Icma.az
close
up
RU
Rusiyada həbs edilən Həmidov KİMDİR...

Rusiyada həbs edilən Həmidov KİMDİR...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Moskva məhkəməsi Dağıstanın keçmiş baş naziri Əbdüsəməd Həmidov və onunla bərabər tutulan şəxslər barədə qərar verib.

Modern.az-ın məlumatına görə, o, büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunub.

Həmidov barəsində, həmçinin rüşvət alma, vəzifə səlahiyyətlərini aşma və qanunsuz silah saxlama maddələri ilə də günahlandırılıb. Lakin son iki ittiham üzrə müddət keçdiyi üçün cəza tətbiq edilməyib.

Məhkəmənin qərarına əsasən, Həmidov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Əbdüsəməd Həmidov kimdir?

Həmidov Əbdüsəməd Mustafa oğlu 21 aprel 1966-cı ildə Dağıstanın Levaşin rayonunun Mekeqi kəndində anadan olub. O, 1996-cı ildə Mahaçqalada qətlə yetirilən Rusiya Dövlət Dumasının keçmiş deputatı və Dağıstanın maliyyə naziri olmuş Həmid Həmidovun qardaşıdır.

1989-cu ildə Dağıstan Politexnik İnstitutunu bitirib. KİV-lərin məlumatına görə, 1990-cı illərdə Beynəlxalq Biznes və Hüquq İnstitutunu da bitirib. 1984-1986-cı illərdə orduda xidmət edib. 1989-cu ildən Dağıstanın “Dinamo” İdman Cəmiyyəti yanında idman qurğuları üzrə təlimatçı kimi çalışıb.

1991-1992-ci illərdə qardaşı Həmid tərəfindən qurulan “Elbin” kommersiya bankının filialında texniki direktor olub. 1993-cü ildə bankın idarə heyətinin sədri təyin edilib. Bir il sonra Dağıstanın Sberbank şöbəsinin sədr müavini vəzifəsinə təyin olunub.

1995-ci ildə Dağıstan Xalq Məclisinin birinci çağırış deputatı seçilib. 1996-cı ildə qardaşı Qamidin qətlə yetirilməsindən sonra Dağıstanın maliyyə naziri vəzifəsini tutub.

2000-ci ilin noyabrında İsrailə terrorçu tərəfindən qaçırılan Tu-154 təyyarəsinin göyərtəsində olub.

2013-cü ildə Dağıstan Respublikası hökumətinin sədri təyin edilib. 2018-ci ildə isə iki müavini və Dağıstanın təhsil naziri ilə birlikdə büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı ilə saxlanılıb və Moskvaya aparılıb.

2019-cu ildə Moskvanın Lefortov Rayon Məhkəməsi Həmidov və onun müavini Rayudin Yusufovun xaricilərin müvəqqəti saxlanılması üçün xüsusi müəssisənin yenidən qurulmasına ayrılan 41 milyon rublun mənimsənilməsində təqsirli olduqlarını təsdiqləyib. Onlara müvafiq olaraq altı yarım və beş yarım il həbs cəzası verilib.

Həmidov iqtisad elmləri namizədi, Dağıstan Güləş Federasiyasının prezidenti olub. O, sərbəst güləş üzrə beynəlxalq dərəcəli idman ustasıdır (1988-ci ildə RSFSR çempionu, 1989-cu ildə SSRİ çempionatının bürünc mükafatçısı, 1985-ci ildə dünya çempionatının qalibi).

Evlidir və altı övladı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri