Icma.az
close
up
RU
Oğuzun bol taxılı

Oğuzun bol taxılı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Xanlar Əliyevi uzun illərdir tanıyıram. Torpaq adamıdır. Çox söhbət etmişik. Həmişə həvəslə danışıb. Deyib ki, hər dəfə sahənin kənarına gələndə, yetişən məhsulu görəndə özümü dünyanın xoşbəxti sayıram.

Yaşı 65-i keçib. 30 ildən çoxdur ki, taxılçılıqla məşğuldur. İki oğlunu da bu işə cəlb edib. Birlikdə gecə-gündüz sahədədirlər. 153 hektar sahədə səpin aparıblar. Xanlar  bildirir ki,  mövsüm ərzində bütün aqrotexniki tədbirlər görüldüyündən yüksək məhsuldarlıq gözlənilir.  İlk nəticələr isə bunu deməyə əsas verir. Belə ki,  artıq biçin başlanıb və orta məhsuldarlıq 45,6 sentner təşkil edir. 

Oğuz rayonu ərazisində 2025-ci ilin məhsulu üçün ümumilikdə 16 min 317 hektar ərazidə payızlıq taxıl əkilib. Ondan 9 min 818 hektar buğda, 6 min 499 hektarını arpa təşkil edir. Əkilən sahələrin gübrə ilə təminatında, siçanabənzər gəmiricilər, xəstəlik və zərərvericilər, həmçinin alaq otlarına qarşı mübarizə tədbirlərinin hər biri vaxtı vaxtında aparılıb və bu sahədə heç bir problem yaşanmayıb. Sevindirici haldır ki, sahələrdə qulluq işlərinin aparılması məqsədi ilə ehtiyac olan hər bir texnika rayon ərazisində mövcuddur. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən müntəzəm olaraq sahələrdə monitorinqlər aparılıb, fermerlər ilə keçirilən görüşlərdə lazım olan bütün aqrotexniki tədbirlər haqqında ətraflı məlumatlar verilib. 

Rayonun bir çox inzibati ərazi dairələrində artıq biçin prosesinə başlanılıb. Bu günə  olan məlumata əsasən 995 hektar arpa sahəsində biçin aparılıb. Sahələrdən 3980 ton  məhsul götürülüb, orta məhsuldarlıq 40 sentner olub. Hazırda biçində 30 kombayn iştirak edir ki bunlardan  12 ədədi Aqrolizinq ASC-yə, 18 ədədi isə fiziki və hüquqi şəxslərə məxsusdur. Taxıl sahələrinin bu dövrdə yanğından mühafizəsi məqsədi ilə hər bir biçin aparan kombaynın yanında növbətçi şum traktoru var. Yığımın vaxtında və itkisiz başa çatdırılması məqsədi ilə qərərgah yaradılıb. Qərərgah üzvləri rayonun müxtəlif icra nümayəndəlikləri üzrə təhkim edilib və bu prosesə nəzarəti uğurla həyata keçirirlər. Bundan əlavə Aqroservis ASC- nin yerli bölməsi ilə birlikdə rayon ərazisində olan kombaynların hər biri ayrı-ayrılıqda rayonun inzibati ərazi dairələri üzrə bölünüb. 

Fidail Məmmədov da fermerdir. 240 hektar ərazidə səpin aparıb. Fariz Ağayev isə 152 hektar sahədə məhsul yetişdirəcək. Ondan 98 hektarını arpa, 54 hektarını isə buğda təşkil edir. Bu günə olan məlumata əsasən orta məhsuldarlıq 40 sentner təşkil edir. 

Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Azad Əliyevlə söhbət zamanı bildirdi ki, yüksək məhsuldarlıq əldə etmək üçün fermerlərə hər cür şərait yaradılıb. Bu gün hər hansı bir problemdən danışıla bilməz. Çalışdığımız odur ki,  çəkilən əziyyət öz bəhrəsini versin.  Məşhur misrada deyildiyi kimi, “Torpağa düşməsin havayı bir dən...”

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri,

Oğuz rayonu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri