Icma.az
close
up
RU
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR

“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Himayəmdə əlil oğlum var. Səhhəti pisləşdiyi üçün Türkiyəyə müalicəyə göndərdim. Gedib müalicəsini alıb gəldi. Əlbəttə ki, yaxın qohumlarım kömək etdi. Bir millət vəkili var, anamın bibisi nəvəsidir. O mənə əl tutdu. Efirə çıxmamağımın səbəbləri də fərqlidir. Bizim nəsildən olan müğənnilərdən-Əməkdar artistlər Firuzə İbadova və Ruhəngiz Musəvidən savayı heç kim efirə çıxmır. Səkinə İsmayılova, mən, Kəmalə Rəhimli və s. müğənniləri efirlərdə görə bilməzsiz. Çıxıb əsəbləşə bilərəm. Kiməsə cavab qaytara bilərəm. Bizim dövranımız getdi. Həcilərin saxladığı müğənnilərlə efirə çıxıb dilləşməyə səhhətim imkan vermir. İnfarkt keçirə bilərəm. Bu yaxınlarda yüngülvari insult keçirmişəm. Həm də onurğa sütunum implantdır. Gəzmə məhdudiyyətim var. İkiqat oluram. Bu vəziyyətdə efirə çıxmaq olmaz”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Ədilə Əflaki deyib.

O daha sonra əlavə edib:

“Məni tanıyanlar bilir ki, milli mədəniyyətimiz üçün nələr etmişəm. İndiyə qədər nə işlər görmüşəmsə bəsimdir. Sənətimə, millətimə yetərincə xidmət etmişəm. Ali təhsilliyəm. Mənim həmkarlarım var ki, musiqi kollecini bitirib, amma xalq artisti Səkinə İsmayılova ilə mən ali təhsil almışıq. O vaxt mən, Səkinə xanım, Alim Qasımov birlikdə xarici ölkələrə konsertlərə gedirdik. Bizə dedilər ki, sizin anket məlumatınızda mütləq ali təhsilli olmağınız qeyd olunmalıdır. Ona görə də təhsil aldıq” deyə xanəndə bildirib.

Ədilə Əflaki bildirib ki, babasının mülkü ondan alınıb və çox pis şəraitdə yaşayır:

“Bir-iki dəfə danışdım, nəsə etmədilər. 2020-ci ildə mərhum millət vəkili Qənirə Paşayeva gəlib evdə mənimlə görüşdü. Gedəndən sonra nazirliyə məlumat verdi və mənə müvəqqəti də olsa Prezident mükafatı verməyə nail oldu. 3 il verildi, o da kəsildi. İndi nə evim var, nə də bu məvacibi alıram. Çalışıb-vuruşuram, amma bir nəticəsi yoxdur. Mədəniyyət Nazirliyinə yazmaqdan yorulmuşam. Əlil oğlumun və özümün dərman pullarını məktublara verirəm. Oğlumun bədəni 70 faiz çürüyüb, ayaqları pis gündədir. Qaziyə bərabər oğlandır, əlillik pulu almır, onu da kəsiblər. 300 manat pensiya ilə onu saxlayıram. Mənim yaşıdlarım nəticə oynadır, evsizlikdən 42 yaşında oğlumu evləndirə bilmirəm. Mən də bu yaşımda oğul toyu, nəvə görmək istəyirəm (ağlayır). Əlilin də ailə qurmaq hüququ var. Oğlumun gözyaşlarına dözə bilmirəm” deyə sənətkar bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri