Oğuzda meşədə həyatını itirən şəxsin ölümü ilə bağlı YENİ DETALLAR VİDEO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Üzərinə ağac düşən 35 yaşlı Oğuz sakini Elvin Cəfərovun ölümü ilə bağlı təfərrüatlar bəlli olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Elvin Cəfərov ağacı kəsəndən sonra onu aşırmaq istəyib. Lakin ehtiyatsızlıq etdiyindən bu, onun həyatı bahasına başa gəlib.
Qeyd edək ki, Bədbəxt hadisə Xalxal kəndinin yaxınlığında, "Zumanlı" dərəsi deyilən ərazidə baş verib. Kənd sakini 35 yaşlı Elvin Cəfərov dağlıq ərazidə qış ehtiyatı üçün odun kəsərkən ağac onun üzərinə düşüb. Nəticədə, o həyatını itirib.
Onun meyiti kənd sakinləri və hüquq- mühafizə orqanları əməkdaşlarının köməyi ilə dağdan düşürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















