Icma.az
close
up
RU
“Oğuz rayonu və tanınmış insanları” adlı kitabın təqdimatı olub

“Oğuz rayonu və tanınmış insanları” adlı kitabın təqdimatı olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oğuz, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Oğuz xəbərləri” qəzetinin redaktoru Nazim Hüseynlinin Oğuz rayonunun təşkil olunmasının 95 illiyinə həsr etdiyi “Oğuz rayonu və tanınmış insanları” adlı kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Vətən uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Oğuz bölməsinin sədri, tədbirin moderatoru Vüsal Oğuz qeyd edib ki, indiyədək Oğuz rayonu ilə bağlı bir sıra kitablar çap olunsa da, həmin nəşrlərin heç birində rayonun keçmişi, bugünkü inkişafı, müxtəlif sahələri və tanınmış insanları barədə ətraflı məlumatlar vahid mənbədə toplanmayıb.

Kitabda rayonun keçdiyi tarixi yol, bugünkü inkişafı, Prezident İlham Əliyevin Oğuz rayonuna səfərləri, Oğuzun Sloveniyanın Nova Qoritsa şəhəri ilə qardaşlaşması, 44 günlük Vətən müharibəsində oğuzluların iştirakı, şəhidlərimiz, Oğuzun tanınmış insanları, rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin yaranması və inkişaf yolu ilə bağlı ətraflı məlumatlar əks olunub.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov kitabın müəllifinə rayonun təşkil olunmasının 100 illiyinə həsr olunmuş belə bir nəşrin hazırlanmasına görə təşəkkürünü bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin Oğuz rayonuna səfərləri çərçivəsində həyata keçirilən tədbirlər, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində, respublikamızın hər yerində olduğu kimi, Oğuz rayonunda da böyük nailiyyətlər əldə edilib və rayon abad yaşayış məskənlərindən birinə çevrilib.

Kitabın müəllifi Nazim Hüseynli təqdimat mərasiminin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Məlumat verib ki, kitab beş bölmədən ibarətdir. Nəşrin birinci bölməsində “Oğuz rayonu: faktlar və rəqəmlər”, “Oğuz rayonu haqqında məlumat” və digər yazılar təqdim olunur.

Tədbirdə qeyd edilib ki, 2030-cu ildə Oğuz rayonunun təşkil olunmasının 100 ili tamam olacaq. Həmin yubiley ərəfəsində kitabın təkrar nəşrinin həyata keçirilməsi, nəşrin daha da təkmilləşdirilməsi və əlavə məlumatlarla zənginləşdirilməsi vacibdir.

Daha sonra müəllif qələmə aldığı kitabları imzalayaraq tədbir iştirakçılarına təqdim edib.

Sonda kitabın müəllifi Nazim Hüseynliyə Oğuz Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsi, “Şəki Ensiklopediyası” MMC-nin fəxri fərmanı və “Xudafərin” jurnalının təqdirnaməsi təqdim olunub.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri