Icma.az
close
up
RU
Oksford Universitetinin dəstəyi ilə Sumqayıtda “İqlimin İdarəolunması Məktəbi” təşkil olunub

Oksford Universitetinin dəstəyi ilə Sumqayıtda “İqlimin İdarəolunması Məktəbi” təşkil olunub

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Saïd Business School) təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib. məktəbin əsas məqsədi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının mövzusuna uyğun olaraq ekoloji problemlərin həlli üçün innovativliyi təşviq etmək və iqlimin idarəolunmasında dayanıqlı yanaşmaları formalaşdırmaqdır.

AZƏRTAC xəbər verir ki, məktəbdə ali təhsil müəssisələrinin və sənaye sektorunun davamlı inkişaf üzrə peşəkarları iştirak ediblər. İki gün davam edən idarəetmə məktəbində Oksford Universiteti (Saïd Business School), Burjeel Holdinq və “Earth Day Network” təşkilatlarının nümayəndələri iqlim dəyişikliyinin ekoloji, iqtisadi və sosial təsirləri istiqamətində təlimlər keçiblər. İqlim dəyişikliyinə əsaslanan strateji fəaliyyət imkanları, biznes-planların hazırlanması, yaşıl təşkilatlar, iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirləri və digər müvafiq mövzularda müzakirə və vörkşoplar həyata keçirilib.

Təlimlərdə iştirak edən ali təhsil müəssisələrinin və sənaye sektorunun peşəkarlarına Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian tərəfindən sertifikat təqdim olunub.

Proqram çərçivəsində beynəlxalq ekspertlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüblər. Görüşdə Sumqayıtın dinamik inkişafı və şəhərdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verilib. Şəhərin yeganə ali təhsil ocağının həyata keçirdiyi layihələrin Sumqayıtın inkişafına da mühüm töhfələr verdiyi qeyd edilib. Bu cür beynəlxalq əməkdaşlığın şəhərin və regionun dayanıqlı inkişafında mühüm rol oynadığı vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri