Icma.az
close
up
RU
Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

BAKU.WS xəbər verir ki, telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.

Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Noyabr 2024 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1219

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see145

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri