Oğlanlar TikTokda tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər HƏBS OLUNDU Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Evdən qaçmış 13 yaşlı qızla intim münasibətdə olan 18 yaşlı Məcid Quliyev (şərti soyadlı) cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, hadisə bu il iyunun 23-də Tərtər şəhəri, Vəzir Orucov küçəsində istifadə edilməyən binada baş verib.
Həmin gün Tərtər şəhər 3 saylı tam orta məktəbdə təhsil alan 13 yaşlı iki qız şagird evdən qaçıb. Onlar "TikTok" sosial şəbəkəsində tanış olduqları Elnur və Məcid adlı oğlanlarla birgə istifadə edilməyən binaya gedərək gecəni orada qalıblar. Burada olduqları zaman qızlardan biri Məcidlə, digəri Elnurla ayrı-ayrı otaqlarda qalıb. Həmin vaxt Məcid yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.
Növbəti gün şəhər ərazisində parkda olarkən polis əməkdaşları onları şöbəyə aparıblar. Məlum olub ki, yeniyetmələrin ailələri qızların itkin düşməsi barədə polisə xəbər veriblər. Burada izahatlar alınarkən qızlardan V.Cəfərova Məcid adlı oğlanla gecə intim münasibətdə olduğunu deyib.
Məcid barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Tərtər Rayon Məhkəməsinin 27.11.2-24-cü il tarixli hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
 Baxış sayı:72
Baxış sayı:72 Bu xəbər 03 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 03 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















