Icma.az
close
up
RU
Oğuzda ev yanıb, xəsarəti alan var

Oğuzda ev yanıb, xəsarəti alan var

Oğuz rayonundan da baş verən yanğında bir nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Bayan kəndində, Bakı şəhəri qeydiyyatlı Gülnarə Əliheydər qızı Rəsulovaya məxsus təqribən 60 kvadrat metrilik köhnə tikili olan fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Yanğın zamanı həmin evdə yaşayan 2001-ci il təvəllüdlü Nərmin Şaiq qızı Hüseynzadə 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasıma yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:52
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri