Icma.az
close
up
RU
Ermənilərin 2 ci Mübariz adlandırdığı Vüqar Doni , qəhrəman ŞƏHİDİMİZ VİDEO

Ermənilərin 2 ci Mübariz adlandırdığı Vüqar Doni , qəhrəman ŞƏHİDİMİZ VİDEO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Vüqar İsmayılovun (Doni ləqəbli) xatirəsinə həsr edilmiş videomaterial yayılıb.

Milli.Az xəbər verir ki, görüntülər onun adını daşıyan və qəhrəmanlığına ithaf edilən bulağın qarşısından paylaşılıb.

Bildirilib ki, şəhid Vüqar İsmayılovun həlak olmasından sonra ermənilər sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək "İkinci Mübariz İbrahimovu məhv etdik" kimi ifadələr işlədiblər.

Məlumata görə, V. İsmayılov 44 günlük Vətən müharibəsi zamanı yaralanıb və hərbi hospitalda müalicə alırmış. Lakin Xankəndi istiqamətində əməliyyatların başladığını eşidən kimi müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə qayıdıb və döyüşlərə qoşulub.

Şəhidin döyüş zamanı öz dəstəsindən ayrılaraq düşmənə qarşı təkbaşına irəlilədiyi, yaralı olmasına baxmayaraq mübarizəni davam etdirdiyi bildirilir. Çətin və keçilməz ərazidə gedən döyüşlər zamanı Vüqar İsmayılov qəhrəmancasına şəhid olub. Ərazinin mürəkkəbliyi səbəbindən onun nəşini döyüş meydanından yalnız iki gün sonra çıxarmaq mümkün olub.

Qeyd edək ki,  İsmayılov Vüqar Məmmədqasım oğlu 1992-ci ilin oktyabr ayının 17-də Şabran rayonunda sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biri, evin böyük oğlu idi.
Orta məktəbi bitirdikdən sonra, 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb. Orta məktəbdə oxuyarkən həm də idmanla, sambo ilə məşğul olub. Hərbi xidmətini başa vurduqdan sonra isə həyatını yenidən hərb ilə bağlayıb. 6 il Daxili Qoşunlarda, sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərib. Kiçik leytenant hərbi rütbəsini daşıyıb.

2016-cı il Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, 2022-ci il "Qisas" əməliyyatının və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatının iştirakçılarından olub.

Antiterror əməliyyatı zamanı, 19-dan 20-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb. Nəşi isə 3 gün sonra, sentyabrın 23-də Şabran rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin atası İlqar İsmayılov oğlunun vətənpərvərliyindən danışıb: "Vətənini o qədər sevib ki, düşmənin üstünə gözünü qırpmadan gedib. Son damla qanına qədər vuruşub. Babası ona "Doni" ləqəbi vermişdi. Böyük Vətən müharibəsində iştirak edə babasının yolunu getdi".
Şəhidin dostu Heydər Həşimov isə Vüqarın Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib.
"Deyirdi ki, neytralda heç vaxt şəhid qoymamışam. Gözləyirdim, duman olan kimi gedib gətirirdim. 3 gün mühasirədə qalmışdı. Yaralı halda 5 ermənini öldürmüşdü", - o söyləyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsmayılov Vüqar Məmmədqasım oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Musa
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri