Icma.az
close
up
RU
Rusiya ucuz işçi qüvvəsi axtarır

Rusiya ucuz işçi qüvvəsi axtarır

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zimbabve ən pis seçimdir. Afrikalılar gəlsələr, gərək ancaq Soçi, Stavropol tərəflərdə işləsinlər


Rusiya üçün ənənəvi işçi qüvvəsi ilk növbədə post-sovet məkanındakı respublikalardan olanlardır


Bu ölkələrdən gələn işçi qüvvəsi həm intellektual nöqteyi-nəzərdən üstündür, həm də iqlim şəraitinə uyğunlaşmaq baxımından, çünki Rusiyanın iqliminə bələddirlər


  Rusiyaya başqa qitədən işçi qüvvəsi göndərilə bilər. Publika.az TASS-a istinadla xəbər verir ki, Rusiyada tikinti sənayesi yüksəliş dövrünü yaşayır və yeni işçilərə ehtiyac var. Miqrantlar üçün qanunvericilik sərtləşir, lakin insan resurslarına ehtiyac aradan qalxmayıb. Mərkəzi Asiyadan olan (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) miqrantların əvəzinə Zimbabvedən olan işçilər Rusiyaya gələ bilər. Bu barədə yerli “The Herald” qəzeti respublikanın milli mənzil və sosial xidmətlər naziri Soda Zemu ilə Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişinin görüşündən sonra məlumat verib. Zimbabve də Rusiyanın malik olduğu irimiqyaslı mənzil tikintisi təcrübəsini mənimsəməkdə maraqlıdır. Söhbət ilk növbədə sosial mənzillərdən gedir. Xatırladaq ki, Rusiyada son altı ayda miqrantlarla bağlı qanunvericilik tədricən sərtləşdirilib. İddia edilir ki, miqrantların iştirakı ilə baş verən hadisələrin sayının artması səlahiyyətliləri hərəkətə keçməyə vadar edir. Belə ki, bundan sonra əcnəbilər ölkəyə gəldikdən sonra bütün biometrik məlumatları bazaya daxil ediləcək. Qeyri-leqal miqrasiyaya görə məsuliyyət xeyli sərtləşdirilib və demək olar ki, hər gün qeyri-leqal immiqrantlar Rusiyanı çox vaxt ailələri ilə birlikdə tərk edirlər. Çox vaxt insanlar Rusiya vətəndaşlığının və yaşayış icazəsinin təmin etdiyi sosial müavinətlər üçün bütün ailələrini buraya gətirirlər.

  İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında bildirdi ki, Rusiya hökuməti qanunvericiliyə bir sıra dəyişikliklər etməklə miqrasiya qaydalarını xeyli sərtləşdirib. Miqrantlarla bağlı mütəmadi reydlər keçirilir, saxlanılan şəxslərdən sənədlər tələb edilir, alınan genetik məlumatlar federal məlumat bazasına daxil edilir. Bu, ölkə ərazisində müvəqqəti məskunlaşmış və ya qeyri-qanuni yaşayan miqrantlar haqqında ətraflı, dəqiq məlumatlara malik olmaq məqsədi daşıyır:  


- Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovona istinadən verilən məlumatda bildirilirdi ki, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan Rusiya Federasiyasında yaşayan vətəndaşlarının sayına görə ilk on ölkə sırasındadır. Miqrantlara nəzarəti gücləndirmək üçün hökumət ölkə ərazisindəki əməkçi miqrantların reyestrini yaradır. Bu reyestrdə qeydiyyatda olan miqrantların bir çox məsələlərdə hüquqları məhdudlaşdırılır. Məsələn, hansısa müqavilələrin bağlanması, nikah müqavilələri, iş icazələrinin alınması və sair məsələlərdə əməkçi miqrantlar məhdudiyyətlərlə üzləşirlər. Bununla da, Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizəni ön plana çəkdiyini, müxtəlif məhdudiyyətlər tətbiq etməklə miqrasiya qaydalarını sərtləşdirdiyini aşkar şəkildə bildirir. Məqsəd də budur ki, ölkə ərazisində qeyri-qanuni miqrantların sayı azalsın. Amma Rusiyanın hər zaman olduğu kimi ucuz işçi qüvvəsinə də ehtiyacı var. Bu ehtiyac azalmayıb. Rusiyada hazırda 6 milyondan çox miqrant yaşayır, işləyir. Bu qədər insana nəzarət etmək əlbəttə çətindir, ona görə də elə qaydalar tətbiq edirlər ki, onlara riayət etmək miqrantlar üçün çətin olsun və getdikcə bu say azalsın. Amma işçi qüvvəsinə ehtiyacları var axı. Zimbabvedən ucuz işçi qüvvəsi zənn etmirəm ki, Rusiya tikinti sektorunun köməyinə çatsın. 

  F.İbrahimov qeyd etdi ki, Zimbabve Afrika ölkəsi, iqlimi sub-ekvatorial və ekvatorialdır. Rusiya isə əsasən kontinental, yarı arktik, qismən subtropik və yarı quraq iqlimə malikdir: 

- Ucuz işçi qüvvəsi axtarırlarsa, Zimbabve ən pis seçimdir. Afrikalılar gəlsələr, gərək ancaq Soçi, Stavropol tərəflərdə işləsinlər. Həm də yay mövsümündə. İqlim şəraitinin təsiri belə məsələlərdə böyük önəm daşıyır. Mən özüm Afrikada olmuşam, işlərimiz olub, gedib-gəlmişəm. Təsəvvür edin ki, Azərbaycan 11 iqlim qurşağından 9-na malikdir, eləmi? Əslində, bu bizim üçün böyük üstünlükdür. Biz qızmar yay da görürük, sərt qış da. Amma bizdə olmayan həmin o 2 iqlim qurşağının olduğu ölkədə qalmaq artıq çətinlik yaradır. O 1-2 iqlim qurşağının havasına dözə bilmirik. Afrika ölkəsi Zimbabvedən işçilər gəlib Rusiyada necə işləyəcək? Yayda işləyib qışda işləyə bilməyəcəklərsə, bu siyasət heç bir effekt verməyəcək. Rusiya üçün ənənəvi işçi qüvvəsi ilk növbədə post-sovet məkanındakı respublikalardan olanlardır. Moldova, Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan və Orta Asiya. Bu, həmişə belə olub, belə də davam edəcək. Bu ölkələrdən gələn işçi qüvvəsi həm intellektual nöqteyi-nəzərdən üstündür, həm də iqlim şəraitinə uyğunlaşmaq baxımından,  çünki Rusiyanın iqliminə bələddirlər. Bu işçi qüvvəsindən istifadə etmək daha səmərəlidir, nəinki Afrikada ucuz işçi qüvvəsi axtarmaq. Tikinti sektorunda ucuz işçi qüvvəsi itki verəcək. Qışda kim işləyəcək afrikalıların əvəzinə? Rusiyanın sərt qışında onlar işləyə bilməyəcəklər. İqlimə uyğunlaşmayacaqlar. Çətin olacaq onlar üçün. İşçi, fəhlə tələbə deyil ki, yataqxanada qalsın, tətildə evnə qayıtsın. Rusiya hökuməti hər nə qədər miqrasiya qaydalarını sərtləşdirsə də, apardığı müharibə, iqtisadi sanksiyalar, həm də rusların yaşayış ənənəsi, mövcud sosial kateqoriya yenə də ənənəvi miqrantlara tələbat yaradacaq. Elə işlər, sahələr var ki, ruslar orada işləmirlər. Tikinti sektorudur, bazarlardır, kiçik müəssisələrdir, bu sahələrdə ənənəvi olaraq miqrantlar çalışır. Ucuz işçi qüvvəsi axtarışını Afrikada aparmaq faydasızdır. Bu, iqtisadi cəhətdən uçuruma enmək deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri