Icma.az
close
up
RU
Okeanın dərinliyindəki sirli quruluş: Yadplanetli bazası, yoxsa təbii geoloji forma?

Okeanın dərinliyindəki sirli quruluş: Yadplanetli bazası, yoxsa təbii geoloji forma?

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Cənubi Kaliforniya sahillərində, dəniz səthindən təxminən 600 metr dərinlikdə yerləşən və "Sycamore Knoll" adlandırılan sirli sualtı strukturu həm elm adamlarının, həm də konspirasiya nəzəriyyəçilərinin diqqət mərkəzinə çevrilib. Bu quruluşun təbii mənşəli olması və ya yadplanetlilər tərəfindən inşa edilmiş gizli baza olub-olmaması suallara yol açır.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Sycamore Knoll" okean dibindən yuxarı qalxan, yastı səthə malik bir təpəni xatırladır. Geoloqlar və okean tədqiqatçıları bu quruluşu uzun illərdir müşahidə etsələr də, son zamanlarda yayılan peyk görüntüləri və sosial mediada artan maraq nəticəsində mövzu daha geniş yayılıb. Xüsusilə "Reddit" platformasında bu ilin əvvəlində paylaşılan bir yazı "Malibu ilə Katalina adası arasında yerləşən UNO bazası" başlığı ilə geniş maraq doğurub.

"Sycamore Knoll"un eni 4-5 kilometr arasında dəyişir və ən diqqətçəkən cəhətlərindən biri qeyri-adi dərəcədə düz olan dam səthidir. Bu xüsusiyyət, elm adamları üçün belə təbii formasiyalarda nadir görülən haldır və yaranma səbəbləri ilə bağlı suallar doğurur.

Bundan əlavə, quruluşun ön hissəsində tavanı dəstəkləyən sütunabənzər formaların yer alması, onun geoloji deyil, süni mənşəli ola biləcəyinə dair iddiaları gücləndirir. Bu səbəbdən bəzi konspirasiya nəzəriyyəçiləri bu strukturu ya yadplanetlilər, ya da Yer üzündə qədim və hələ tanınmamış inkişaf etmiş bir mədəniyyət tərəfindən inşa edilmiş sualtı baza kimi dəyərləndirirlər.

Elm ictimaiyyəti isə daha ehtiyatlı yanaşır. Onların fikrincə, belə formasiyalar tektonik fəaliyyətlərin və dəniz altında milyonlarla il davam edən eroziya proseslərinin nəticəsində də yarana bilər. Lakin bu qədər simmetrik və strukturlu görünüşün sırf təbiət hadisələri ilə izah olunması da suallar doğurur.

Hazırda "Sycamore Knoll" ilə bağlı ətraflı elmi tədqiqatların aparılması tələb olunur. Suyun dərinliyi və strukturun böyüklüyü bu işi çətinləşdirsə də, gələcəkdə müasir dənizaltı texnologiyalarla bu sahəyə dair daha dəqiq məlumatların əldə ediləcəyi gözlənilir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 May 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri