Icma.az
close
up
RU
Okan Buruk nə dediyini ilk dəfə açıqladı: “Mourinyo yəqin buna görə əsəbiləşdi” FOTO

Okan Buruk nə dediyini ilk dəfə açıqladı: “Mourinyo yəqin buna görə əsəbiləşdi” FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qalatasarayın baş məşqçisi Okan Buruk, Ziraat Türkiyə Kubokunun dörddə bir final mərhələsində Fənərbağçaya qarşı oynadıqları oyundan sonra Jose Mourinho ilə yaşanan hadisələrə dair ilk dəfə danışıb. Buruk, matçdan sonra hakimlərə nə dediyini açıqlayaraq, "Mourinho yəqin buna çox təhrik oldu" ifadəsini işlədib.

Ekol TV-yə danışan Okan Buruk, derbidən sonra hakimlərin yanına gedərək nə dediyini belə açıqlayıb:

"Hakimlərə Türkcə və İngiliscə 'Çox yaxşı oyun idarə etdiniz' dedim. Mourinho ilə danışdıqlarını görüb xüsusilə gedib demədim. Mən sadəcə fikrimi bildirdim. Amma o anda Mourinho da hakimləri tənqid edirdi, yəqin ki, bu ona pis təsir etdi."

Buruk, "'Don't listen to him' (Onu dinləməyin)" sözlərini demədiyini vurğulayaraq, yalnız "Çox yaxşı idarə etdiniz" ifadəsini işlətdiyini bildirib.

Hakimləri təbrik etməsindən sonra kameralara əks olunan sevinci barədə danışan Buruk deyib:

"Əzəli rəqibimizi onların meydanında məğlub etdik. Vacib bir çempionluq mübarizəsi aparırıq. Sevinirəm, necə sevinc yaşayacağımı da kimdənsə soruşası deyiləm. Qarşı tərəfi təhrik etmək və ya Mourinyonu hədəf almaq kimi bir niyyətim yox idi. Sadəcə o sevinc anını yaşadım. İcazə versinlər, necə sevinc yaşayacağımı mən müəyyən edim."

Buruk, təhrikin əslində Fənərbağça texniki heyəti tərəfindən gəldiyini deyərək əlavə edib:

"Fənərbağçanın baş məşqçisinin köməkçisi bizə 3-4 dəfə söyüş söydü."

"Əgər məsələni böyütmək istəsəydim, şikayət ərizəsi verərdim, tibbi arayış alardım. Görüntülərdə açıq-aşkar müdaxilə var. Amma mən bunu böyütmək istəmədim. Sadəcə gdoğurdan da canım yandı, yerə yıxıldım. Futbolçu olduğumdan bəri burnum qırıqdır, buna görə də ağrını daha çox hiss etdim."

Okan Buruk bu açıqlamaları ilə derbidə yaşanan gərginliyə dair ilk dəfə öz baxış bucağını ictimaiyyətlə bölüşmüş olub.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Aprel 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri