“Old Trafford”da tamamlanmamış işlərim var
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Markus Reşford “Mançester Yunayted”ə qayıtmaq qərarı barədə danışıb.
Apasport.az xəbər verir ki, ingiltərəli hücumçu klubdan ayrı qaldığı müddətdə də “Yunayted”lə bağlarının qopmadığını bildirib.
“Hətta klubdan uzaqda olsam belə, mənim bir hissəm heç vaxt “Yunayted”i tərk etmədi. İrəli getməyə çalışdım, lakin başa düşdüm ki, “Old Trafford”da tamamlanmamış işlərim var.
Gələcəyimlə bağlı Rio ilə danışdım. O, mənə xatırlatdı ki, bütün həyatım boyu “Mançester Yunayted”də uğur qazanmaq arzusu ilə yaşamışam və bir çətin dövr hər şeyi silə bilməz.
Sonra Maykl Kerriklə danışdım. O, heç bir vəd vermədi, sadəcə, hələ də özümə inanıb-inanmadığımı soruşdu. Həmin an anladım ki, hər şeyi başqa yerdə yox, məhz burada sübut etmək istəyirəm.
Qayıtmaq geriyə addım deyil. Mən daha fərqli düşüncə, daha çox təcrübə və azarkeşlərə yenidən qürur hissi yaşatmaq arzusu ilə evə qayıdıram”.
Sabiq "Fənərbaxça"lı "Boka Xuniors"da "Çelsi"nin müdafiəçisi A Seriyası klubunda - RƏSMİ Millimizin üzvü oynadı, komandası qələbə qazandı Fransa millisinin üzvü PSJ-də “Milan”dan “Lyon”a - İCARƏYƏ GÖNDƏRİLİR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Avqust 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















