Icma.az
close
up
RU
Oğlum gedib şəhid oldu, sən isə gizləndin

Oğlum gedib şəhid oldu, sən isə gizləndin

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Xalq artisti Əli Nur aktyor Cavidan Novruzun ünvanına qalmaqallı sözlər deyib. 

News24.az xəbər verir ki, aktyor Cavidanın Akademik Milli Dram Teatrından qovulmasını istədiyini bildirib. Buna səbəb isə Cavidanın "Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi" sözləri olub. 

Əli Nur "Künc-bucaq" yutub layihəsində bildirib ki, Xalq artisti Ramiz Novruzun dəfn mərasimində özü öndə gedib, bir çox təşəbbüslər irəli sürüb:

"Ramiz Novruz vəfat edəndə getdim, gördüm ki, orada Mədəniyyət nazirliyinin və digər qurumların nümayəndələri yoxdur. Saat 2 idi dəfn haqda heç nə deyilmirdi. Dedim ki, Ramiz Novruz seçilmiş aktyordur, ona qarşı etinatsızlıq olmaz. Saat 3-dən sonra nazirliyin, icra hakimiyyətin nümayəndəsi gəldi. Tabutu qaldıranda dedim dayanın, orada onun mədəniyyətimizə etdiyi xidmətlərdən danışdım. Məclisi də mən apardım. İndi baxıram ki, Cavidan deyir ki, atamın yasını pozan teatrın yaşlı aktyorları oldu. Başda da Əli Nur, onu öyrədib gətiriblər. Guya, taetrın yaşlı nəsli Ramiz Novruzun ölümünə sevinir".

Əli Nur əlavə edib ki, Cavidanın teatrdan uzaqlaşdırılması üçün Mədəniyyət Nazirliyinə müraciət edəcək: 

"Cavidan, teatra gələn gənc intriqaçı aktyorlar qovulub. Sən dünənki uşaq oturub teatrı tənqid edirsən? Mənim oğlum gedib şəhid oldu, sən isə gizləndin. Hikmət Rəhimov deyir, bu teatrı saymıram. Onu şişirtmişdilər, baş rol verirdilər. Ziya Ağa, Hikmət Rəhimov, Cavidan virusdur. Mədəniyyət nazirinin qarşısına məsələni qoyacam, o, teatrdan getməlidir. Hazırda əlimdə yeni rolun məşqi var. Bitsin, nazirliyə gedəcəm. Bu viruslar haradan gəlib teatra düşüblər? Sənin kimi iki virus var idi (Hikmət Rəhimov və Ziya Ağa - red.), qovulmalı idi, amma ərizəsi ilə çıxdı. Atan teatrda aktyorların çoxu ilə düşmən idi. Utanmırsan atanın çalışdığı yeri təhqir edirsən? Cavidan Novruz, sən teatrdan getməlisən".  //Axşam.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri