Oğlum 13 ildə cəmi bir dəfə çempionun onlar olmadığını görüb, bu, darıxdırıcıdır
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şalke” prezidenti Aksel Höfer “Bavariya”nın prezidenti Herbert Haynerlə birlikdə "Bild"ə verdiyi müsahibədə Bundesliqanın formatının dəyişdirilməsini və bununla turnirə marağın artırılmasını təklif edib.
Sportal.az xəbər verir ki, Höfer öz açıqlamasında bunları qeyd edib:
“Azarkeş nöqteyi-nəzərindən, hətta “Bavariya”nın öz baxışından da düşünmürəm ki, hazırkı vəziyyət ideal olsun. Oğlum 13 illik həyatı ərzində Almaniya çempionunun “Bavariya” olmadığı bir mövsümə cəmi bir dəfə şahid olub və bu, artıq darıxdırıcı olmağa başlayır.
Məncə, çempionatın formatına yenidən baxmaq “Bavariya”nın özü üçün də çox maraqlı olmalıdır. Beləliklə, onlar hər il Çempionlar Liqasında oynamağa davam edə və eyni zamanda çempionatı bir qədər də maraqlı edə bilərlər”.
saytlarin hazirlanmasi
Baxış sayı:65
Bu xəbər 04 Sentyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















