Icma.az
close
up
RU
Oğluna 16 yaşlı qız alan ata CƏZALANDIRILDI

Oğluna 16 yaşlı qız alan ata CƏZALANDIRILDI

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.

Lent.az xəbər verir ki, hadisə Meyniman kəndində qeydə alınıb.

İttiham aktına görə, 49 yaşlı Elsevər Həmidov (ad və soyad şərtidir) 23 yaşlı oğlu ilə 16 yaşlı qız üçün evlərinin həyətində toy məclisi qurub. Lakin daxil olan məlumat əsasında polis əməkdaşları müdaxilə edərək, toy məclisini dayandırıblar. Elsevər Həmidov ifadə vermək üçün Polis Şöbəsinə aparılıb və barəsində Cinayət Məcəlləsinin 176-2-ci (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 23 yaşlı oğlu üçün qız axtarıblar və Sabirabadda Günay (şərti adla) adlı qızın çox tərbiyəli olduğunu ona deyiblər. Nəticədə Elsevər ailəsi ilə iki dəfə qızın evinə elçiliyə gedib. Lakin qızın 16 yaşı olduğunu sonradan, onlara molla kəbini hazırlamaq üçün şəxsiyyət vəsiqəsi istəyəndə biliblər. Əvvəlcə yaş məsələsinə görə ailələr arasında narazılıq yaransa da, Elsevər sonradan toy etmək fikrinə düşüb. Buna səbəb isə onun digər oğlunun xəstə olması və qardaşının toyunu görmək istəməsi olub. Elsevər bildirib ki, toy zamanı gəlin iştirak etməyib. Niyyətləri sadəcə toy məclisi keçirmək, gəlini isə 18 yaşı tamam olandan sonra gətirmək olub. Onların bu fikirləri ilə qız evi də razılaşıb.

Zərərçəkən Günay ifadəsində orta məktəbin 5-ci sinfinə qədər təhsil aldığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Elsevər Həmidov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona həmçinin elektron qolbaq taxmaq, 1 il ərzində Hacıqabulu tərk etməmək və gecə saat 11-dən səhər saat 7-dək evdən çıxmamaq tapşırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri