Icma.az
close
up
RU
Okampo Bakıya qarşı bu kampaniyanı necə qururdu?

Okampo Bakıya qarşı bu kampaniyanı necə qururdu?

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Daha əvvəl Minval Politika Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun və onun ətrafının Azərbaycan əleyhinə kampaniyanı müzakirə edərkən faktiki olaraq özlərini ifşa etdikləri video yazılardan ibarət silsilə materiallar dərc etmişdi. Bu açıqlamalardan belə nəticə çıxır: söhbət “dəyərlərdən” və “prinsiplərdən” yox, erməni lobbisinin, Avropa siyasətçilərinin və Rusiya-erməni biznes dairələri ilə əlaqəli maliyyə axınlarının iştirakı ilə qurulmuş sistemli təzyiq mexanizmindən gedir.

Axar.az xəbər verir ki, “Minval Politika” sözügedən mövzu ilə bağlı daha bir material yayımlayıb.

Həmin məlumatı olduğu kimi təqdim edirik:

"Okampo Avropa Parlamentindəki əlaqələrindən açıq şəkildə danışır, Jozep Borrelin çevrəsini və onun özünü qeyd edir və heç bir tərəddüd etmədən Aİ qərarlarına təsir mexanizmlərini — hətta Avropa Komissiyasına təzyiq imkanlarını təsvir edir. Paralel olaraq maliyyə mexanizmləri də üzə çıxır: əvvəlcə vəsaitlər erməni mənbələrindən daxil olub, daha sonra əsasən Rusiyadan olan varlı diaspor nümayəndələrindən ibarət sponsorlar qrupu qoşulub. Məlumatlarımıza görə, onların arasında Samvel Karapetyan və Ruben Vardanyan da var. Əsas prinsip isə anonimlik və qapalı sxemlər vasitəsilə fəaliyyət göstərməkdir.

Bundan əlavə, ayrı-ayrı epizodlar Ermənistanın daxili proseslərinə müdaxiləni də göstərir — hətta hakimiyyət dəyişikliyi ssenarilərinin müzakirəsinə qədər. Nəticədə qarşımızda təkcə lobbiçilik yox, həm Bakıya qarşı yönəlmiş, həm də regional sabitliyi sarsıdan çoxsəviyyəli — media, siyasi və maliyyə əməliyyatı dayanır.

Minval Politika redaksiyası ötən həftə Avropa strukturlarına, o cümlədən Avropa Parlamentinə rəsmi sorğular göndərərək Luis Okamponun Avropa institutları və Jozep Borrelin çevrəsi ilə mümkün əlaqələrinin aydınlaşdırılmasını, eləcə də videolarda əksini tapmış mümkün lobbiçilik, maraqlar toqquşması və korrupsiya riskləri ilə bağlı yoxlamaların olub-olmamasını soruşub. Həmçinin Avropa Parlamentinin rəsmi araşdırma başlatmağa hazır olub-olmadığı da sual edilib. Kifayət qədər vaxt keçib — cavab yoxdur. Minval Politika redaksiyası bu nümayişkaranə susqunluğu birmənalı qarşılayır: Brüsseldə məsələnin mahiyyətini yaxşı anlayırlar, lakin şərh verməməyi lazım bilirlər.

Adətən Azərbaycanla bağlı istənilən informasiyaya dərhal reaksiya verən həmin Avropa strukturları bu dəfə gözləmə mövqeyi tutublar. Amma biz təkrar sorğu göndərəcəyik — ya hər hansı rəsmi reaksiya almağa çalışacağıq, ya da danışmağa sözlərinin olmadığını bir daha sübut edəcəyik.

Bu gün Minval Politika cənab Okamponun maskasını növbəti dəfə tamamilə açan yeni video kadrları təqdim edir:

Luis Moreno Okampo: “… mənim üçün növbəti addım bunu lazım olan qaydada həyata keçirmək məqsədilə süni intellektdən istifadə edəcək bir platformada necə təşkil edə biləcəyimi görməkdir. Beləliklə, mən San-Paulu Universiteti ilə, Fizika fakültəsində süni intellektlə bağlı bir layihə üzərində işləyirəm. Və indi mən İspaniyada bu cür şirkətlərlə əlaqəsi olan bəzi dostlarımla vaxt keçirdim. Biz Ermənistan layihəsinin süni intellektdən istifadə edən bir şirkətin pilot layihəsibbi müzakirə edirdik”

Luis Moreno Okampo: “Əgər biz bu barədə danışacağıqsa… bu, tamamilə başqa bir şeydir. Sizi qorxutmaq istəmirəm, amma mən çox işlə məşğul oluram. Mən həm də Braziliyada San-Paulu Universitetinin professoruyam. Mən bir fiziklə işləyirəm, […] fizika sahəsində. Biz qlobal nizamı və qlobal nizamsızlığı modelləşdirmək və təşkil etməyə çalışmaq üçün əsasən müasir fizikadan… və süni intellektdən istifadə edirik. Beləliklə, Braziliya bunu maliyyələşdirir. Bunun üzərində işləyən superkompüterlərimiz var. Əvvəlcə yaxşıca fokuslandıq, başlanğıcda dedik ki, “gəlin ümumilikdə qlobal nizam üzərində işləyək”. Sonra dedik, “xeyr, bu çox mürəkkəbdir, gəlin soyqırımı ilə məşğul olaq”. Və sonra dedik, “gəlin Dağlıq Qarabağla məşğul olaq”, çünki məndə çoxlu məlumat var. Biz Dağlıq Qarabağ üzərində işləyirik. İndi mən bunu akademik bir məhsul kimi görürəm, bu akademik bir layihədir və mən bundan maksimum yararlanmalıyam. Beləliklə, mən sərhədləri aşan, burada istehsal etdiyimiz məlumatı siyasətçilərə, qərar qəbul edənlərə çatan bir formaya çevirən şirkət qurmağa çalışıram. Daha çox üzdə olmaq üçün o, əsas mediaya, sosial mediaya çatmalıdır. O, həmçinin digər akademiklərə də çatmalıdır ki, möhkəm, əsaslı olsun”

Həmsöhbət: “Amma siz süni intellektdən istifadə edən bir proqram hazırlayırsınız?”

Luis Moreno Okampo: “Bəli, bəli”

Həmsöhbət: “Çünki qərar qəbul edənlərə məsləhət vermək üçün proqramlar, bir araya gələn beyin mərkəzləri var. Bunlar uzun müddətdir ki mövcuddur.”

Luis Moreno Okampo: “Bəli, bəli”

Redaksiyamızın ixtiyarında olan yazılarda o artıq fəaliyyətini yeni mərhələyə — süni intellektdən istifadə etməklə — çıxarmağa çalışdığını gizlətmir. Söhbət “akademik layihə”nin siyasətçilərə, mediaya və beynəlxalq institutlara təzyiq alətinə çevrildiyi təsir infrastrukturunun yaradılmasından gedir.

Okampo San-Paulu Universiteti ilə əməkdaşlıqdan, superkompüterlərdən istifadədən və süni intellekt vasitəsilə “qlobal nizamı” modelləşdirmək cəhdlərindənş danışır. Lakin daha önəmlisi odur ki, o, əsas istiqamətlərdən biri kimi birbaşa Qarabağı göstərir və bunu “maksimum fayda əldə edilməli olan məhsul” kimi qiymətləndirir.

Daha sonra o, “istehsal olunan informasiyanı” qərar qəbul edən şəxslərə təsir alətinə çevirməyi hədəfləyən transmilli şirkətin yaradılmasından bəhs edir - lazım olan narrativləri media, sosial şəbəkələr və ekspert dairələri vasitəsilə irəli sürmək üçün.

Faktiki olaraq söhbət informasiya və siyasi hücumların sənayeləşdirilməsi cəhdindən gedir - onlara “elmi” don geydirmək və texnologiyalar vasitəsilə miqyaslandırmaq.

Üstəlik, Okampo özü də açıq şəkildə bildirir ki, yaratdığı sistem abstrakt nəzəriyyə deyil, konkret alətdir. Bu proqram Qarabağ mövzusu ilə bağlı Azərbaycan əleyhinə kampaniyaları xüsusi yaradılan platformalar vasitəsilə birbaşa qərarvericilərə, beynəlxalq strukturlara və akademik dairələrə yönəltməyə, lazımi gündəmi formalaşdırmağa və onu “ekspert mövqeyi” kimi möhkəmləndirməyə xidmət edir. Mahiyyət etibarilə, Bakıya qarşı dipfeyklər və digər texnoloji manipulyasiya alətlərinin istifadə olunduğu genişmiqyaslı təsir mexanizmi işə salınır.

Başqa sözlə, söhbə artıq sadəcə lobbiçi yox, dövlətlərə qarşı təzyiqin necə qurulduğunu və miqyaslandırıldığını - sosial şəbəkələrdən tutmuş Avropa məmurlarının kabinetlərinə qədər - açıq şəkildə izah edən hibrid əməliyyatdan gedir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 May 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri