Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

“Oğlum ölmədi, öldürüldü” Ana Mark Zukerberqi ittiham etdi

“Oğlum ölmədi, öldürüldü” Ana Mark Zukerberqi ittiham etdi

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də 16 yaşlı oğlu Elaycanın ölümündən sonra “Meta” şirkətinə qarşı məhkəmə iddiası qaldıran Şennon Hikok sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrdən danışıb.

Sherg.az xəbər verir ki, "CNN Türk"ə danışan ana “Meta” şirkətinin rəhbəri Mark Zukerberqi məsuliyyətsizlikdə ittiham edib və uşaqların sosial media hesabları üzərində valideynlərə daha geniş nəzarət imkanları verilməsini tələb edib.

ABŞ-nin Kentukki ştatının Qlazqo şəhərində yaşayan Şennon Hikok bildirib ki, oğlunun ölümündən sonra başladığı hüquqi mübarizəni davam etdirir. O, “Meta” ilə əldə olunan razılaşmanı kiçik qələbə adlandırsa da, bunun uşaqların təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini vurğulayıb.

“Bu, kiçik bir qələbə idi, böyük qələbə deyildi. Valideynlərə uşaqlarının sosial media hesabları üzərində tam nəzarət hüququ verilməyincə, real dəyişiklik görəcəyimizə inanmıram”, - deyə o bildirib.

Hikok məhkəmə prosesi zamanı Zukerberqə ünvanladığı sərt ittihamları da təkrarlayıb:

“Öz uşaqlarınızın belə bu platformalardan istifadəsinə icazə vermirsiniz, amma bizim uşaqlarımızın sizin platformalarınızdan asılı vəziyyətə düşməsini istəyirsiniz. Siz bizdən bir şey aldınız. Onlar bizim dünyamız idi”.

“Cəmi 20 dəqiqə ərzində oğlumuzu itirdik”

Şennon Hikok oğlunun həyatını itirdiyi gecənin təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, ailə basketbol oyunu üçün hazırlaşırmış. Həmin gecə Elaycanı yatmağa göndərib, lakin o, telefonunu valideynlərinin otağına qoymayıb.

Ana bildirib ki, hadisə ilə bağlı əldə etdikləri məlumata əsasən, təxminən 150 mesaj göndərilib, süni intellektdən istifadə olunaraq fotolar hazırlanıb və oğluna hədələr edilib.

“Cəmi 20 dəqiqə ərzində oğlumuzu itirdik”, - deyə o qeyd edib.

Hikok hesab edir ki, sosial media platforması vaxtında müdaxilə etməklə bu hadisənin qarşısını ala bilərdi. O, platformaların zərərli davranışları müəyyənləşdirmək və uşaqları qorumaq üçün daha təsirli mexanizmlər tətbiq etməli olduğunu bildirib.

“Elaycan ölmədi, öldürüldü”

Acılı ana oğlunun ölümünü intihara sövq edilmə kimi qiymətləndirib və məsuliyyətin yalnız uşağın öz üzərinə qoyulmasına etiraz edib.

“Elaycan öz həyatına son qoydu, amma eyni zamanda buna məcbur edildi. Buna görə də deyirəm ki, Elaycan ölmədi, öldürüldü. Ölüm şəhadətnaməmizdə belə bu hadisə qətl kimi qeydə alınıb”, – deyə Hikok bildirib.

O, Mark Zukerberqin azyaşlılarla böyüklər arasında təhlükəli ünsiyyətin qarşısını almaq məsuliyyəti daşıdığını vurğulayıb.

“Mark və onun şirkəti nə etdiklərini bilirlər. Bunun fərqindədirlər. Məsuliyyət daşımaq üçün daha neçə uşağın həyatını itirməsi lazımdır?” – deyə ana sual edib.

Ana valideynlərə və uşaqlara müraciət etdi

Şennon Hikok yaş məhdudiyyətlərinin uşaqları qorumaq üçün yetərli olmadığını bildirib. Onun sözlərinə görə, uşaqlar yaşları barədə yalan məlumat verə və saxta sənədlərdən istifadə edə bilərlər. Buna görə də valideynlərin övladlarının rəqəmsal fəaliyyətinə daha yaxından nəzarət etməsi vacibdir.

Ana ailələri uşaqları ilə sosial mediada qarşılaşa biləcəkləri təhlükələr barədə açıq danışmağa çağırıb. O, uşaqların başlarına gələnləri valideynlərindən gizlətməməli olduqlarını da vurğulayıb.

“Uşaqlarınıza əsəbiləşməyin, özünüzü də günahlandırmayın. Bu, hər kəsin başına gələ bilər. Uşaqlar, valideynlərinizə müraciət etməkdən çəkinməyin. Pis niyyətli insanlar həyatınızı məhv edə bilməzlər. Biz valideynlər sizi onlardan qoruya bilərik və qoruyacağıq”, – deyə Hikok bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Oktyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri