Icma.az
close
up
RU
“Bir oğlum şəhid oldu, digərini xalq yaşatdı” Şəhid anasının təşəkkürü

“Bir oğlum şəhid oldu, digərini xalq yaşatdı” Şəhid anasının təşəkkürü

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu məktubu bir şəhid anası, bir övladını Vətən yolunda qurban vermiş, digər övladını isə həyatla ölüm arasında görmüş bir ana kimi yazıram”.

Bakıvaxtı.az xəbər verir ki, bu sətirlər şəhid leytenant Qabil Orucəliyevin anası Nuriyyə Orucəliyeva təşəkkür məktubunda yer alıb.

Oğlu, leytenant Qabil Orucəliyevin bu torpaq uğrunda canını fəda etdiyini yazan ana qeyd edir ki, onun şəhadəti bir ana üçün həm böyük bir qürur, həm də ömürlük bir yanğıdır.

Amma tale ananı ikinci ağır sınağa çəkir. Belə ki, şəhidin qardaşı İsa Orucəliyev xərçəng xəstəliyi ilə mübarizəyə başlayır:

“Artıq bir övladını itirmiş ana üçün bu ağrı sözlə ifadə olunmaz idi. Amma bu yolda tək qalmadım.

Azərbaycan xalqının mərhəməti, birliyi və dəstəyi məni ayaqda saxladı. İsanın müalicəsində bizə maddi kömək edən, duaları, diqqəti ilə yanımızda olan hər kəsə minnətdarlığımı bildirir, təşəkkür edirəm. Sizin sayənizdə bu gün oğlum sağalıb, yenidən həyata qayıdıb”.

Ananın xüsusi minnətdarlığı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Heydər Əliyev Fondunun PrezidentiMehriban xanım Əliyevayadır:

“Heydər Əliyev Fondu tərəfindən göstərilən maddi dəstək, qayğı və diqqət bir ana üçün təsəlli, bir övlad üçün isə həyat oldu”.

Ananın yazdığına görə, övladının müalicəsi artıq başa çatdığından, onlar birlikdə Naxçıvana qayıdıblar:

“Qəlbimizdə böyük bir sevinc, gözlərimizdə isə minnətdarlıq yaşları var.

Allah şəhidlərimizə rəhmət eləsin, xalqımıza birlik və qüvvət versin. Sizlərə göstərdiyiniz insanlıq və mərhəmətə görə dərin təşəkkürümü bildirir, hər birinizə cansağlığı arzulayıram”.

Nərgiz Məmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri