Icma.az
close
up
RU
Küveytdə yadplanetli heykəli tapılıb

Küveytdə yadplanetli heykəli tapılıb

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Küveytin şimal ərazisində yerləşən Birinci Bəhra qədim yaşayış məskənində 7000 il əvvələ aid olduğu güman edilən unikal gil heykəlcik tapıblar.
Reyting.az
-ın məlumatına görə, arxeoloqların tapdığı heykəlciyin duruşu, qəribə siması, ümumilikdə cizgilərinin yadplanetlilərə heyrətamiz şəkildə oxşarlığı alimləri və tədqiqatçıları təəccübləndirib.
Bəzi elm adamları bu üslubda qeyri-adi, sirli heç nə olmadığını deyiblər. Belə düşünən bəzi alimlərin iddialarına görə, yadplanetliyə bənzəyən heykəl əslində qədim Mesopotamiyadakı Ubaid mədəniyyətinə məxsus bir sənət nümunəsidir.
Bəhra-1 qazıntılarında kiçik tapıntılar üzrə arxeoloji araşdırmaların rəhbəri olan alim Aqneşka Şimçak yadplanetli bənzəri olan heykəlcikdən danışan zaman deyib: "Bu kiçik fiqurun tapılması həqiqətən də bütün komanda üçün tam sürpriz oldu".
Şimçak qeyd edib ki, bu, təkcə ərazidə deyil, Fars körfəzi regionunda da ilk belə artefaktdır.
Bu qeyri-adi və qədim, gildən hazırlanan heykəl qəribə xarakterik xüsusiyyətlərə malikdir. Onun dar gözləri, düz burun və uzunsov kəlləsi görənləri heyrətə gətirib. Mesopotamiyada tez-tez belə heykəllərə və "kərtənkələ başlı", yaxud da vahiməli "ilana bənzər" oxşar təsvirlərə, rəsmlərə, heykəllərə rast gəlinsə də, onların hansı simvolik məna daşıdığı hələ ki, sirr olaraq qalır.
Yeni tapıntının özəlliyi ondan ibarətdir ki, material yerli xam keramika deyil, əsl və Mesopotamiyadan gətirilmiş gildir. Bu, eramızdan əvvəl 6-cı minillikdə Ubeydlər, eləcə də Ərəbistan yarımadasının qədim cəmiyyətləri arasında davamlı ticarətdən və mədəni mübadilədən xəbər verir. Bu mövzuda araşdırma aparan arxeoloqların sözlərinə görə, müasir Küveyt də həmin dövrlərdə bir yaşayış məskəni kimi daima inkişaf edən belə qədim mədəniyyətlərin kəsişməsində yerləşib.
Bəhra-1 sahəsindəki arxeoloji qazıntıların və heykəlciklə bağlı araşdırmaların hələ də davam etdiyi bildirilir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Dekabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see319

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see307

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see290

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see269

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see257

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see250

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see199

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see195

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see181

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see173

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see172

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see171

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see169

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see169

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see169

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see166

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see158

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri