Oğuzda ağır qəza: Bir ailə xəstəxanalıq oldu
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə səhər saat 6 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz şəhər sakini 35 yaşlı Fərhad Nemət oğlu Rzalı idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü F.Rzalı və avtomobildə olan sərnişinlər- 1961-ci il təvəllüdlü Şamama İbrahim qızı Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Bəylər qızı Rzalı, 2020-ci il təvəllüdlü T.Rzalı xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər və hazırda onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:91
Bu xəbər 15 İyun 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















