Icma.az
close
up
RU
Oğlu Rusiyada 14 il həbs olunan, özü 14 milyon manat yeyinti edən “SOS” MMC nin rəhbəri ANAR MƏMMƏDOV KİMDİR? FOTO

Oğlu Rusiyada 14 il həbs olunan, özü 14 milyon manat yeyinti edən “SOS” MMC nin rəhbəri ANAR MƏMMƏDOV KİMDİR? FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oğlu Rusiyada 14 il müddətinə həbs olunan, özü 14 milyon manat yeyinti edən “SOS” MMC-nin rəhbəri – ANAR MƏMMƏDOV KİMDİR? - ARAŞDIRMA

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova may ayının 6-da bəzi ölkələrin vətəndaşları ilə bağlı beynəlxalq axtarış aparılması ilə əlaqədar müraciət edildiyi barədə məlumat verdi. Məlumatda qeyd edilir ki, axtarışın səbəbi bu ölkələrin vətəndaşları arasında Ukrayna ordusunda Rusiyaya qarşı muzlu şəkildə döyüşənlər var.

Avtosfer.az xəbər verir ki, bu barədə APA informasiya agentliyi də məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə hökm çıxarıb. Belə ki, müvafiq olaraq Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist "müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq" 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məsələnin Azərbaycan vətəndaşı ilə bağlı hissəsini daha detallı araşdırmaq istədikdə isə bir sıra yeni məlumatlar əldə edə bildik. Belə ki, araşdırmalarımız nəticəsində məlum oldu ki, Həsən Anar oğlu Məmmədov Azərbaycanın iri mühafizə şirkətlərindən biri – “SOS” MMC-nin rəhbəri Anar Həsən oğlu Məmmədovun övladıdır. Mövzuya aydınlıq gətirmək üçün Anar Məmmədovla əlaqə saxladıq. Cəmiyyətin rəhbəri ona ünvanladığımız ilk sualı eşidən kimi telefonu üzümüzə bağladı, nömrəmizi blok siyahısına atdı. Şirkətin öz nömrəsi ilə əlaqə saxladığımız zaman özümüz sorğu-suala tutulduq – “niyə soruşursuz, nədir sizi maraqlandıran, niyə bu mövuzunu gündəm etməyə çalışırsız?” və s. Şirkətin əlaqə telefonu ilə danışan şəxs də özünü təqdim etmədən telefonu söndürdü. Bir neçə dəqiqə sonra Anar Məmmədov medianın əvvəllər həbs olunmuş tanınmış üzvlərindən birinə şikayət edib ki, onunla bağlı araşdırmanı niyə başlatmışıq, “Anar müəllim”in oğlu bir patriot kimi Ukraynada döyüşüb.

Maraqlısı odur ki, Anar Məmmədovun oğlu ilə bağlı axtarış başlatdığımız zaman onun Ukraynada döyüşdüyü anların fotolarına rast gələ bilirik. Belə ki, bir neçə Anar Məmmədovla əməkdaşlıq edən media subyekti Həsən Məmmədovun Polşada təhsilini yarımçıq qoyub Ukraynada döyüşlərə qatıldığını eyni anda paylaşıb. Üstəlik, xəbərin içərisini oxuduqda görürük ki, “Qarabağda könüllü döyüşmək üçün müraciət etsə də, qəbul etməyiblər” cümləsinə rast gəlinir. Çox yaxşı siyasətdir. Çünki bilirlər ki, Səfərbərlik Xidmətindən müraciət edən vətəndaşlarla bağlı qeydiyyatda Həsən Məmmədovun adının olub–olmadığını mediaya ötürməyəcəklər. Qarabağda döyüşməyə can atmayan şəxs Polşadan Ukraynaya “patriotizm” arzusu ilə qaçaraq gedib.

Anar Məmmədovun oğlu ilə bağlı məlumatları araşdırdığımız müddətdə “SOS” MMC ilə bağlı digər qanunazidd əməllərə də rast gəldik. Belə ki, Anar Məmmədov Cəmiyyəti özünün ailə, qohum-əqrəba şirkətinə çevirib. Öz həyat yoldaşı Sevinc Məmmədovanı (həm də Anar Məmmədovun qrup yoldaşı olub) özünün köməkçisi təyin edib, qardaşı Yalçın Məmmədov isə Xidmətə Nəzarətin Təşkili şöbəsində böyük müfəttiş vəzifəsindədir. Digər yüksək vəzifələri isə, ya onun ikinci dərəcəli qohumları, dostları, ya da sinif, qrup yoldaşları zəbt edir. Bu adamların isə mühafizə qaydaları, şirkət idarəetməsindən ümumiyyətlə anlayışları yoxdur. Amma hər biri sıravi işçilərin iş rejimini istədikləri kimi dəyişdirir, işlərinə müdaxilələr edir, kimdən gözləri su içməsə, işdən qovurlar.

İndiyə qədər işdən qovulan onlarla keçmiş işçi şirkəti məhkəməyə verib. İstər əmək münasibətlərinin qaydasında olmaması, istərsə də maaşlara əlavə və bonusların düzgün ödənməməsi, yaxud ümumiyyətlə mənimsənilməsi ilə bağlı şirkətdən şikayətlərin sayı artıb.

Elçin Muradov da mühafizə şirkətindən şikayət edən və müəssisənin keçmiş mühafizəçilərindən biridir. Saytımıza şikayətində keçmiş mühafizəçi bildirib ki, Anar Məmmədov 4 il ərzində qanunlara riayət etməyi tələb etdiyi üçün Anar Məmmədov ona qərəzli münasibət göstərməyə başlayıbmış:

“Mən ondan Prezidentin verdiyi qərarlara riayət etməsini tələb edirdim. Əmək Məcəlləsinin 164 və 165-ci maddələri o şirkətdə hər gün pozulur. Onun qardaşı, əmisi oğlu, digər qohumları, dostları yüksək vəzifələrdədir, kimi komanda rəisi, ya da rəis müavinləridir. Bir faktı da deyim. Anar Məmmədov əvvəllər korrupsiya əməlinə görə həbs olunan Cahangir Həsənovu da öz yanında işə götürüb (Naxçıvan Muxtar Respublikasının Ordubad rayon hərbi komissarı polkovnik-leytenant Cahangir Həsənovu qeyd edir). Komanda rəis müavinliyi vəzifəsinə təyin edib. Həmçinin öz oğlunun ətrafındakıları da vəzifəyə qoyub”.

Elçin Muradov deyir ki, Anar Məmmədov Prezident İlham Əliyevin əhalinin rifah səviyyəsinin artırılması üçün atdığı addımlar, əməkhaqqı artımları ilə əlaqədar verdiyi qərarları nəzərə almırdı:

“Prezident əhalinin yaşayış şərtlərinin yüksəldilməsi haqqında qanun imzalayır, Anar Məmmədov işçilərin maaşının artırılması ilə bağlı sənəddə bunu qeyd etmirdi. Sanki maaşı özü artırıb, işçilərə lütf kimi təqdim edirdi. Özünə bu barədə xəbərdarlıq etmişdim. Demişdim ki, sənəddə ölkə Cənab Prezidentin adı qeyd edilməlidir, işçilər onun əmək siyasətindən xəbərdar olmalıdır. Amma Anar Məmmədov isə “baxarıq, biz özəl şirkətik, biz MMC-yik, bu daxili sənəddir, bizə heç kim heç nə deyə bilməz” cavabını verirdi”.

Keçmiş mühafizəçi Anar Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etdiyini də vurğulayıb:

“Mən şikayət elədim ki, bu şəxs işçiləri bayram günlərində də işlədib, amma Əmək Məcəlləsinin 164-cü maddəsinə zidd davranaraq işçilərin bayram günlərində işə çıxmaqlarına görə ödənişlərini vermir. Hətta mənim Əmək kitabçamı 1 aydır ki, özündə saxlayır, heç bir xəbərdarlıq etmədən, heç bir məlumat göndərmədən. Bu bir yana, şikayətim üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti Anar Məmmədovdan bayramda işə çıxmağa görə işçilərə ödənməli olan məbləğlərin sənədini istəyib. Amma Anar Məmmədov bu sənədi belə uzun müddətdir ki, Xidmətə göndərmir. Bizim müəssisəyə vaxtaşırı yoxlama gəlirdi, işçilərin fəaliyyətini yoxlamaq üçün. Onlar biz mühafiəçilərin qanuni nahar fasiləsinə mane olurdu. Qaydaya görə biz saat 14:00-15:00 aralığında nahar fasiləsinə çıxmalıydıq. Yoxlamadan gələn nümayəndə deyirdi ki, siz obyekt mühafizə edirsiz, 15 dəqiqə ərzində naharı bitirib işinizə qayıtmalısız. Mən isə bütün bu qanunsuzluqlara görə Anar Məmmədovdan hüquqlarımı tələb etdiyimə görə məni işdən çıxartdı. Mənə dedi ki, sən “demaqoqsan”. Ona sərf eləmirdi mənim kimi adamlar. Ona görə hüququn tələb edən hər kəsi işdən azad edirdi”.

Elçin Muradov Anar Məmmədovun oğlunun Ukraynada döyüşməsi ilə bağlı da münasibət bildirib:


“Mən aprel ayından bir çox məlumatlar almışam. Həsən Məmmədov Ukraynada xarici legionun tərkibində döyüşür. Çünki o, Azərbaycan vətəndaşıdır. Bəli, Ukrayna orusunda döyüşən Ukrayna vətəndaşı olan Azərbaycan əsilli şəxslər də var. Qanuna görə əgər tələbat yaranarsa, o zaman Ukrayna vətəndaşı olan bütün xarici əsilli şəxslər də döyüşə getməlidir. Amma Həsən Məmmədov “Soros” Fondunun maliyyələşdirdiyi xarici legionda, belçikalı ilə, fransızla, erməni ilə çiyin-çiyinə döyüşür. Bu adamlar muzdlu döyüşçülərdir, bir növ terrorçulardır”.

O qeyd edib ki, ailə mafiasına çevrilən şirkətdə külli miqdarda yeyinti var:

“Mən sizə sənədlərlə sübut edə bilərəm ki, həmin şirkət 13 milyon 824 min manatı 8 ay ərzində necə yeyib?! Bütün hesablamalar və sübutlar məndə var. “SOS”un nümayəndəsi jurnalistlər önündə mənlə üz-üzə diskusiyaya çıxsın, mən sualımı verim, cavablaya bilir-bilsin.

Şirkətdə bonus sistemi avr idi. Guya yaxşı işləyən işçilərə 68 manat aylıq bonus yazılırdı. Amma o “yaxşı işçilər”in hamısı Anar Məmmədovun qohum əqrəbası idi. Bir nəfər də olsun, ailə mafiasından kənar adam o bonusdan almayıb. Üstəlik, həmin verilən bonuslar ki var, bu, heç bonus da deyildi. Əslində Cənab Prezidentin 2023-cü ildə minimum əməkhaqqı artımı ilə bağlı sərəncamından sonra şirkətimizdə də maaşlar artırılmalı idi. Anar Məmmədov isə 8 ay ərzində maaşlarımıza edilən artımları yeyib, daha sonra onu öz ətrafında aylıq 68 manat bonus kimi verib. Mən bunu sübut da edə bilərəm. Maaşlar yanvar ayında artırıldı, bonuslar isə 2023-cü ilin dekabr ayından sonra verildi”.

“SOS” MMC və onun rəhbərliyi ilə bağlı araşdırma apararkən qeyri-adi faktlara rast gəldik. Belə ki, Anar Məmmədov bir çox dövlət qurumu kimi özəl günlərdə, matəm və bayram günlərində şirkətin mühafizəçilərinə uniforma geyindirib hər dəfə hansısa abidəni ziyarətə gedir (həmin günlərdə iş olmadığı halda işlədib ödəniş də etmirmiş). 8 Mart Qadınlar günündə, 27 Sentyabr Şəhidləri Anma günündə şəhid ailələri ilə görüşlər təşkil edir, onlara gül və digər hədiyyələr verirmiş. Belə günlərdən birində Anar Məmmədov restoranlardan birində şəhid ailələri üçün ziyafət təşkil edir və həmin ziyafətin sonuna yaxın ortalığa bir rəqqasə (rəqqasə geyimində) düşüb oyanyıb. Bunu görən şəhid ailələri restoranı tərk edib. Anar Məmmədov isə rəqqasənin restoranın konseptinə daxil olduğunu deyərək üzrxahlıq edib. “SOS” MMC rəhbərinin isə internetdə yalnız hansısa abidə önünə əklil qoyarkən fotolarını görmək mümkündür. Arxa fonda 14 milyona yaxın yeyinti etdiyi iddia edilən, Prezident İlham Əliyevin sərəncamlarını, ölkə qanunlarını heçə sayan, işçilərə qarşı qanunsuz əməlləri olan, şirkəti ailə mafiasına çevirən şəxs, görünür, öz əməllərinə haranısa ziyarət edərək öz əməllərinə don geyindirməyə çalışır.

Könül

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see243

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see189

Bu dəfə Zelenski ilə onlayn görüşəcək

13 Avqust 2025 11:40see164

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see136

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see135

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see133

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see131

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see131

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see130

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see130

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see129

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see126

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see125

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see124

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see119

Tibbi sabunda ölümcül xəstəliklərə yol aça bilən bakteriyalar aşkarlanıb

13 Avqust 2025 09:39see118

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see118

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see118

Keyfiyyətlə yanaşı təhlükəsizlik də vacibdir TEXNOLOQ AÇIQLADI

13 Avqust 2025 10:18see116

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri