötənilki təxminən 1,8 milyard ton olan ümumi polad tələbatının üçdə birindən çoxunu təşkil edir.

Qlobal polad profisitinin 54 faizi Çinin bayına düşür. Belə ki, rəsmi Pekin 2019-cu ildən bəri Çinin polad istehsalçılarına verdiyi subsidiyaları təxminən ikiqat artırıb və bu göstərici OECD ölkələrindəki istehsalçıların aldığı dəstəkdən təxminən 15 dəfə çoxdur.

Hesabatda xammal təchizatına artan təzyiqlər də qeyd olunub, dünyada polad istehsal edən heç bir ölkənin özünü xammal ehtiyatları ilə tam təmin edə bilmədiyi, polad istehsalı üçün vacib olan xammal ixracına qoyulan məhdudiyyətlərin qlobal miqyasda genişləndiyi və hazırda 42 ölkənin tullantı ixracını məhdudlaşdırdığı bildirilir. Yaxın Şərqdəki münaqişə səbəbindən artan enerji xərclərinin, enerji tələb edən bir sektor olan polad istehsalına əlavə yük yaratdığı və polad istehsalı xərclərinin 40 faizə qədərinin enerji ilə təmin olunduğu vurğulanır.

“Bu təzyiqlər sektor üzrə investisiya qərarlarına mənfi təsir göstərir və bir çox aşağı emissiyalı polad istehsalı layihələrinin təxirə salınmasına səbəb olur”, - deyə hesabatda bildirilir.

Qeyd edək k, OECD-nin hesabatı əsasən sənayeləşmiş 38 ölkəni əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri