“Ofisə gəlmək məcburi olmadığı üçün məsafədən daha ucuz və keyfiyyətli işçi qüvvəsi cəlb etmək imkanı yaranır”
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, 2020-ci illərdə pandemiyanın tüğyan etməsi məsafədən işləmənin sürətli tətbiqi ilə biznesdə geniş tətbiqinə gətirib çıxartdı: “2020-ci ildən sonra “məsafədən işləmə”, “distant işləmə”, “evdən işləmə” anlayışları xüsusi əhəmiyyət kəsb etməyə başladı. Burda məsələ ondan ibarətdir ki, həm texnologiyanın sürətlə inkişafı kimi məsələlər, eyni zamanda 2020-ci illərdə pandemiyanın tüğyan etməsi məsafədən işləmənin sürətli tətbiqi ilə biznesdə geniş tətbiqinə zəmin yaratdı. Bunun bir çox faydaları var. Əmək qanunvericiliyində də sözügedən dəyişikliyin nəzərə alınması bu sahədə mövcud münasibətin tənzimlənməsinə imkan verir. Təbii ki, faydaları ilə bərabər çətinlikləri də mövcuddur. Biznes üçün əsas üstünlüyü ondan ibarətdir ki, ofis xərcləri - ofis kirayəsi və ofisin kommunal xərcləri ilə əlaqədar qənaət baş verir. Daha kiçik ofisə ehtiyac duyulur. Nəqliyyat və ezamiyyət xərclərində ciddi qənaətlər mümkün olur. kənardan işləmək imkanı mövcud olduğuna görə artıq daha çox işçi resursuna çıxış əldə etmiş olur. Məcburi ofisə gəlmə olmadığına görə məsafədən daha ucuz, daha keyfiyyətli işçi qüvvəsi cəlb etmək imkanına malik olur.
Xalid Kərimli
Data təhlükəsizliyi sahəsində informasiyanın ötürülməsi saxlanması sahəsində əlavə xərclərə gətirib çıxara bilər, bulud sistemlərinin inkişafına vəsait yatırtmağa məcbur edər. Yəni kənardan işçi işlədiyinə görə işçinin kənardan işlənməsi üçün və bu zaman informasiya təhlükəsizliyi üçün əlavə xərclər yarda bilər. İşçi üçün xeyri vaxtı səmərəli sərf edəcək və orda olan vaxt itkisi ardan qalxacaq. İşçinin işə gedib gəlməklə əlaqədar yemək xərcləri qənaət edilmiş olacaq, həm də işçi iş vaxtını daha yaxşı planlaşdıra biləcək. İşçi üçün mənfi cəhətləri odur ki, mümkündür ki, kənarda işlədiyinə görə daha yüksək yox, daha aşağı əməkhaqqı təklifləri olacaq və ola bilsin ki, işçiyə əlavə verilən bir çox faydalar bir çox maaşdan əlavələr kəsilə bilər. Tutaq ki, yemək üçün, məsafə üçün verilən əlavə gəliri azala bilər və bu həm də işçinin özü kənardan işləyən daha çox işçi qüvvəsi olduğuna görə, daha ciddi rəqabətlə qarşılaşa bilər.
Ən böyük əhəmiyyəti tıxacların aradan çıxarılmasıdır, enerji effektivliyidir. Mənfi cəhətləri kimi nəyə baxmaq olar? Ümumi ictimai mühitdə bu bir sıra iaşə obyektləri var ki, işə gələn insanlara xidmət göstərir və bütün biznes modeli də onun üzərində qurulur. Bunlar üçün ciddi problem yarada bilər.
Ümumiyyətlə dünya şirkətlərinin, xüsusən də inkişaf etmiş Qərb ölkələrinin şirkətlərinin taktikasına baxanda görürük ki, bir çox şirkətlər ya bunu selektiv formada həyata keçirirlər, yaxud da həm ofis həm də kənardan iş imkanları yaradırlar. Yəni bunu sırf ancaq ofisdən və ya ancaq evdən yox daha çox həftənin müəyyən günləri, yaxud həftədə 1 gün distant, 4 gün evdə kimi müxtəlif modelləri qururlar. Çünki distant işləmə xüsusi ilə pandemiya dönəmində 2020-2022 ci illərdə populyar olsa da sonra da təcrübə göstərdi, ancaq distant işləmənin çox ciddi problemləri yaranır. Bu da həm əmək məhsuldarlığının aşağı düşməsinə, eyni zamanda komanda ruhu və işinin aşağı düşməsinə və işçilərdən məhsuldarlıq və effektivliyin aşağı düşməsinə gətirib çıxarır. İşçilər arasındakı komanda mühitinin olmaması bəzən hətta operativliyə mənfi təsir göstərə bilər. Ona görə də şirkətlər yaranmış texnologiyanın verdiyi bu imkandan daha çox bütün biznes həllərindən istifadə kimi yox, müəyyən, özlərinə uyğun dərzi üsulu ilə özlərinin maraqlarına uyğun və işçinin də maaqlarını güdməklə bu üsullardan istifadə edə bilərlər. Çünki işçinin həm iş ortamında olması həm də kənardan işləyə bilmə imkanlarını formalaşdırması işçi üçün də əlavə fayda və maraqların realizasiyasına gətirib çıxara bilər. Bu baxımdan xüsusən də 2020-ci illərdən sonra sahibkarlar bu cür qərarları verəndə Amerikanın bir çox iri şirkətlərin təcrübəsini nəzərdən keçirməlidir, çünki bir sıra iri şirkətlər, hətta bir neçə il bu sistemdə işlədikdən sonra qəti surətdə bu sistemin genişləndirilmiş şəkildə qalmasının əleyhinə çıxış elədilər və bəziləri isə həftənin müəyyən günlərini məcburi ofis günü elan etməklə distant işləmənin mənfi cəhətlərini aşağı salmağa çalışdılar. Amma ümumiyyətlə geniş surətdə tətbiq olunur. Həm işçiyə, həm dövlətə, həm də iş yerinə əsasən üstünlüklər gətirir. Müəyyən çatışmazlıqları da var, təbii ki, bütün iş yerlərində bunu tətbiq etmək mümkün deyil, kənardan işləmək imkanlarına malik olan biznes sahələrində tətbiqi daha əlverişlidir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 Dekabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















