Xamenei üçün yeni təhdid: Putin hazırlığa başladı Tarixi güzəşt anonsu
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ Prezidenti Donald Trampın məqsədi İranı məhv etmək yox, onu strateji olaraq təslimiyyətə məcbur etməkdir. Trampın xəbərdarlıqları İranın illərdir görünməmiş şəkildə strateji cəhətdən çətin dövrünə təsadüf edir. Ağ Ev İranın zəifliyini ABŞ-ın xeyrinə davamlı bir dəyişikliyə çevirməyə çalışdığı üçün güc tətbiqi hələ də masadadır”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib:
Analitik güc tətbiqinin ən sonuncu variant olduğunu bildirib:
“Görünür ki, İran nə qədər zəifləsə də, hələ ABŞ-ın hesabladığı səviyyəyə düşməyib. İranın mümkün müharibə ssenarisində ABŞ-ın Yaxın Şərqdəki bazalarına və İsrailin infrastrukturuna əks-cavab zərbələri endirməsi gözləniləndir. Bu, ABŞ və İsrail üçün əlavə istiqamətdə problemli situasiya yaradır. Lakin ABŞ dünyanın supergücüdür və hərbi baxımdan onun İranı bombardman altında qoyması çətin məsələ deyil. Mürəkkəb olan İranın prosesə necə cavab verəcəyi və Tehranın bu müharibəyə tab gətirməsi üçün özündə ideoloji, hərbi resurs tapması və çevik qərarqəbuletmə bacarığıdır. Uzunmüddətli hərbi eskalasiya ABŞ üçün strateji maneələr yarada, Rusiya və Çin prizmasında şansa çevrilə bilər. Ona görə də, Vaşinqton maksimum dərəcədə yüksək intensivli zərbələrlə tez bir zamanda İranı məğlub etməyin yollarını axtarırdı. Bu, çətindir, ən azından 2025-ci ilin iyununda ABŞ ilə İsrailin birləşmiş strategiyasının İranı tam geri oturtmadığı nəticəsi göz önündədir”.
Analitik bildirib ki, buna görə ABŞ ilə İran daha çox diplomatik-siyasi kanallarla razılaşmaya üstünlük verirlər:
“Bu, xüsusilə strateji olaraq taqətdən düşmüş İran üçün unikal fürsətdir. Çünki ABŞ ilə hərbi konfrontasiya İran daxilində fərqli bir üsulla rejimə qarşı mübarizənin məcrasını dəyişə bilər. ABŞ güc tətbiqi modeli ilə İran hakimiyyətinə qarşı silahlı üsyan kartını eyni portfeldə paketləşdirsə və ictimai etirazları bununla uyğunlaşdıra bilsə, o zaman İran elitasında parçalanmalar dərinləşəcək. Mürəkkəbləşən elitar situasiya birbaşa ali rəhbər Seyid Əli Xameneinin varisliyi üçün təhdiddir. Lakin bu, İranda ümumilikdə İslam İnqilabının yaratdığı formasiyanı dəyişdirməkdən uzaqdır. Bu mənada, İran üzrə strategiyaların məqsədi bu kontekstdə İrandaxili siyasi rəqabətə, hesablaşamlara yön vermək və ya ona müdaxilə etməyi prioritetləşdirir. İranda geniş spektrin, o cümlədən təhlükəsizlik, kəşfiyyat orqanlarının, siyasi institutların post-Xamenei dövrünə hazırlaşmasını nəzərə aldıqda, ölkənin daxili oxuna istiqamət verilməsi üçün Rusiya ilə ABŞ-ın rəqabət apardığını demək olar. Rusiya Prezidenti Vladimir Putinin İranla İsrailin arasını düzəltmək üçün göstərdiyi səylər, Moskvanın mümkün eskalasiyaların qarşısını alması barədə hekayələr yaratmasını sürətləndirir. Bu, daha çox Rusiyanın İrandaxili dinamikalarda özünü hiss etdirməsi ilə bağlıdır. Ehtimalla, Rusiya İranda mühafizəkarlara, ABŞ isə liberal düşərgəyə diqqət ayırır. Bir müddət öncə İran elitasında Rusiya və ABŞ arasında “ən üstün seçim” etməklə əlaqədar başlanan müzakirələr bu məsələnin strateji canlanması idi”.
Aqşin Kərimov
Ekspert hesab edir ki, ABŞ-ın İran strategiyası Rusiyanın yanaşmalarını üstələyir:
“Çünki Ağ Ev həm İsraillə müttəfiqlik, həm də özünün gündəliyi baxımından İrandakı gündəmi mürəkkəbləşdirə bilir.
Rusiyadan fərqli olaraq, ABŞ İrandakı etirazları Tehran üçün daha güclü zəiflik qatına çevirməyi bacarır. Bununla bərabər, Ağ Ev İranın regional itkilərini daxili siyasi və iqtisadi gərginliklə daha da artırır. Bu, Vaşinqtona hazırda İranı istismar etməyə imkan yaradır. Qısası, ABŞ-ın İrandakı əməliyyatları idarə etmək resursları Rusiyadan güclüdür. Buna görə də, İran strategiyasını anlamaq üçün epizodik açıqlamalardan və ya taktiki yerləşdirmələrdən kənara çıxmaq lazımdır. Bunun əvəzinə Tehranın prosesi İrana fayda verən davamlı strateji dəyişikliyə necə çevirməyə çalışdığını araşdırmaq lazımdır. Eyni məntiqi ABŞ üzərinə də proyeksiya etmək olar.
İranda institutisonal səviyyədə ABŞ ilə münasibətlərin rejimini mülayimləşdirmək planları ön sıradadır. ABŞ ilə hərbi qarşıdurma ehtimalı artdıqca, İranın siyasi elitası Donald Tramp administrasiyası ilə diplomatik əlaqələrin bərpa olunmasını tələb edir.
Yəni, ali rəhbər və digər mühafizəkar dairələr ABŞ-a qarşı sərt müqavimət lüğəti seçsələr də, arxa planda fərqli davranış trayektoriyası aktualdır. Bu, İranın siyasi rəhbərliyinin strateji kursu, o cümlədən nüvə proqramını dəyişməyə inandırmaq təşəbbüsüdür”.
A.Kərimovun sözlərinə görə, İran vaxt qazanmaqla toparlanmağı, bununla da növbəti hədəflərini müəyyənləşdirməyi planlaşdırır:
“Lakin ABŞ strategiyası İranda etirazlardan nəticə əldə etmədikcə, Tehranla danışıqlar fonunda potensial əks-dəyişiklik doktrinası da hazırlamaq vərdişindədir. Bu mənada Donald Trampın İrana “təşəkkür” mesajları ilə İranın Ağ Ev siyasətini birləşdirəndə mühüm bir sövdələşmə variantının müzakirə üçün gündəmdə olduğu hiss edilir. Bunun konkret nədən ibarət olduğu haqqında fikir bildirmək tezdir, lakin ABŞ-ın qlobal gücü nəzərə alındıqda, onun İran oxu üzərindən Rusiya və Çinin nəbzini ölçdüyü qənaəti təəccüblü görünməməlidir. İran isə ABŞ ilə münasibətlərdə Yaxın Şərqdəki əlavə proksi güclərini “güzəştə gedə” bilər. Gümanla, ABŞ İrandan nüvə proqramının məhdudlaşdırılması ilə bərabər Tehranın İraqda dəstəklədiyi şiə hərəkatları üzərindən əlini çəkməsini tələb edəcək. İsrail isə Yəməndəki husiləri məğlub etmək prosesini mühüm bir fazaya daxil edə bilər. Gələcək İran-İsrail münasibətlərinin tənzimlənməsi prosesində ABŞ-ın, yoxsa Rusiyanın özünü üst vitrinə yerləşdirə biləcəyi barədə də müzakirələrin başlanması ehtimal olunandır”.
Turan Rzayev
Globlainfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















