Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Oğuzda kənd təsərrüfatı yeni mərhələdə

Oğuzda kənd təsərrüfatı yeni mərhələdə

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oğuz tarixdə olduğu kimi bu gün də aqrar sektorun müxtəlif sahələrində fəaliyyət göstərən, əhalinin məşğulluğunun təmin olunması və gəlirlərinin formaşalmasında müsbəti dinamikası ilə seçilən rayonlardan biridir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bağçılıq, baramaçılıq mühüm rol oynayır.

Mayın 25-də dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafına dair keçirilən müşavirədə səslənən fikirlər və qarşıya qoyulan məqsədlər eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı rayonda fermer və sahibkarların geniş müzakirə etdiyi mövzulardan biridir. Sənəddə də vurğulandığı kimi, məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir. Qeyd edilən Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin, ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq, akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan, rəqabətqabiliyyətli inkişaf modelinə keçidin təmin edilməsi nəzərdə tutulur.

Bütün bunlar tarixi ənənələri yaşadan və baramaçılıqda bir çox uğurlara imza atan Oğuzdan olan kümdarların da ürəyindən xəbər verir. İxrac potensialı yüksək olan baramaçılığa bu rayonda keçmişdə böyük maraq olub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM ) bitkiçilik sektorunun baş məsləhətçisi Azər Vəliyev bildirir ki, hələ sovet illərində rayonda 40-45 günə 70-80 ton barama istehsal olunub və yüksək keyfiyyəti ilə fərqlənib. Bu isə əhalinin məşğulluğu ilə yanaşı xüsusən də kənd sakinlərinin maddi gəlirlərinin artması və formalaşmasında mühüm rol oynayırdı. Bu gün də rayonda baramaçılığa marağın artdığını deyən Azər müəllim bizi təsərrüfatlardan birinə baş çəkməyi, işləri canlı görərək söhbəti davam etdirməyi təklif edir. Beləcə üz tuturuq fermer Qalib Namazovun təsərrüfatına. Hansı ki, burada baramanın budaqdan təmizlənməsi prosesi gedir. Fermer bu sahənin keçmişini, çətinliyini bilən şəxslərdəndir. Builki hava şəraiti digər kümdarlar kimi Namazovları da bir sıra sınaqlardan keçirib. Lakin təcrübə və işə olan məsuliyyət məhsulun məhv olmasının qarşısını alıb. Apardığımız müşahidələr, budaqlara sarınan barama məhsulundan da görünür ki, Namazovların bir ay müddətinə gecəli-gündüzlü çəkdikləri əziyyət hədər getməyib. “Bu işin çətinliyini ancaq onun içində olanlar bilir. Lakin bu ərəfədə kənd təsərrüfatına dair Dövlət Proqramının qəbul olunması biz kümdarlarda gələcəyə ümidləri xeyli artırıb. İlk növbədə onu deyim ki, Oğuzda baramaçılığa keçmişdə böyük maraq olub və bu gün də həmin təcrübəni bilənlər az deyil. Sadəcə olaraq məhsulun qiyməti çəkilən zəhmətin qarşılığında aşağıdır. Ümid edirik ki, Dövlət Proqramı çərçivəsində baramanın qiymətinə yenidən baxılacaq. Əmin olun ki, tək bizim Oğuzda yüzlərlə insan bu sahəyə can atacaq ”,- deyən fermer onu da əlavə edib ki, rayonda bu sahənin yem bazası yetərincədir.

Oğuz DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Azər Vəliyevlə ölkə başçısının yanında təşkil edilən müşavirə barədə danışıq. Azər müəllim bildirir ki, Prezidentin də vurğuladığı kimi bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoyub. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır. “Bu mənada biz Oğuz DAİM-in əməkdaşları olaraq kənd təsərrüfatının müxtəlif sahələrində ciddi nəticələr əldə etmək üçün səylə çalışırıq. Belə ki, bütün diqqət hazırda rayonda ilk növbədə biçinə və barama tədarükünə yönləndirilib. Bütün əməkdaşlarımız fermerlərin yanındadır və onların işlərinin axarında getməsi üçün DAİM-də yaradılan qərargahla əlaqəli, koordinasiyalı şəkildə birgə işləyirik”,- deyir.

“Müşavirə kənd təsərrüfatının gələcək inkişafında yol xəritəsinin təqdimatı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının artırılmasından, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün görülən və görüləcək işlərdən, subsidiyaların verilməsindən, ölkəmizdə investisiya iqliminin möhkəmləndirilməsindən, xarici investorların bu sahəyə marağının daha da artırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsindən geniş bəhs edib. Torpaqlardan səmərəli istifadə, su təchizatının yaxşılaşdırılması da diqqət göstərilən məsələlər sırasında olub. Bitkiçiliyin, heyvandarlığın inkişafı, məhsuldarlığın artırılması geniş müzakirə edilib. Hər bir məsələ, təbii ki, kənd təsərrüfatının inkişafı üçün əsasdır”,- deyən Azər Vəliyev onu da əlavə edib ki, artıq bu gün ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində qeyri-neft sektorunun inkişafı danılmazdır.

Baş məsləhətçi qeyd edir ki, yeni Dövlət Proqramı ölkədə eləcə də Oğuz rayonunda aqrar sektorun bir çox sahələrinə eləcə də baramaçılığın inkişafına təkan verəcək. Dövlət Proqramının qəbul olunması dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstəyini artıracaq. Xüsusən kümçülərə dövlət dəstəyinin artırılması, baram qiymətlərinə yenidən baxılması, yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması mümkün olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see263

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see259

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see253

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see252

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see242

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see237

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see236

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see226

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see216

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see214

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see211

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see209

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see207

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see202

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see200

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see199

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see199

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see198

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see198

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri