Icma.az
close
up
RU
Ofelya Şabanova sərt danışdı: “Geyim birbaşa olaraq əxlaq ölçüsüdür”

Ofelya Şabanova sərt danışdı: “Geyim birbaşa olaraq əxlaq ölçüsüdür”

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son bir neçə gündür Əməkdar artist Fərqanə Qasımova ilə “Avroviziya 2011” qalibimiz Nigar Camal arasındakı qalmaqal gündəmi zəbt edib.

Buna səbəb Fərqanə Qasımovanın “Dream Fest”ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olub.

Belə ki, muğam ifaçısı Nigarın bodili fotosuna “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb.

N.Camal isə şəxsi “İnstagram” hesabında F.Qasımovanın həmin şərhinə reaksiya bildirib.

Müğənni paylaşımında, “Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm”, - deyə qeyd edib.

N.Camal, daha sonra, “Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”, - deyə paylaşımına əlavə edib. 

İfaçının azadlıq və qadın haqları ilə bağlı verdiyi cavab geniş rezonansa səbəb olub. Nigar Camalın cavabı şou-biznes nümayəndələri tərəfindən dəstəklənib.

Lakin xanəndə və xalq mahnı ifaçıları arasında F. Qasımovaya dəstək verən olmayıb.

Yalnız müğənni Ofelya Şabanova məsələ ilə bağlı yazdığı rəydə qeyd edib ki, kaşki xanəndələr və xalq mahnı ifaçıları, estrada ifaçiları kimi bir-birinin tərəfini belə saxlayardı.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında müğənni Ofelya Şabanova bildirib ki, geyim əxlaq meyarıdır, bunu inkar etmək doğru deyil.

Müğənni vurğulayıb ki, bu mövzuda bitərəf olsa da, subyektiv fikrini bölüşməyi vacib sayır:

“Bildirim ki, 30 yaşından sonra insanın xarakterini dəyişmək mümkün deyil. Kaş xanəndələr və xalq mahnılarının ifaçıları da estrada müğənniləri kimi bir-birinə dəstək ola biləydilər. Bu gün mən müsəlman ölkəsi olan Azərbaycan Respublikasında yaşayıram və bununla da fəxr edirəm.

Bəzən bəzi qadınlar özlərinə haqq qazandırmaq üçün “Geyim əxlaq meyarı deyil” deyirlər. Bu fikirlə razı deyiləm. Geyim birbaşa olaraq əxlaq ölçüsüdür. Ataların belə bir deyimi var: "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar". Sənin geyimin ədəbli və gözəl olmalıdır ki, səni yaxşı qarşılasınlar”.

Ofelya Şabanova qeyd edib ki, soyunmadan da sənət nümayiş etdirmək mümkündür:

“Nigar Camal uzun müddət Avropada yaşadığı üçün, yəqin ki, avropalıların adət-ənənələrini götürüb. Unutmamalıyıq ki, biz tarix yazan, şərəfli və qeyrətli ölkənin vətəndaşlarıyıq. Sovet dövründə 15 respublikaya örnək olan bir xalq olmuşuq. Bəs indi nə oldu?

Xatırladam ki, illər öncə Pakistan prezidenti və digər dövlət xadimləri Azərbaycana səfər etmişdilər. Bizim yerli kanallardan biri pakistanlı gənc deputat xanımdan ölkəmiz haqqında müsahibə alırdı. Gənc deputat xanım müsahibəsində, “Mən Azərbaycana gələndə düşünürdüm ki, müsəlman ölkəsidir. Burada işgüzar xanımlarla çox qarşılaşacam. Təəssüflər olsun ki, işgüzar xanımlardan çox açıq-saçıq görüntüdə olan xanımlara rast gəldim”.

O zaman pakistanlı xanım deputatın sözlər mənə çox pis təsir etmişdi. Elə hey özüm-özümə sual verirdim ki, niyə axı belə olmalıyıq? Soyunmadan ifa etmək, sənət nümayiş etdirmək olmur? Axı sən öz şəhvət hisslərinə övladlarını qurban verirsən. Övladlarımız sizin səhvləriniz ucbatından əzab çəkir. Bunu başa düşün və anlayın”.

İfaçı bəzi şəxslərin onu köhnə fikirli adlandırmasına da münasibət bildirib:

“Bəlkə də indi kimlərsə deyəcək ki, "Ofelya köhnə fikirlidir". Qətiyyən belə deyil. Çılpaq görünmək müasirlik deyil. Müasirlik sağlam düşüncə, düzgün dünya görüşüdür. Efirdə görünən hər bir kəs anlamalıdır ki, gənclər və yeniyetmələr sizlərə baxıb dərs alır. Gəncləri yolundan azdıran dərslər bizim xalqa lazım deyil.

Ümüd edirəm ki, tezliklə ölkəmizdə əxlaqsız danışanlara, ədəbsiz geyinənlərə, əxlaqsızlığı təbliğ edənlərə qarşı ciddi tədbirlər görüləcək. Hər şeyin bir sonu var. Unutmayaq ki, bəzi ölkələrdə bu baş verib. Belə hallara görə sənət adamları vətənlərindən didərgin düşüblər”. 

Əfsanə Rəcəb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri