Icma.az
close
up
RU
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?”

“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bankların informasiya təhlükəsizlik sistemi o qədər bərbaddır ki, hakerlər onların məlumat bazasını oğurlayır və bilir, kimin hansı bankda nə qədər pulu var. Amma son anda təqsir yenə vətəndaşdadır. Sən axı öz məlumatını niyə kiməsə, tanımadığın şəxsə deyirsən?!”

Bu sözləri "Yeni Sabah"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, kartlardan oğurluqda təqsirləndirilməli tərəf, ilk növbədə, vətəndaşdır:

“Ədalət naminə deyək ki, oğurluq hallarında əsasən vətəndaş təqsirkardır. Zəng edirlər, o da bütün kart məlumatlarını tanımadığı şəxsə verir. Bu barədə nə qədər danışılır, deyilir, xeyri yoxdur.

Sadəcə belə təəssürat yaranır ki, əhali bu xəbərdarlıqlarıoxumur. Elə bütün günü divanda oturub gic-gic televerilişlərə baxır. Biabırçı vəziyyətdir! Hər gün kartlardan pul oğurlanmasına dair xəbərlər tirajlanır, amma vətəndaşın vecinə deyil!

Mən razıyam, bankların da səhlənkarlığı var. Bəzi hallarda hətta təqsiri də. Şəxsən özümdə sual yaranır ki, oğru, dələduz hardan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var? Niyə ona zəng edir?

2 variant mümkündür: birincisi, bankın özündə kimsə bu işləri idarə edir.

Amma məncə, bu ehtimal yüksək deyil.

İkincisi, mən problemi daha çox bankların təhlükəsizlik sistemində görürəm. Bankların informasiya təhlükəsizlik sistemi o qədər bərbaddır ki, hakerlər onların məlumat bazasını oğurlayır və bilir, kimin hansı bankda nə qədər pulu var. Amma son anda təqsir yenə vətəndaşdadır. Sən axı öz məlumatını niyə kiməsə, tanımadığın şəxsə deyirsən?!” 

Ekspert qeyd edib ki, informasiya və pulların oğurlanmasına dair problemlər daha çox böyük banklardadır və bunun da səbəbi var:

“Banklar informasiya texnologiyalarına pul xərcləmək istəmir. Axırı da belə olur. Onu da deyim ki, bütün banklarda vəziyyət eyni deyil. Problem böyük banklarımızdadır. Oğurlanma halları məhz bu banklarda olur. Çünki bu bankların müştəri bazası o qədər çoxdur ki, informasiyanı tam həzm edə bilmirlər və onların təhlükəsizlik sistemi inkişaf etmir.

Böyük bankların rəhbər və vəzifəli şəxsləri, idarə heyətinin üzvləri yüksək əməkhaqqı alırlar, ilin yekunundakı mənfəətə uyğun yüksək bonus əldə edir. Bir neçə milyon manat alanlar var. Ona görə də, həmin rəhbər şəxslər çalışırlar ki, fəaliyyət dövründə xərc çox olmasın.

Fikir versəniz, orta səviyyəli banklarda belə problem yoxdur. Çünki orada bonuslar məsələsi yoxdur və xərc məsələlərinə birbaşa bankın sahibləri nəzarət edir”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri